hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə biləcəklər - YENİLİK Adalet.az | Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə biləcəklər - YENİLİK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə biləcəklər - YENİLİK

6849    |   2019-08-20 14:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin "Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib.

DİM-dən verilən məlumata görə, bu xidmət vasitəsilə abituriyentlər cari ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə bilərlər.

Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı, "unikal kod” da verilir. Arayışda göstərilən "unikal kod” vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.

Artıq ali təhsil müəssisələri və digər əlaqədar təşkilatlar imtahan nəticələri ilə bağlı arayışı təqdim edən şəxsdən "unikal kod”u tələb etməklə aşağıdakı link vastəsilə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.

Xidmətə keçid:http://ekabinet.dim.gov.az/pBArayis.aspx

Xidmətə keçid pəncərəsi daim DİM-in saytının baş səhifəsində aktiv banerlər siyahısında olacaq.




İmza:
SON XƏBƏRLƏR
2020-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK