viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Yad məmləkətdə gərək Vətəninin üzünü ağardasan Adalet.az | Yad məmləkətdə gərək Vətəninin üzünü ağardasan Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Yad məmləkətdə gərək Vətəninin üzünü ağardasan

Soydaşımız Zülfüqar Rəhim oğlu kimi

4095    |   2019-07-29 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində olmuşam. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, qayğıkeş qələm dostumuz Umud Rəhimoğlugildə, təxminən 29-30 il öncə. Onda bu gözəl yaşayış məskəninin çal-çağır vaxtlarıydı, mən qələm yoldaşım, tənqidçi Nadir Cabbarovla birgə Umudun kiçik qardaşı Məhəbbətin toyunda iştirak etmək üçün Əbdürrəhmanlıya təşrif gətirmişdim. Zurna-balaban səsi ətrafı başına götürmüşdü, hərdənbir külək barıt qoxusunu gətirsə də, avtomat çaqqıltısı uzaqlardan eşidilsə də, camaat sakit güzəranını yaşamaqdaydı, heç kəs haçansa bu doğma yurd yerlərinin işğal altında qalacağına inanmırdı.

O zaman Umud Mirzəyevin atasıyla, qardaşlarıyla, qohum-əqrəbasıyla, ümumən götürsək, Əbdürrəhmanlı camaatıyla tanış olduq: atası Rəhim kişi dedikcə qonaqpərvər, mərd, istiqanlı, qılıqlı adam idi. Ömrünün sonunacan kənd-kəsək eşqiylə qovruldu, qismətində deyilmiş, Bakıda haqq dünyasına qovuşdu, ancaq doğma kəndinin lap həndəvərində vəsiyyəti ilə dəfn olundu. Əlbəttə , o, bütün digər köçənlər kimi özüylə heç nə aparmasa da, qeyrətli, namuslu, vətənpərvər övladlar yadigar qoyub getdi. Haqqında söz açdığımız böyük oğlu Umud müəllim respublikada tanınan ziyalı, jurnalist, şair, ictimai xadimdir. Ölkədə əhəmiyyətli bir beynəlxalq ictimai quruma rəhbərlik edir. Tez-tez xarici dövlətlərdə Azərbaycan həqiqətlərini qəzet-jurnal səhifələrinə çıxarır, populyar saytlarda yerləşdirir, radio-televiziya kanallarında çıxışlar edir, imicimizi qaldırır.

Mirzəyevlər ailəsinə mənsub yeddi övladdan biri, adımızı Udmurtiya Respublikasında ləyaqətlə təmsil edən, İjevskdəki "Dostluq" diaspor təşkilatının rəhbəri, Udmurtiya Dövlət Əfv Komissiyasına üzvü, bir sıra Dövlət təltiflərinə layiq görülmüş Zülfüqar Rəhim oğludur. Zülfüqar müəllim təkcə mədəniyyət mərkəzinə rəhbərliyi ilə kifayətlənmir, o, dağınıq surətdə səpələnən pərakəndə yurddaşlarımızın vahid, yumruq şəkildə birləşməsində, yad məmləkətdə onların hüquqlarının qorunmasında, müstəqil, yeniləşən Azərbaycanımızın qürbətdə tanınmasında əsl fədai kimi iş görür. Zülfüqar Mirzəyev Udmurtiyada, ətraf regionlarda o qədər məşhurdur, adını çəkən kimi, təkcə özümüzünkülər deyil, başqa xalqaların da nümayəndələri nişan verir. Bəli, yad məmləkətdə gərək Vətəninin üzünü belə ağardasan. Şanlı-şöhrətli soydaşımız tez-tez Azərbaycanlıları təxribata çəkən, yalanlar söyləyən tör-töküntün cavabını dərhal, yerindəcə verir. Lazım gələndə yerli dövlət orqanlarının təsiriylə haqq səsini qaldırır, etirazını bildirir, əks tərəfi susdurur. Hər cür maliyyə dəstəyi alan, xaricdən-daxildən qızışdırılan ermənilər tədbirlərdə, məclislərdə həmişə bu Qarabağlı balasının məntiqi qarşısında təslim bayrağı qaldırıb, cınqırını çıxarmamağı üstün sayıblar. Çünki qarşı tərəfdə əyilməz qala təsiri bağışlayan "Dostluğ"un sədrinin gücünə bələddirlər.


Zülfüqar Mirzəyev 1967-ci ilin sazaqlı-şaxtalı fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində doğulub. Təbii ki, orta məktəbi yaxşı qiymətlərlə bitirən, müəllimlərin hər çağırışına səs verən, ata-anaya balacalıqdan dirək duran, qoyun-quzu dalınca qaçan, odun doğrayıb ocaq qalayan bu qıvraq kənd uşağının da əsas istəyi Bakıya arzularının dalınca getmək, ali məktəbi bitirmək olub. O zamankı Horadiz qəsəbəsindəki məşhur avtobazada sürücü kimi fəaliyyətə başlayıb. İlk əmək stajı yazılıb ona, məvacib alıb, valideynlərini sevindirib. Az sonar o vaxtkı bütün sovet gəncləri kimi Zülfüqarı da ordu sıralarına çağırıblar. 1985-87-ci illərdə uğurla bu zəruri maneəni dəf edib, əsgəri xidmət göstərdiyi Moskva yaxınlığındakı Ximki kimyaçılar şəhərciyində inşaat briqadasında adını doğruldub. Gündəlik fiziki iş, təlim cavan əsgəri xeyli bərkidib, həyata hazırlayıb.

Soydaşımızın söylədiklərindən: "Bizim milli-mənəvi mentalitetimiz var, bu da xeyli fərqlidi. Cünki Azərbaycan ailəsini nə rus ailəsi ilə müqayisə etmək olar, nə də digər bir xristian ailəsi ilə. Bizim dədə-baba adətlərimiz hər şeydən üstündü, ancaq biz dəyişən, qlobal dünyada yaşayırıq və nələrisə başqa xalqlardan əxz eləməliyik. İndi etiraf edim ki, beş nəfərdən ibarət balaca ailəmdə 2 qız, bir oğlan uşağı böyüyür. Rəhm atamın adını daşıyır, Xanım anamın, balaca qızımın adı Milenadır. Övladlarım orta məktəb şagirdləridir. Rus, ingilis dillərini mükəmməl öyrəniblər. Bu məsələdə sözsüz, evimin xanımı Təranənin rolu misilsizdir. Uşaq nə qədər ata nəzarəti altında olsa da, ana qayğısı, diqqəti daha önəmlidir. Axı o, həmişə uşaqların yanındadır. Azərbaycanda el arasında yaxşı bir müdrik söz işlənir: ata-analı böyüsün. Fəxr edirəm ki, övladlarım həm də ata-anamın adıyla böyüyürlər. deməli, Rəhim ata da, Xanım ana da həmişə yanımdadı. Onlara baxıb çətinliklərə qalib gəlirəm, yeri gələndə özümü yığışdırıram." SSRİ-nin çöküşü, iqtisadi tənəzzül və böhran ötən yüzilliyin 80-ci illərin ortalarından təhsil almaq eşqiylə alışıb-yanan gənc Zülfüqarı bərk düşündürürdü. Özü də Rusiyada yaşadığından burulğanın yaxınlaşdığını duyurdu, gözləriylə görürdü. Necə deyərlər, "Sovet Titanik"i batırdı, onu xilas eləmək mümkün deyildi. Zülfüqar Mirzəyev iqatisadiyyatı seçdi, daha doğrusu, Udmurtiya Dövlət Universitetinin müvafiq faklütəsini. Hazırlıqdan 1987-ci ildə ali məktəbə qəbul olundu. Tələbə həyatını faydasız, bihudə ötüşdürmədi. Həqiqətən dizini yerə qoyub oxudu, öyəndi, rus dilinin sirlərinə mükəmməl yiyələndi. 1993-cü ildə universitetin əyani şöbəsini başa vuran gənc məzun Udmurtiya Muxtar Respublikasının Vergilər Nazirliyinə təyinat aldı.

Zülfüqar Rəhim oğlunun dediklərindən: "Vətən ocaq kimi şeydi, biz hamımız o ocağın pərvanələriyik. Doğrudur, Azərbaycan tarixi müstəqilliyinə qovuşub, böyük inkişaf mərhələsi keçir. Yurdumuz hər sahədə potensialına görə digər MDB dövlətlərindən irəlidədir. Ancaq düşünəndə ki, biz nə qədər dünya ictimaiyyətinə sülhsevərliyimizi göstərsək də, müharibə etmək istəməsək də, hələ ki qarşı tərəf inadından əl çəkmir. Bunun üçün hamı həmişə hazır olmalıdı. Kiçik də, böyük də. Biz-Udmurtiyada yaşayan Azərbaycanlılar yurdumuzun çağrışına daim diqqətliyik. Təki mübarizə davam eləsin, torpaqlarımız sülh yolu ilə qedsiz-şərtsiz qurtulsun…

İnanın, doğulduğun ki, yeri itirirsən, hissiyyatsız, duyğusuz kor kimi olursan. Burda quzu otardığım örüşləri, göz işlədikcə uzanan düzənlikləri, tərəvəz plantasiyalarını az qala hər həftə yuxuda görürəm. Hərdən şirin röyadan diksinib ayılıram, inana bilmirəm, Füzuli kimi münbüt torpağa malik bir rayon yaralıdır, bir hissəsi işğaldadır. Azərbaycan prezidenti İlham Əliyevin tikinti-quruculuq, abadlıq sahəsində Horadizdə gördüyü işlər təqdirəlayiqdir. Horadiz Avropanın ən müasir dəbli şəhəriylə gözəllik yarışına girə bilər, burda infrastruktur ən əla səviyyədədir. İnşallah, Füzuli də azad ediləcək və rayonumuzun əsl axar-baxarı ondan sonra başlayar:"


Peşəkar Sovet iqtisadçı mütəxəssislərin təbirincə desək, kapitalizmə keçid çoxlu sayda problemlər doğurdu. Birdən-birə hər kəs ictimai mülkiyyətə həqarətlə baxmağa başladı. Zavod və fabriklər, kolxoz və sovxozlar əvvəlki effektini itirdi. Baxmaq, cəmiyyətdən geri qalmaq olmazdı. Əlbəttə, operativ düşünmək bacarığı, az-çox üzləşdiyi həyat təcrübəsi, ilk növbədə iqtisadi biliyi-savadı Zülfüqarın köməyinə çatdı. Neyləmək olar? Özəl həyat sözünü zor-xoş deyirdi. O, "Pik" adlı müəssisə açdırdı. İran İslam respublikasından sənaye malları alıb gətirir, bazara çıxarır, qazanc götürürdü. Bu minvalla xeyli müddət gedib-gəldi. Eyni zamanda Qazaxıstanda maşın alverinə qoşuldu. Vəziyyətdən çıxış yolu tapmaq lazım idi. Elə bir dövr çatmışdı, bir tikə çörək tapmaq, dolanışlıq zəmanənin ən həlledici anına çevrilmişdi. Lakin Zülfüqar hiss etdi ki, həyatın damarını düzgün tutmayıb, müəyyən məsələlərdə səhv buraxıb. Aradakı müflisləşmənin, kasıblaşmanın səbəblərini arayıb-axtardı. Təxminən 1994-95-ci illərdi. Eh… getsin o günlər gəlməsin bir də-söyləyib atalar.

İjekskdə Tülpan zavodu mövcud idi. SSRİ dağılandan sonar da fəaliyyətini, adını bir müddət qoruyub saxladı. Buna el arasında "podşepnik"zavodu deyirdilər. Zülfüqarın bu müəssisə ilə əlaqələri vardı. Ancaq istehsalat obyektində narazılıqlar baş alıb gedir, əmək intizamı pozulur, aylarla fəhlələrin məvacibləri verilmirdi. Zavod rəhbərliyi soydaşımızı müəssisənin həyətyanı yardımcı təsərrüfatına rəhbərliyə dəvət edir ki, iqtisadi böhrandan qurtulmaq üçün çıxış yolu arayıb-axtarsınlar. Artıq 1997-ci ilin ortalarıydı. Az keçməmiş şəhər rəhbərliyi ümumi narazılığa son qoymaq üçün zavod direktorunu işdən çıxartdı.

Soydaşımızın söylədiklərindən: Udmurtiya Respublikasında məskunlaşmağımın əsas səbəbkarı, böyük qardaşım, nəslimizin ağsaqqalı, parlaq nümayəndəsi Umud müəllimdir. Hələ Sovetin yaşadığı 80-ci illərdə mən Rusiyanın şəhərlərini bir-bir köynəkdən keçirərkən qayğıkeş qardaş tövsiyəsinə və məsləhətinə qulaq asdım. Umud müəllim bildirdi ki, Zülfüqar, maşallah, Rusiyada ayağın dəymədiyi yer qalmayıb. Tələbə vaxtı, yəni, M.Qorki adına Dünya Xalqları Ədəbiyyatı İnstitutunda oxuyarkən Udmurtiyada olmuşam. Maraqlı, ekoloji cəhətdən füsunkar diyardı. Təbiəti zəngindi, meşələri, axar çeşmələri göz oxşayır, nefti-qazı var. Paytaxtı İjevsk şəhəridi, əhalisi yarım milyondan bir az çoxdu. Əsas odu, udmurt xalqı öz adət-ənənəsini yaşadan, tarixini sevən, mədəni irsini təbliğ edən sadə xalqdı. Gəlsənə, yolunu ordan salasan, bəyənsən, yaşa-yarat orda. Düzü, Kalaşnikov avtomatını icad edən məşhur mühəndisin doğulduğu məkana qədəm basan kimi ovsunlandım. Elə bil qardaşım Umud ürəyimi qabaqcadan oxumuşdu…

Boya-başa çatdığı yer-yurd müvəqqəti də olsa itirilib. O boşluğun yerini heç nə verməz. Udmurtiyanı ikinci vətən seçən Zülfüqar müəllim haqq-ədalət mübarizəsində xalqımızın qalib gələcəyinə inanır. Eloğlumuz bizi İjevskdə gəzdirərkən dönə-dönə söhbəti o məcraya yönəltdi ki, Ermənistan tənəzzüldə, böhranda boğulur. On minlərlə o millətin nümayəndəsi Rusiyanın küçələrində dilənçi kökündədir. Şükür, bizim xalq işləyir, çörəyini alnının təriylə qazanır. Həmin adamlar Yerevanı, ətraf rayonları tərk etmiş ac-yalavaclardır, Rusiyada pasport qeydiyyatına düşmək üçün can çürüdənlərdir. Müqayisə eləmirəm, beynəlxalq miqyasda Azərbaycanın hörməti hara, Ermənistanınkı hara? Ölkəmizin inkişafı bütün sahələrdə nəzərə çarpır. Azərbaycan prezidenti İlham Əliyev tez-tez yolunu qonşu Rusiyadan salır. Əlbəttə, onun Vladimir Putinlə görüşləri ümid yaradır ki, tilsimin açarı tapılsın. Ərazilərimiz tərəddüdsüz boşaldılsın. Bakıdan Qarabağ köçü boşaldılmış rayonlarımıza yön alsın.

"Tülpan" adlı geniş, müasir tipli iaşə-əyləncə mərkəzinə sahiblik edən, təkcə İjeksk əhalisinə deyil, xaricdən gələn qonaq-qaraya eyni səviyyədə yüksək mədəni xidmət göstərən həmyerlimiz o cümlədən Azərbaycan mədəniyyətinin, kulinariya xidmətinin, ədəbiyyatının fəal təbliğatçısıdır. Axı biz Nizami Gəncəvisi, Əfzələddin Xaqanisi, Nəsrəddin Tusisi, İmadəddin Nəsimisi, Məhəmməd Füzulisi, Şah İsmayıl Xətaisi, Mirzə Fətəli Axundovu olan xalqıq. Xalçalarımız, əl işlərimiz min illərdir ki, dünya muzeylərini bəzəyir, şah-kral saraylarının yar-yaraşığına çevrilib. Musiqimiz, təsviri sənətimiz qitələri dolaşır, planetin hər guşəsindən Azərbaycana başucalığı gətirir. Zülfüqar Mirzəyev adət-ənənələrimizə, mənəviyyatımıza kifayət qədər bələd şəxsdir və onun Udmurtiyada bu yöndə apardığı təbliğatın misli-bərabəri yoxdur. Məsələn, həqiqətdir ki, dünya şöhrətli müğənni Müslüm Maqomayev bizimdir, ancaq gərək yad millətə bunu qandırasan, mədəni, ağıllı surətdə başa salasan, qoy yaşadığın regionda Müslümün odlu-alovlu "Azərbaycan" mahnısının cazibəsinə düşsünlər.

Təşkilatçılıq bacarığı ilə seçilən, əlaqə qurmaqda istedadı ilə tanınan Zülfüqar müəllim Udmurtiya Respublikası ilə Azərbaycan Respublikası arasında mədəni-mənəvi körpünün əsasını qoyub. Neçə il öncə Bakıda dünya xalqlarının gözəllik-musiqi festival keçiriləndə, bayrama İjevskdən simvolik surətdə yaşlı qadınlar-nənələr təşrif gətirmişdilər. O mədəni hadisə bütün Azərbaycan xalqının qəlbində zəngin təəssürat buraxdı. Hətta rayon və kəndlərimizdə yaşayan sadə azərbaycanlılar da Udmurt nənələrinin məharətinə heyran qalmışdılar. Və o möhtəşəm bayram festivalı başa çatdı, qalib kim olsa yaxşıdı. Təbii ki, hamını ovsunlayan, Udmirtiyanı təmsil edən həmişəcavan, talantlı nənələr.

1995-ci ilin mart ayının sonları. Azərbaycan Novruz bayramının doğurduğu gözəllik ab-havasından, ovqatından hələ tam ayrılmayıb. Bu günlərin birində şair dostum Vaqif Bəhmənli ilə zəngləşib görüşdük. Xeyli gümrah və rahat görünən Vaqif müəllim maraqlı İjevsk səfərindən nağıl uydurub danışdığı kimi danışdı.

Təbii surətdə "baş qəhrəman" Zülfüqar idi. Tez-tez həmkarımı sorğu-suala tutanda, tədbirə Azərbaycandan kimlərin qatıldığını öyrənmək istəyəndə, Vaqif özünəməxsus təmkinlə və yumorla, "qardaş, mövzu qapandı, ardını inşallah, "525-ci qəzet"in yaxın saylarının birində oxuyarsan"-dedi.

Budur, Udmurtiya səfərinə şair-publisist Vaqif Bəhmənlinin həsr olunmuş "Neft, Kalaşnikov və bulaqlar diyarında Novruz" məqaləsi çapdan çıxıb, qəzet qarşımdadır. Məqalədən sətirlər: "Hava alanında məlum oldu ki, nümayəndə heyətinə Azərbaycanın ictimai həyatında kifayət qədər tanınan insanlar daxildir. Udmurtiya görüşlərinin yüksək səviyyədə baş tutmasında zəngin təcrübə, bilik sərgiləyən bu şəxsiyyətlərin Azərbaycanı ucaldan, soydaşlarımıza sözün həqiqi mənasında ürək verən çıxışlarını bu sətirləri yazarkən də xatırlayıram. Bunlar-Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbənin bölmə müdiri Qafar Əliyev, tanınmış jurnalist, Milli Məclisin deputatı Sahib Alıyev, prezdent yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev, tanınmış hüquqşünas Şirxan Adıgözəlov, iş adamı Rafiq Qarayev idilər". Sonra iştirakçı kimi bu isimlərə xalq artisti Fəxrəddin Dadaşovun və istedadlı xanəndə Qoçaq Əsgərovun adları əlavə olunur.

Yeni gəlmişkən, 2018-ci ilin iyulunda Udmurtiyanın paytaxtı İjevskdə dörd nəfərdən ibarət Azərbaycanın nümayəndə heyəti rəsmi görüşlərdə olub. Milli Məclisin Komitə sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyətinə millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, EA-nın əməkdaşı filoloq-alim Ağahüseyn Şükürov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev qatılıblar. Onlar Udmurtiya parlamentinin üzvləri ilə qarşılıqlı fikir mübadiləsi aparmış, həmvətənlərimizin birləşdiyi "Dostluq" mərkəzində xüsusi tədbirdə iştirak etmiş, soydaşlarımızın vəziyyətilə maraqlanmışlar. Diaspor sədri Zülfüqar Mirzəyevin dolğun məlumatları, qaldırdığı vacib problemlər diqqətdən yayınmamışdır.

Axırda Rusiya Elmlər Akademiyasının Ural şöbəsinin Federal tədqiqat-araşdırma mərkəzi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıqla bağlı memerandium imzalandı. Eyni əlaqələr yaratmaq məqsədilə Azərbaycan Mətbuat Şurasın ilə Udmurtiya Jurnalistlər İttifaqı arasında da rəsmi sənədləşmə uğurla aparıldı. Tərəflər qol çəkdilər.

Sözsüz, bu publisistik qeydlərimdə dəyərli yurddaşımız Zülfüqar Mirzəyevi tərifləyib göylərə qaldırmaq istəməmişəm, heç qəhrəman kimi obrazını yaratmaq məqsədi də güdməmişəm. Sadəcə, işinin-əməlinin müqabilində qürbət ölkədə yaşayan bir namuslu, qeyrətli soydaşımızın, vətəndaş vurğunluğunu, yaxşı vətənpərvərliyini, yurdsevərliyini, portretinin xarakterik əlamətlərini, cizgilərini cızmağa çalışmışam. Bütün bunlara bir sıra tanınmış qələm adamlarının da sözlərini əlavə edərdim.

Vaqif Bəhmənli: Əcnəbi ölkələrdə yaşayan hər ziyalı soydaşımızı mən mübaliğə olmasın, vətənin qeyri-rəsmi diplomatı adlandırıram. Əlbəttə, bu diplomatlıq missiyası hamının boyuna biçilə bilməz, gərək həqiqi mənada torpağını sevəsən, dağının-daşının qədrini biləsən, millətsevər kimi ad qazanasan. Bu sadaladığım ölçülərə Zülfüqar Mirzəyev tamamilə uyğun gəlir.

Dəyərli qardaşım Umud müəllimlə iki dəfə Udmurtiyanın paytaxtında, İjevskdə olmuşam. Zülfüqarla Bakıda da görüşmüşəm. Ondakı intelektuallığa, daxili mədəniyyətə, erudisiyaya heyrət etmişəm. O, Azərbaycanın həqiqətən Udmurtiyada maaşsız-məvacibsiz səfiridi. Sanki uca Tanrı Zülfüqarın boynuna diplomatik missiya qoyub, soydaşımız bir fövqəlqüvvənin təsiriylə o işi yerinə yetirir. Eşq olsun, belə Azərbaycansevərə, milət oğluna!

Nizami Rəhmanlı: Umud müəllimə minnətdaram ki, məni Zülfüqarla tanış edib. İjevskdə bir neçə dəfə olmuşam, hətta orda yaşayan fəal soydaşlarımızdan kitab yazıb çap etdirmişəm. Həmin kitabdan yüz nüsxə "Dosluq" mədəniyyət mərkəzinə hədiyyə vermişəm. Zülfüqar işgüzar,millətinə köklü surətdə bağlı, istiqanlı, səmimi insandır. Yaxşı qurucudur, təşkilati bacarığı onu hamının gözündə ucaldıb. Onlar İjevskdə üç qardaşdılar-Zülfüqar, Məhəbbət, Rafiq. Hələ indiyəcən bu qardaşların birinin digərinə güldən ağır söz dediyini eşidən olmayıb. Bu kökdən, ilikdən, ailə tərbiyəsindən, əxlaqdan qidasını götürür. Zülfüqar Mirzəyevi, Rusiyaya yolumu salarkən görməsəm belə arxam-dayağım sayıram və bu yerdə ölməz şairimiz Məmməd Arazın bir bənd şeirini xatırlayıram:

Ana torpaq, hər daşına üz qoyum,

Hər dərəndə çaldığın saz yaşayır.

Kimi sənin çiynində… sən kiminin

Şöhrətini yaşadan az yaşayır.

Doğurdan da Vətənin yükü həmişə Zülfüqar kimi qadir oğulların çiynindədir. Böyük Allah o cür övladlara yar olsun!

Dahi Mövlanə Cəlaləddin Ruminin sözləridir: "Şam-alovu ilə başqa şamı alışdırırsa, odunu əsirgəməz". Ürəyinin işığı ilə sabahları açan, insanları nurlandıran, yad diyarda həmvətənlərinə həyan duran, yeri gələndə yerli, imkansız adamların qayğısına qalan, maarifə-təhsilə əl tutan bu Azərbaycanlı ziyalı elə Mövlanənin nəzərdə tutduğu, vəsf elədiyi adamdır.

Ağacəfər Həsənli



İmza:

Heydər Əliyev Mərkəzinin parkında Faiq Ağayevin konserti keçirilib

Ulduz Məcidzadə Əvəz Zeynallı ilə "Baş redaktorun qonağı" layihəsində

Bakıda sürücülərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər keçirilir

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Siz bilərsiniz, BMT-də Azərbaycan nümayəndəliyi var?

Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Əli Əhmədov : Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

Azərbaycanda ərəb dilinin tədrisi ilə bağlı keçirilmiş konfransın materialları nəşr olunub

Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var - Nazir müavini (FOTO)

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu: BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən (FOTO)

Sabah 40 dərəcə isti olacaq

SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK