ANA SƏHİFƏ / SİYASƏT

Səməd Seyidov: Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir

11816    |   2019-10-21 13:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir və biz həmin şər qüvvələrlə mübarizənin içərisindəyik.

Bunu Milli Məclisin deputatı Səməd Seyidov deyib.

S.Seyidov qeyd edib ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilarların ikili standartları ilə üzləşib: "Həmin qüvvələr indi də beynəlxalq təşkilatlar vasitəsilə deyil, daxildən Azərbaycanın sabitliyini pozmaq, ölkəni xaosa sürükləməyə cəhd edirlər. Ən faciəlisi isə odur ki, bunu demokratiya, insan haqları, qanunun aliliyi pərdəsi ilə örtməyə cəhd edirlər”.

Millət vəkili bildirib ki, Avropa Birliyi Azərbaycanda radikal müxalifətin keçirdiyi qanunsuz aksiyanı təhlil etməmiş bəyanat verib: "Avropa Birliyinin özündə nümayişçilərə güc tətbiq edilir. Fransada baş verən hadisələrdə 11 nəfər həlak oldu, gözləri çıxan insanlar var idi. Biz beynəlxalq təşkilatlara öz müraciətimizi göndərməliyik. Biz Avropa Parlamentinə, Avropa Şurasına, ATƏT və digər təşkilatlara müraciət göndərib deməliyik ki, qanunun aliliyi haqqında danışan təşkilatlar qanunun aliliyini pozan insanları müdafiə etməməlidirlər. Avropanın özündə baş verən hadisələr ikili standartların nə qədər yüksək səviyyədə olduğunu göstərir. Mən əminəm ki, Azərbaycan xalqı hər şeyi çox gözəl görür”.(trend)




İmza:

Siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün görüş keçirilib

Özünü müxalifət adlandıran antimilli şura Ermənistanla eyni mövqedən çıxış edir - Elçin Mirzəbəyli

Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

İLHAM ƏLİYEV: "QARABAĞ MÜNAQİŞƏSİ ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL OLUNMALIDIR"

Borell Ankarada: Çavuşoğludan Qərbə mesaj...

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır”

Rusiya ilə Ermənistan arasında yeni qalmaqal: Moskva Yerevandan izahat tələb etdi

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi - CANLI

Əli Əhmədov: "Sosial media səhifələrində milli şura üzvlərinin Azərbaycana atdığı böhtanlar..."

Prezidentin tarixi təşəbbüsü beynəlxalq miqyasda yüksək qiymətləndirildi

Leyla Abdullayeva Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşünü şərh etdi

SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK