ANA SƏHİFƏ / MARAQLI

Bakı dünyanın ən təhlükəsiz şəhərləri sırasına daxil oldu

12043    |   2019-08-29 15:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı şəhəri dünyanın 2019-cu ildə 50 ən təhlükəsiz şəhərləri arasında yer alıb.

"The Economist İntelligence Unit” (EİU) analitik mərkəzi ilə "The Economist” dərgisinin tərtib etdiyi illik hesabatdakı reytinqə görə, Azərbaycanın paytaxtı maksimum 100 xaldan 56,4 xal toplayaraq 49-cu yeri tutub.

Reytinqə görə, 60 şəhər rəqəmsal təhlükəsizlik, səhiyyə xidmətləri, infrastruktur, fərdi təhlükəsizlik daxil olmaqla 57 müxtəlif göstərici əsasında dəyərləndirilib.

Belə ki, Kopenhagen, Dubay, Laqos şəhərləri ilə yanaşı, reytinqə ilk dəfədir ki, qiymətləndirilən Bakı rəqəmsal təhlükəsizliklə bağlı siyahıda 51,7 xalla 46-cı yerdə, səhiyyə təhlükəsizliyi ilə bağlı siyahıda 64 xalla 41-ci yerdə, fərdi təhlükəsizlik baxımından 63,7 xalla 49-cu yerdə, infrastruktur təhlükəsizliyi üzrə isə 46,3 xalla 54-cü yerdə qərarlaşıb.

Reytinqdə birinci yeri Yaponiyanın paytaxtı Tokio şəhəri tutub. Sonrakı yerlərdə ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam, Sidney, Toronto, Vaşinqton, Kopenhagen, Seul, Melburn yer alıb.

Araşdırma müəlliflərinə görə, hazırda dünya əhalisinin 56 faizi şəhərlərdə yaşayırsa, 2050-ci ildə bu rəqəm 68 faizə çatacaq.




İmza:
SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK