hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Nigar ARİF: Uzaqlara Adalet.az | Nigar ARİF: Uzaqlara Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Nigar ARİF: Uzaqlara

9961    |   2019-08-15 09:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uzaqlara

Salam,dostum,necəsən?
Oralar necədi?
Orda hava necədi?
Külək göyün işinə
yenə çox qarışırmı?
Günəş buludlarilə
küsəndə barışırmı?
Yağış olduğun evin
gözünə yaraşırmı?
Danış görüm axşamlar,
Oyadıb keçənləri,
İçib xatirələrdən,
Nərd oynayır yuxular?
Heç döyürmü qapını,
Uşaqlıqda sevdiyin,
Anamın bişirdiyi,
Şirin dadlı qoxular?...
Günlər eyvana çıxıb
günlərə boylanırmı?
Səs gəlirmi uzaqdan,
Qulağına toxunub
axtaranda o səsi,
Ürəyində arzular
Mənimtək darıxırmı?
Tez-tez köhnə ad çəkib,
Dilin heç karıxırmı?
Orda səhər necədi?
Orda şəhər necədi?
Deyirlər eşqə düşmüsən,
O düşdüyün yer necədi?...

Bəstəsi mən,sözü sən

Bir dənizə dönmüşəm,
Ləpəsi sətir-sətir.
Dalğaların altında,
Balıqlar yallı gedir.
Bir dənizə dönmüşəm,
Şeirimin sahilində.
Kövrəlib sərt qayalar,
Günəş tutur əlindən.
Bir dənizə dönmüşəm,
Göyün üzünə qaçır.
Gəmi boyda arzular,
Sinəmdə yelkən açır.
Bir dənizə dönmüşəm,
Dəniz bəbəklərinde.
Çaxılıram daş-qaşa,
İncə biləklərində.
Bir dənizə dönmüşəm,
Saçları yosun-yosun.
Zaman dodaqlarında,
Dincəlir uzun-uzun.
Bir dənizə dönmüşəm,
Bu dənizin özü sən.
Oxuduğu nəğmənin,
Bəstəsi mən,sözü sən.


Barış

Özündən küsən adam,
Günahların çoxdumu?
İtirdiyin özünsən,
Qazandığın yoxdumu?
Kim səni aldı səndən?
Harda, necə unutdu?
Kim tutdu ürəyini,
Kim bu qədər ovutdu?
Kim çürütdü ömrünü,
Üzünə baxa-baxa?
Nələr qoydu gözündə,
Gözündən axa-axa?
Bəlkə, elə özünsən?
Özunə dərd olmusan.
Sevincini əlindən,
Bəlkə, özün salmısan?
Özünə dərd eləmə,
Dərdindən bezən adam,
Yollarından yorulub,
Fikrində gəzən adam.
Qayıt, yoluna qayıt,
Barış o küsdüyünlə.
Əlini ver, dur, görüş,
Əlini üzdüyünlə.


Fikir pəncərəsi

Yox, daha danışa, dinə bilmirəm,
Nə deyim dünyanın qara üzünə,
Bu şər vaxtına, axşam üstünə,
nə deyim?..
Nə deyim bu evdən, bu yoldan keçən,
Bu çarpaz yolların əlindən tutub,
Bu tozlu şəhərin soyuğundan, istisindən,
Maşınların tüstüsündən keçən,
Küçə-küçə lampaların işığından,
Gecə-gecə adamların içindən,
İçindəki adamların gözünden keçən,
Keçib-keçib sözə dönən
əyrisinə, düzünə,
Dünyanın güzgüsünə,
Güzgüsündə gördüyüm bu özümə nə deyim?..
Qır bu güzgünü, qır ömrüm-günüm,
Qoy gözüm görməsin ağlım kəsəni,
Nə olsun etməz adam hər ağlına əsəni?
Mən adam deyiləm, adam deyiləm...
Qapısı qıfıllı bir evəm bəlkə,
Özüm öz içimdən çıxa bilmirəm.
Bilmirəm...
Görəsən bu evin pəncərəsi hardadır?
De görüm o pəncərə açılır hara?
Götür fikrim apar məni,
Apar burdan uzaqlara.
Bəlkə pəncərələr de dilsiz evlərin qollarıdır, qolları.
Hər səhər, hər axşam
Gördüklərimizi bizə göstərməkçün deyil,
Görmədiklərimizi qucaqlamaq üçün açılır?..

Sən gedəndə

Mən coğrafiya dərslərindən
həyatın qızarmış gözlərini görürdüm...
Vulkan kimi püskürən gerçəkləri,
Gerçəklərin lavasında yalanların süründüyü düzənləri,
Ən uca dağların yerə çökən dizlərini görürdüm...
Bütün ölkələrdə eyni külək əsirdi,
eyni yağış yağırdı...
Mən özüm də ölkə idim,mən özüm də...
Sənin kimi bir ölkəni ram etmək istəyəndə,
Ürəyimdə bir zəlzələ olurdu,
Ən kobud,ən keçilməz yerlərin
lap dərin qatlarında
şirin sular axırdı,saf bulaqlar axırdı...
Ən uzaq ərazidə ən gözəl varlıqların üzlərini görürdüm..
Sən gedəndə...
Sən gedəndə başadüşdümki,
insan ən böyük aysberqdi
Illərlə əriyib ölümə doğru axır...

İçimdəki daş

Yenə özüm boyda işin içində,
Özümdən də böyük baş gəzdirirəm.
Bilmirəm üstümdən neçə yük keçir,
Torpağam, içimdə daş gəzdirirəm.
Bu daşı nə zaman udmuşam, Allah?
Bu daşı içimə kim salıb görən?
Daş kimi soyuğam, daş kimi lalam,
Bəs kimdir içimdə bu daşa hürən?
Canımda qorxular ulayır yoxsa-
Ağlıma gəlməyən yuxuma gəlir.
Bu itlər boğuşub dırnaqlar ilə-
Deyəsən yuxumun gözünü dəlir.
Quruyub gövdəsi dodağınacan,
Yuxular ömrümün harasındadı?
Başının yarpağı tökülüb təmiz,
Ömrüm də işimin yarısındadı.
Məni bu ömürdən çıxaran olmaz,
Çiynimin yükündən ağırdı daşım.
Birazca şeirəm, biraz da şair,
Gərək özüm boyda işə qarışım.

Çətinki

Bir də bu yerlərdən keçmeyəcəyəm,
Burda xatirələr boyumacandı.
Içib gözlərimdən ümidlərimi,
Yeyib ürəyimi doyanacandı.
Daha bu yolları tikan,kol basib,
Keçən günlərimsə ayaqyalındı.
Sənli arzularım quru xəzəl tək,
Sənli xəyalların tozu qalındı.
Çətin ki, isinə canı bu yerin,
Ne qədər geyinsə çiçəyi-otu,
Bəlkə kimlərinse ilk görüş yeri,
Bizim sevgimizin olar tabutu.




İmza:
SON XƏBƏRLƏR
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK