nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır Adalet.az | Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır

3530    |   2019-08-26 12:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda dopler radar müşahidə sisteminin tətbiqinə başlanılır.

Bunu ABŞ-ın "Baron” şirkətinin Azərbaycanda "vahid milli hidrometeoroloji sistemin yaradılması” proqramı çərçivəsində Hava Radar Sisteminin təqdimatı zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu sistemin tətbiqi Milli Hidrometerologiya xidməti üçün rahatlıq yaradacaq:

"Dopler radar sistemi dünyada geniş istifadə olunur. Bu avadanlıqlar iqlim dəyişiklikləri ilə bağlı təhlükəli hadisələrə əvvəlcədən hazır olmaq imkanı yaradır. Belə bir sistemin alternativi yoxdur. Bu sistem qısamüddətli proqnozların dəqiqliyini artırmaq imkanı verəcək və 2-4 saat əvvəldən qısamüddətli xəbərdarlıqların konkret ərazilər üzrə lokallaşdırılmış, daha dəqiq formada verilməsini təmin edəcək. Buna qədər verilən xəbərlər bütün respublikanı əhatə edirdi. Amma indi bütün regionlar üzrə hansı proseslərin qeydə alındığını dəqiq deyə biləcəyik".

U.Tağıyeva qeyd edib ki, dopler radar sistemi ilk olaraq Şamaxı və Göygöldə quraşdırılacaq:

"Bu sistemin əhatə radiusu 250 kilometri əhatə edir. Dəqiqliyi təmin etmək üçün iki dopler radar kifayət deyil. Daha sonra bu sistem respublikanın 5 regionunda quraşdırılacaq. Bütün bu işlər dövlət investisiyası ilə reallaşır".

"Baron” şirkətinin nümayəndəsi Brian Bellev bildirib ki, bu sistem meteroloji prosesləri 3D formatında vizullaşdırmağa imkan verəcək: "Dopler radar sistemləri ölkədə bütün hidrometeoroloji müşahidə sistemini vahid şəbəkədə birləşdirmək imkanı yaradır. Sistem vasitəsilə iki saat qabaqcadan yağıntı və dolunun neçə millimetr düşməsi ehtimalını təxmin etmək mümkün olacaq".

Qeyd edək ki, "Baron” radarları fasiləsiz avtomatlaşdırılmış, uzaqdan izləmə rejimində və 24 saat müddətində fəaliyyət göstərəcək.




İmza:

ETİBAR ƏLİYEVDƏN SƏRT CAVAB

ŞAYİƏ İLƏ BAĞLI SÖZ HÜQUQ-MÜHAFİZƏ ORQANLARININDIR

MSK daha bir məntəqə üzrə nəticələri etibarsız saydı

“Azərbaycan Dəmir Yolları”ndan koronavirus AÇIQLAMASI

DİN-də Xocalı faciəsinin qurbanları yad edildi

Qarabağ icması Xocalı ilə bağlı bəyanat yaydı

Tovuz-Qazax-Ağstafa seçki dairəsində bir məntəqədə səsvermənin nəticəsi ləğv edildi

Sabirabad birinci seçki dairəsi üzrə bir məntəqədə səsvermənin nəticəsi etibarsız sayıldı

Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib

MSK daha bir məntəqədə səsvermənin nəticəsini etibarsız sayıb

Daha bir məntəqədə səsvermənin nəticəsi etibarsız sayıldı

Bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdır - Məzahir Pənahov

SON XƏBƏRLƏR
2020-02-25
2020-02-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK