nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | "Aqil Abbasın aprel döyüşləriylə bağlı ssenarisi ora təqdim olunsa da nədənsə qəbul olunmayıb" Adalet.az | "Aqil Abbasın aprel döyüşləriylə bağlı ssenarisi ora təqdim olunsa da nədənsə qəbul olunmayıb" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

"Aqil Abbasın aprel döyüşləriylə bağlı ssenarisi ora təqdim olunsa da nədənsə qəbul olunmayıb"

31032    |   2019-08-27 11:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Biz özümüz bu istiqamətdə işləyirik və hələ ki, adamların adlarını çəkmək istəmirəm”

Adalet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov aprel döyüşləriylə bağlı çəkiləcək filmlər haqda danışarkən deyib. M.Hətəmov yazıçı Aqil Abbasın müharibə mövzusunda çəkilən "Dolu” filminin də onlar üçün uğur gətirdiyini bildirib:

"Film ssenariləri Mədəniyyət Nazirliyində kimissiyaya təqdim olunur və onun da sədri Cəmil Quliyevdir. Elə yazıçı Aqil Abbasın da aprel döyüşləriylə bağlı ssenarisi ora təqdim olunub və nədənsə qəbul olunmayıb. Biz özümüz bu istiqamətdə işləyirik və hələ ki, adamların adlarını çəkmək istəmirəm. Aprel döyüşləriylə bağlı çəkiləcək filmlərə görə bir çox ciddi layihələrlə maraqlanırıq. Bilirsiniz ki, Aqil müəllimin "Dolu” filmdi də bizə uğur gətirib və çox istəyərdik ki, onunla əməkdaşlıq edək.

Qaldı ki, ermənilərin aprel döyüşləriylə bağlı film çəkməsindən xəbərdarıq. Bizə vəsait mart ayında ayrıldı. Ssenarilər təqdim olunub və hazırda müzakirələr gedir. Bir daha onu qeyd edim ki, ssenarini kinostudiyalar deyil, nazirlikdəki komissiya qəbul edir”.


İmza:
SON XƏBƏRLƏR
2020-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.47%)
Pullsuz (10.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK