Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Toy adətləri müxtəlif ölkələrdə Adalet.az | Toy adətləri müxtəlif ölkələrdə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Toy adətləri müxtəlif ölkələrdə

4302    |   2019-08-23 10:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər eldə toy kimi gözəl adət var, bəs fərqlilikləri nələrdir? Bu məqaləmizdə biləcəksiniz.

Çin

Çində evlənmək istəyən insanlar əvvəlcə bir astroloqa müraciət edərək doğum xəritələrinə görə evliliklərində bir maneə olub-olmayacağını müəyyənləşdirirlər.

Pakistan

Digər qəribə toy adətləri olan ölkə Pakistandır. Burada gəlinin ailəsi bəyə dişinin dibindən çıxanı deyir. Bu təhqiramiz sözlər qarşısında bəy nə qədər səbirli olsa gəlinə o qədər layiq olmuş olur.

Afrika

Afrikanın bir çox bölgəsində hökm sürən adətə görə kişi qadınla evlənmək istəyirsə qadına çoxlu pul və fıstıq verməlidir.

İngiltərə

İngiltərənin ən qədim ritualı kilsə zəngini çalaraq bütün pis ruhları dəf etməkdir. Gəlin və bəy kilsəyə girərkən zənglər çalınmağa başlayır və cütlüklərə müxtəlif çiçək ləçəkləri atılır.

İrlandiya

İrlandiyada isə ilk rəqs zamanı gəlin ayağını yerdən qaldırmamalıdır. Əgər ayağını qaldırsa inanca görə şərə xidmət edən pərilər gəlini qaçırırlar.

İspaniya

Burada gəlinin atası bəyə saat hədiyyə edir. Bəy gəlinə "arras” adlandırılan 13 ədəd qızıl verməlidir. Bu qazanacaqları bütün şeylərin ortaq istifadəsində atılan ilk addım hesab olunur.

Yunanıstan

Yunanıstandakı qəribə toy adəti gəlinlərin qırmızı və sarı rəngdə örtük taxmalarıdır. Bunda məqsəd isə pis ruhları qovmaqdır.

İsrail

Musəvilərin maraqlı inancına görə toylarda içi şüşə parçaları ilə dolu bez tapdalanır. Bunun məqsədi Qüdsdə yerləşən müqəddəs məbədin yox olmasını anmaqdır. Toylarda qırdıqları şüşələrin çeşid və ölçüsünə görə xoşbəxtlik və kədər ayırd edilir.



İmza:Eminquey
SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK