hacklink Adalet.az | Kürdəmirdə ağır qəzada xəsarət alanların VƏZİYYƏTİ Adalet.az | Kürdəmirdə ağır qəzada xəsarət alanların VƏZİYYƏTİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Kürdəmirdə ağır qəzada xəsarət alanların VƏZİYYƏTİ

3461    |   2019-09-09 11:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən gün Kürdəmir rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Adalet.az-ın məlumatına görə, Ağsu-Kürdəmir-İmişli yolunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınan qəzada iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılara Şüşün kənd sakini 1961-ci il təvəllüdlü Gülməmmədov Ramil İbrahim oğlu sağ baldır sümüklərinin qəlpəli sınığı, L1 fəqərələrin cismən qapalı sınığı, alnın əzilmiş-cırılmış yarası və Qaramahmud kənd sakini 1994-cü il təvəllüdlü Eyyubov Rüfət Mürvət oğlu alnın əzilmiş, cırılmış yarası xəsarətləri diaqnozu qoyulub.

Xəstələr bir müddət tibbi yardım aldıqdan sonra ambulator müalicəyə yola salınıblar. Qeyd edək ki, qəzaya səbəb minik avtomobilinin qarşısına iribuynuzlu heyvanın çıxması olub.



İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK