hacklink Adalet.az | Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarında bir ilk Adalet.az | Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarında bir ilk Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarında bir ilk

3464    |   2019-10-26 15:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq sərnişin lokomotivi ilə yola salınıb. Oktyabrın 24-də 38/37 saylı Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq bu cür qatarlar üçün nəzərdə tutulmuş "Prima M4" sərnişin lokomotivi ilə yola salınıb.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətindən verilən məlumata görə, bu günə qədər dəmir yollarında sərnişin qatarlarının daşınmasında 70-ci illərin istehsalı olan yük lokomotivlərindən istifadə olunurdu.

Fransanın "Alstom” şirkətinin istehsalı olan "Prima M4"-ün ikisistemli elektrik lokomotivi olması (sabit və dəyişən cərəyanla (3 və 25 KVT) işləyir) uzunmüddətli istismar olunmasına şərait yaradır. Lokomotivdə istifadə olunan rekuperativ əyləcləmə öz növbəsində enerji sərfiyyatını azaldır, təkər darağı yağlanması sisteminin mövcudluğu isə təkərlərin istismar müddətini uzadır.

Köhnə lokomotivlərlə müqayisədə "Prima M4"-ün maksimal sürət həddi 100 km/saatdan 160 km/saata kimi artıb. Lokomotivdə 4 ədəd 1200 KVT gücündə assinxron mühərrik quraşdırılıb. "Prima M4"-lər elektropnevmatik əyləcləmə sistemi ilə təchiz olunduğundan hərəkətə başlama zamanı və dayanacaqlarda əyləcləmə zamanı yumşaq əyləcləmə baş verir ki, bu da sərnişinlərin rahatlığını təmin edir. Maşinist kabinası isə isitmə və soyutma sistemi ilə təchiz olunub.

Qeyd edək ki, lokomotiv və vaqon parklarının yenilənməsi "Azərbaycan Dəmir Yolları” QSC-də gedən müasirləşdirilmə prosesinin əsas tərkib hissələrindən biridir və bu istiqamətdə də mühüm addımlar atılır.

Belə ki, "Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın "Alstom” şirkəti arasında 12 may 2014-cü il tarixdə imzalanan müqaviləyə əsasən, səhmdar cəmiyyəti Fransa şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivin almasını planlaşdırır. Onlardan 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Artıq 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib.

Bu ilin sonuna kimi "Alstom” şirkətinin daha 8 sərnişin lokomotivi istismara qəbul ediləcək və digər sərnişin qatarlarının da daşınması bu lokomotivlərlə həyata keçiriləcək.




İmza:

Şəhid adından istifadə edən dələduzla bağlı araşdırma aparılır

Azərbaycanda Təhsil Nazirliyi nəzdində idarəetmə qrupu yaradılıb

Kəramət Böyükçöl: "Mən Qarabağa görə vuruşmaram!" - MÜSAHİBƏ

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

Fərid Abdullah: Qadınlar, beşmərtəbəli evin altıncı mərtəbəsinə qalxmayın

Elşən Musayev: "Mühacir sənədinin topdan qiyməti neçəyədir?" - VİDEO

Agentliyin İdarə Heyətinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Səfir Ukraynada nəsimişünas şairi ziyarət edib

QMİ sədri : Erməni dini liderləri razılaşmalara əməl etmir

Prezident iki quruma pul ayırdı

Əbülfəs Qarayev Parisdə rəsmi görüşlər keçirib

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib

SON XƏBƏRLƏR
2019-11-21
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK