hacklink Adalet.az | Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaret və spirtli içkilər aşkarlanıb Adalet.az | Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaret və spirtli içkilər aşkarlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaret və spirtli içkilər aşkarlanıb

2350    |   2019-10-10 15:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Ford Transit 330", "VAZ-21099" markalı avtomobillər saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaşlar nəqliyyat vasitələrində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində "Çarskaya Zolotaya" yazılan 6 ədəd 1 litrlik, üzərində "Russkiy Standart yazılan 6 ədəd 1 litrlik, üzərində "Novaya Vodka" yazılan 6 ədəd 700 ml.-lik, üzərində "Qomel Veçernıy" yazılan 3 ədəd 700 ml.-lik, üzərində "Çar Vodka" yazılan 1 ədəd 1 litrlik, üzərində "Çarskaya Vodka" yazılan 1 ədəd 1 litrlik və "Baileys Original" yazılan 4 ədəd 1 litrlik spirtli içkilər, üzərində "Qilzı popirosı" yazılan 200 ədəd tütün doldurmaq üçün kağız filtiri və "Marlboro Filter Plus" markalı 2000 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK