nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Yaponiya rəsmisi: Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıyıq Adalet.az | Yaponiya rəsmisi: Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıyıq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Yaponiya rəsmisi: Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıyıq

10525    |   2019-09-06 08:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycana işgüzar səfəri çərçivəsində Yaponiyanın Xarici İşlər nazirinin Parlament üzrə müavini Kenci Yamadanı qəbul edib.

Görüşdə Nazir Elmar Məmmədyarov "Şimal-2"elektrik stansiyasının tikintisinin başa çatmasının mühüm bir hadisə olduğunu qeyd edib və Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin bu stansiyanın açılış mərasimində şəxsən iştirak etməsinin iki ölkə arasında olan münasibətlərə yüksək etimadının göstəricisi olduğunu vurğulayıb.

Kenci Yamada "Şimal-2"elektrik stansiyasının istismara verilməsi münasibətilə təbriklərini səsləndirərək, Azərbaycanın dövlət başçısının bu açılış mərasimində iştirakının tərəflərindən yüksək qiymətləndirildiyini dilə gətirib.

Ardınca K.Yamada strateji əhəmiyyətli məntəqədə yerləşən Azərbaycanın neft sektoru ilə yanaşı, son vaxtlar qeyri-neft sektoruna böyük diqqət göstərməsini ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından mühüm fürsət kimi dəyərləndirib. Nazir müavini ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib. K.Yamada Yaponiya ilə Azərbaycan arasında "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş"üzrə danışıqların ilk raundunun keçirilməsinə istinad edərək, bu danışıqların davam etdirilməsinin ölkələrarası iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Nazir E.Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin məmnunluq doğurduğunu bildirib və ikitərəfli əlaqələrin daha da güncləndirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda E.Məmmədyarov, Azərbaycan ilə Yaponiya arasında turizm sektorunda münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə bağlı fikir mübadiləsi aparılıb.




İmza:

Daha bir məntəqədə seçkilərin nəticələri ləğv edilib

İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlandı

“Seçkidən qalib çıxmışam, niyə istefa verməliyəm ki?” - Sabir Rüstəmxanlı

Sercio Mattarella: 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub

Çindəki səfirliyimiz tam heyətlə işləyir - XİN

MSK daha altı məntəqənin nəticələrini “sıfırladı” - YENİLƏNİB

Harvard Universitetinin saytında Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

MSK DSK-nın qərarını qüvvədə saxladı

Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb

Azərbaycan-İtaliya sənədləri mübadilə edilib

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNİB

SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK