Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Məcburi köçkünlər üçün yeni qəsəbə istifadəyə verildi Adalet.az | Məcburi köçkünlər üçün yeni qəsəbə istifadəyə verildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Məcburi köçkünlər üçün yeni qəsəbə istifadəyə verildi

3320    |   2019-08-27 11:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Beyləqan rayonu ərazisində 146 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni qəsəbə istifadəyə verilib.

Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 105-ci qəsəbədir.

Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Hər il minlərlə məcburi köçkün ailəsi dövlət vəsaiti hesabına inşa edilən yeni qəsəbələrdə mənzil və evlə təmin olunur. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.


Yeni qəsəbəyə Beyləqan rayonu ərazisində məktəblərdə və digər ictimai binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüləcəklər. Bu məqsədlə rayon mədəniyyət evində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq komissiyasının üzvlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib. Avqustun 27-dən məcburi köçkünlərin yeni qəsəbədəki evlərə köçürülməsinə başlanılacaq.

Yeni qəsəbə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi əsasında layihələndirilib və inşa olunub. Ayrılmış 30 hektar torpaq sahəsində tikinti işlərinə 2018-ci ilin avqust ayında başlanılıb. Qəsəbədəki evlərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Bundan başqa, qəsəbədə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi də inşa edilib, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.


Qəsəbəni elektrik enerjisi ilə təchiz etmək məqsədi ilə yaxınlıqda yerləşən 35/10 kV-luq "Xocavənd” yarımstansiyasında genişləndirmə işləri aparılıb, 0,57 kilometr 35 kV-luq və 3,33 kilometr uzunluğunda 10 kV-luq yeni elektrik veriliş xətləri çəkilib. Qəsəbə ərazisində Mərkəzi Paylayıcı Qurğu binası tikilib, komplekt transformator məntəqəsi yaradılıb.

İçməli su təchizatı şəbəkəsi yaradılıb, 10,15 kilometr uzunluğunda su xətti çəkilib, iki ədəd 300 kubmetrlik su anbarı inşa edilib, iki ədəd artezian quyusu istismara verilib və digər zəruri tədbirlər görülüb. Ərazidə sahədaxili içməli su və yanğına qarşı su şəbəkəsi tikilib, 25 ədəd yanğın hidrantı quraşdırılıb.

Qəsəbəyə qaz xətti çəkilib, sosial obyektlərin istilik təchizatı üçün qazanxanalar tikilib. Ərazidə abadlıq işləri aparılıb, 7,47 kilometr uzunluğunda asfalt-beton yol-küçə şəbəkəsi, 1,7 kilometr uzunluğunda drenaj şəbəkəsi, 6 ədəd sanitariya-təmizləmə meydançası tikilib, 1,65 hektar sahədə yaşıllaşdırma işləri görülüb.



İmza:

Fuad Qəhrəmanlının ailə zorakılığı fotofaktlarla yayıldı - FOTO

Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

Nazir: Təmizlik aksiyalarının keçirilməsi artıq geniş vüsət almış hərəkatdır

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

"Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq

DYP Bakıda piyadalara qarşı reyd keçirib - FOTO

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

Polis rəisi narkotikin zərərlərindən danışdı

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər

Xəstəxanalarda tibbi xidmətlər pullu olmayacaq - Agentlik sədri

Bakıda külək altı ağacı aşırdı: ikisi maşının üstünə düşdü

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK