ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Çindəki Azərbaycan diasporunun nümayəndələri ADU-da olublar

12429    |   2019-10-03 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çindəki Azərbaycan diasporunun nümayəndələri, millətlərarası Azərbaycan-Çin ailəsinin üzvləri – Pərvanə Kazımova, Çində anadan olmuş oğulları Elcan və Elşən ilə görüş keçirilib.

Universitetdən Adalet.az-a verilən məlumata görə, P.Kazımova artıq on ildən çoxdur ki, Dalian şəhərinin aparıcı universitetlərinin magistraturasında, sonra isə doktoranturasında təhsil alaraq, ailəsinin Çinin ictimai həyatında iştirakından, övladlarının həm Azərbaycan adət-ənənələri ruhunda tərbiyə olunmasından, həm də Çinli həyat yoldaşının mədəni irsinə hörmətindən danışıb. Belə ki, Çin orta məktəbini bitirən Elcan və Elşən Kazımov dəfələrlə televiziya musiqi müsabiqələrində və proqramlarında iştirak edib, Azərbaycan və Çin dillərində mahnılar ifa ediblər.

ADU Konfutsi İnstitutnun direktoru Rafiq Abbasov qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan "Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.

R.Abbasov, həmçinin deyib ki, bu gün ADU tələbələrinin Çinin aparıcı ali məktəblərində nəinki müvəffəqiyyətlə təhsil aldıqlarını, həm də Çinin tələbə gənclər həyatında fəal iştirak etdiklərini, Azərbaycanın tarixinə, mədəniyyətinə, siyasətinə və iqtisadiyyatına həsr olunmuş tədbirlərin müntəzəm təşkil olunduğunu, Çin ictimaiyyətini Azərbaycanın müasir, inkişafda olan, tolerant ölkə kimi Böyük İpək Yolu üzərində nailiyyətləri ilə tanış etdiklərini qeyd edib. R. Abbasov həmçinin Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan Azərbaycan gənclərinin Azərbaycanla bağlı olmalı olduğunu, Azərbaycan dilini bilməli və xaricdə yaşayan azərbaycanlı ailələrin, heç olmasa, ildə bir dəfə Vətənə gəlmələrinin yaxşı olduğunu xatırladıb.




İmza:

UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

ADU-da 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib

Peşə dərslərinin sabahkı cədvəli açıqlanıb

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK