viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Prezident və xanımı “Nərəkənd”in açılışında - FOTO Adalet.az | Prezident və xanımı “Nərəkənd”in açılışında - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Prezident və xanımı “Nərəkənd”in açılışında - FOTO

3743    |   2019-08-07 18:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda "Nərəkənd” balıqyetişdirmə kompleksinin açılışında iştirak ediblər.

 "CMS Properties” şirkətinin rəhbəri Eyvaz Eyvazov dövlət başçısına və birinci xanıma müəssisə haqqında məlumat verib. Pirallahı adasının girişində təməli Prezident İlham Əliyev tərəfindən 2017-ci ildə qoyulan kompleksin qapalı tipli istehsal sexləri inşa olunub. Ümumi sahəsi altı hektar olan bu müəssisənin ilkin mərhələsində illik istehsal gücü 100 ton nərə, 25 ton çökə əti və 4 ton qara kürüdən ibarət olacaq. Burada 30 iş yerinin açılması nəzərdə tutulur və perspektivdə onların sayı 70-ə çatdırılacaq. Kompleks çərçivəsində açıq tipli ferma, mehmanxana, yaxt-klub və koteclər də layihələndirilib.

"NərəMİZ” balıqyetişdirmə zavodunda müasir texnologiyalarla suyun təkrar dövriyyəsini təmin edən qapalı tipli fermanın inşası tamamlanıb. Qapalı sistemdə suyun təkrar dövriyyəsini təmin edən texnoloji proses nərə balığı istehsalının təbii faktorların təsirindən qorunmasına və yetişdirmə templərinin artmasına imkan yaradır. Burada yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən 2 il müddətinə 5 kiloqram əmtəə çəkisinə çatdırılır. Layihənin növbəti mərhələsində dənizdə qəfəs təsərrüfatının qurulması nəzərdə tutulur. Hazırda münasib yerin seçilməsi üçün ölçmə-axtarış işləri aparılır. Nəticədə ümumi illik istehsalat həcminin 200 ton balığa və 20 ton kürüyə çatdırılması planlaşdırılır. Kompleksin fermalarında yetişdirilmiş, habelə balıqçıların dənizdə tutduğu balığın mərkəzləşdirilmiş qaydada və zəruri normativlərə uyğun satışının təşkili məqsədilə zəruri şərait yaradılıb, balıq bazarı inşa olunub.

Layihə çərçivəsində ərazinin yaşıllaşdırılması və əhalinin istirahəti üçün şəraitin yaradılması məqsədilə kompleksin ətrafındakı sahil zonası abadlaşdırılıb və ərazidə müasir park salınıb.

Bu layihənin icrası ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı, o cümlədən idxalı əvəzləyəcək məhsulların istehsalı baxımından mühüm əhəmiyyətə malikdir. Son illərdə aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sahəsində mühüm nailiyyətlər əldə olunub, bu sektorun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, rəqabətqabiliyyətli malların istehsalı genişlənib.



İmza:
SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK