Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ZAUR ƏHMƏD: Vətəndə vətənsizlər Adalet.az | ZAUR ƏHMƏD: Vətəndə vətənsizlər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ZAUR ƏHMƏD: Vətəndə vətənsizlər

5615    |   2019-08-28 09:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yay fəslindən xoşum gəlmir. Bakının, Abşeronun bürkülü havası yayı dözülməz edir.

Amma illərdir məni yaydan küsdürən başqa səbəb var.

Hər il iyul-avqust aylarında tanıdığım insanların əksəriyyəti məzuniyyətə çıxır. Əksəriyyət istirahət üçün dədə-baba yurduna - doğma kəndinə üz tutur. Hətta isti havası ilə seçilən Kürdəmir olsa belə, adamlar doğma kəndlərinə getməyə can atırlar. Amma mən…

Düz, 26 ildir ki, "Kəndə gedəcəyəm”,- deyə bilmirəm. Halbuki uşaq vaxtı məktəbin bağlanmasını - 25 Mayı iplə çəkirdim ki, tətil başlayanda kənddə olacağam. O vaxt məktəb bağlanan kimi atam məni hansısa qohumumuzla kəndə yola salardı. Kəndə çatana kimi o qədər xəyal qururdum ki… Babamı, nənəmi belə qucaqlayacam, eşşəyi belə minəcəm, «taxtapuç»da samanlıqda yumurtlayan toyuğun arxasınca düşəcəm, ağacların başına çıxıb «Buralar mənimdir»,- deyib, heç kimi yaxına buraxmayacam… O vaxtlar xəyallarım reallaşırdı. Çünki xəyallarımla kəndimiz arasındakı yolu 5-6 saatlıq zaman ayrırdı. Zaman tez keçib gedirdi və mən xəyallarıma qovuşurdum…

Artıq xəyallarımla kəndimiz arasındakı məsafə 26 ildir ki, uzanır. Neçə vaxtdır xəyal-filan da qurmuram. Çünki o xəyallar o qədər qırıqlığa uğrayıb ki, onları araya gətirib xəyal eləmək olmur.

Köçkün həyatı yaşayanlar Vətəndə vətənsizliyin nə demək olduğunu yaxşı bilərlər. Mən köçkün olmasam da, illərdir tətilimi öz doğma kəndimdə keçirməkdən məhrum olmuşam. Odur ki, mən də özümü Vətəndə Vətən həsrəti çəkənlərdən sayıram.

Yaxşı ki, Cəbrayıla getdiyim son illəri xatırlayıram. Çox vaxt Cəbrayıldan danışanda mənə gülürlər. Deyirlər ki, "A bala, sən Cəbrayılı harda görmüsən?”

Müşahidə qabiliyyətim uşaqlıqdan yaxşıdır. Gəzdiym hər yer yaddaşıma həkk olub. Bəlkə də Tanrı nə vaxtsa Vətəndə vətənsiz olacağım üçün o yerləri yaddaşıma yaxşıca həkk edib.

Axırıncı dəfə 10 yaşımda Cəbrayılda olmuşam. Kəndimizin hər yerinə bələdəm. Kimin evi hardadır, kimin bağındakı hansı meyvədaha dadlıdır, kimin qoyun-quzusu hardan gəlib keçir - diqqət elədiyim üçün hamısını əzbər bilirdim. Ona görə də həmyaşıd olduğum qohumlarım kənd xatirələrini mənim kimi detallı danışa bilmirlər…

1993-cü ilin avqust ayı idi. Dəqiq tarixi xatırlamıram. Ayın 10-15-i arası olardı. Artıq camaat yavaş-yavaş yır-yığış edirdi. Babam mal-qara üçün təzə çatı (Biz tərəflərdə kəndirə çatı deyirdilər - Z.Ə.) toxuyurdu. O gün babam çox hüznlü idi. Sanki kişi başlarına gələcəkləri duymuşdu. Düzdür, kəndin kişiləri «Ə, erməni qələt edir bu tərəflərə hərlənir», - deyirdilər, amma o sözdən sonra hamısının çöhrəsinə hüzn çökər və susub fikrə gedərdilər.

Həmin hüznlü axşamlardan biri idi. Məni şəhərə qaytarmaq üçün kəndə gələn anam və bacımla bizi yola saldılar. Biz Cəbrayılın Mahmudlu stansiyasından çıxan axırıncı qatarla doğma rayonumuzu tərk etdik. Həmin qatarın səsi indi də qulaqlarımdadır. O qatar bir daha geri qayıtmadı, eləbiz də. O gündən bəri mən və mənim kimi bir milyondan çox adam Vətəndə vətənsizdir. Hər yay ölkəmizin müxtəlif səfalı bölgələrinə getsəm də, nəsə ürəyimə yatmır. Səbəb bəllidir. Böyük Vətənimiz Azərbaycan olsa da, ürəyim Yavru Vətənim Cəbrayılı istəyir…


İmza:gunpress.az

YAZARIN ARXİVİ

2019-09-10 : CHP birinci oldu
2019-09-10 : ELTON QULİYEV :
2019-09-10 : Ağdamda son azan
2019-09-03 : ŞƏRHSİZ...
2019-09-02 : AKİF RÜSTƏMOV:
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK