Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycan gəmisi Qara dənizdə yük daşıyacaq Adalet.az | Azərbaycan gəmisi Qara dənizdə yük daşıyacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan gəmisi Qara dənizdə yük daşıyacaq

3089    |   2019-08-22 14:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gürcüstanın paytaxtı Tbilisidə "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu"Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin işçi qrupunun iclası keçirilib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"QSC-dən(ASCO) verilən məlumata görə, QSC-nin sədri Rauf Vəliyevlə yanaşı, Gürcüstan, Qazaxıstan və Rumıniyadan olan dəmiryolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələrinin də qatıldığı yığıncaqda Qara dənizdə Gürcüstanın Batumi və Rumıniyanın Konstansa limanları arasında ASCO gəmisi vasitəsilə konteyner daşımalar xəttinin yaradılması məsələsi müzakirə olunub və bununla bağlı qərar qəbul edilib.

Bu xətt üzrə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub. Gözləntilərə görə, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Middle Corridor) cəlbediciliyini və Azərbaycan üzərindən keçən tranzit konteyner daşımalarının həcmini artıracaq.

Qeyd edək ki, ASCO-nun Qara dənizdə fider gəmisinin ilk sınaq səfərinin 2019-cu il sentyabrın 20-dək həyata keçirilməsi nəzərdə tutulur.

Fider gəmi hər 10 gündən bir (ayda üçdəfə) səfərə çıxacaq. Yük həcmi çoxalacağı halda xətt üzrə gəmilərin sayının və reyslərin müntəzəmliyinin artırılması da nəzərdə tutulub.




İmza:

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb

BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət

XALİD KAZIMLI BAKIDAKI ERMƏNİLƏRİN XƏTRİNƏ DƏYİR

Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

“AzerGold” rəhbərliyi Tacikistan nümayəndə heyəti ilə görüşdü

APARICILAR GÜL VURUR EY!

İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə

8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub

Qətlə yetirilmiş polis anasından Prezidentə məktub: "Bu ağır cinayətin üstünü ört-basdır etmək bu qədərmi asandır?"

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK