adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Sentyabr 2019 12:55
15635
SİYASƏT
A- A+

CHP birinci oldu

Avrasya İctimai Rəyi Araşdırma Mərkəzinin yaptığı son anket sorğusunda CHP uzun illərdən sonra ilk dəfə Türkiyənin ən yüksək reytinqə malik partiyası olaraq ilk sırada yer alıb. Mərkəzin başqanı Kamal Özkiraz sorğunun sosial medyada yayımladığı nəticələrini şərh edərkən deyib ki, 1-7 sentyabr tarixləri arasında keçirdiyimiz rəy sorğusunda CHP birinci yerə çıxıb, Cümhur İttifaqı 43-45 faiz səslə öndə olub. Sorğunun nəticələrinə görə MHP-nin də reytinqində yüksəliş hiss olunub ki, bu da əsasən millətçilərin müttəfiqi olduqları AK partiyanın tərəfdarlarından aldığı səslərin hesabına mümkün olub. Özkirazın sözlərinə görə hakim AK partiya başda müttəfiqi MHP olmaqla bütün partiyalara qarşı səs itirib ki, bunun da əsas səbəbi iqtisadi böhran, rüşvətxluq, qaçqınlar problemi və işsizliklə bağlıdır. "Əgər 23 iyun seşkiləri (İstanbul Bələdiyyə Başqanı seçkiləri nəzərdə tutulur) genel seçkilər olsaydı yenə də eyni nəticə alınardı.