hacklink Adalet.az | “Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib Adalet.az | “Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib

29129    |   2019-09-18 10:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru və Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrinə yeni təyinatlar olub.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrləri ilə Cəmil Elşad oğlu Quliyev C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə, Müşfiq Mürşüd oğlu Hətəmov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri vəzifəsinə təyin olunmuşlar.

Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Cəmil Elşad oğlu Quliyev Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan Televiziyası "Mədəniyyət” kanalının direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifələrində çalışıb. Bu təyinatadək (2018-ci ildən) Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri vəzifəsində işləyirdi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Bakı Mədəni Maarif Texnikumunda dərs deyib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, sektor müdiri, Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb. Bu təyinatadək (2011-ci ildən) C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru işləyirdi.




İmza:

Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir

Əlibaba Məmmədov: Artıq danışmaqda və yeriməkdə çətinlik çəkirəm

Azərbaycanlı rejissorun filmi Amerikada səhnəsində - Video

BDU-da “Ozan sənəti - milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib

İkinci dəfə əməliyyat olunan Xalq artisti: “Ağrılarım çoxdur”

Noyabr ayı üçün ən çox gözlənilən filmlər

Leyla Əliyeva “Yenilməzlər” adlı beynəlxalq qala tədbirdə - FOTO

Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

“CinemaPlus”da “Midvey döyüşü” olacaq - VİDEO

“Rəmişə qızıl saat hədiyyə etdim, uşaq kimi sevindi” - Sənətkarın həyat yoldaşı

“Çarlinin mələkləri” “CinemaPlus”a gəldi - VİDEO

“CinemaPlus”da möhtəşəm Bayraq Günü - VİDEO

SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK