hacklink Adalet.az | Deputat seçicisinə dəstək oldu Adalet.az | Deputat seçicisinə dəstək oldu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Deputat seçicisinə dəstək oldu

6718    |   2019-07-25 16:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Dünyanın hər bir ölkəsində fiziki məhdudiyyətli insanlar yaşayır. Onlar xüsusi yanaşma tələb edən spesifik insanlardır. Bu insanların mərhəmətə deyil, məhz yanaşmaya ehtiyacları var. Yəni, insanlara maddi dəstək yox, özlərini ifadə edərək həyatlarını təmin edə biləcəkləri vasitələr vermək lazımdır. Belə insanların bilik və bacarıqlar qazanmalarına, işlə təmin edilmələrinə şərait yaratmaq, bununla da onların normal həyat qurmalarına, cəmiyyətin ayrılmaz bir hissəsi olmalarına çalışmaq lazımdır”.

Bbu fikirləri Milli Məclisin Sabirabaddan olan deputatı Elçin Quliyev seçicilərlə görüşü zamanı deyib.

"Sabirabad rayonunun Balakənd kəndində istedadlı Elsevər Qəlbiqəm adlı gənc uzun müddətdir şeirlər yazır. Onun yazdığı şerlər həm vətənpərvər, həm tərbiyəvi, həm də düşündürücüdür. Elsevər mənə müraciət edərək onunla görüşməyimi istəyirdi. Dərhal onun yaşadığı mənzilə yollandım. Elsevərin fiziki məhdudiyyətli gənc olmasına baxmayaraq, onun istedadına heyran qaldım. Qərara gəldik ki, onun kitablarını çap edib oxucuların ixtiyarına verək.

Bu gün Sabirabad rayon Gənclər Mərkəzində dəstək olduğum fiziki məhdudiyyətli bir gəncimiz Elsevər Əliyevin-Qəlbiqəmin "Ömürdən keçən İllər" kitabının təqdimat mərasimini reallaşdırdıq. Mənə bu işdə dəstək olub belə bir gəncin ilk kitabının təqdimat mərasimində iştirak etdikləri üçün deputat həmkarlarım Hüseynbala Mirələmova, Aqil Abbasa, və dəyərli yazçı publisist dostum Əbülfət Mədətoğluna bütün secicilərimə sonsuz təşəkkürümü bildirirəm”-deyə deputat əlavə edib.

Qeyd edək ki, Elsevər Qəlbiqəmin "Ömürdən keçən illər” adlı kitabı deputat Elçin Quliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə işıq üzü görüb

Çıxış edənlər dövlətin daim belə gənclərə xüsusi diqqətin olunduğunu və fiziki məhdudiyyəti olan gənclər üçün belə tədbirilərin keçirilməsini yüksək qiymətləndiriblər. Şairə Rəqibə Qəvvas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, jurnalist Elçin Nəsib, Şair Ərzuman Umman, "Mübarizlər” teatrının rejissoru Seyidməmməd Əliyev, Elsevər Qəlbiqəmin müəlliməmləri Vüsalə Xəlilova, Validə Cəfərova, rayon gənclər və idman idman idarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Həsənova və başqaları çıxış edərək Elsevəri təbrik ediblər. Elsevər Əliyevin atası Məhərrəm Əliyev çıxış edərək ailəsi adından bütün əziyyəti keçənlərər və xüsusilə də deputat Elçin Quliyevə dərin təşəkkürünü bildirib.

Sonda müəllif Elsevər Əliyev- Qəlbiqəm, çıxış edərək kitabın ərsəyə gəlməsində, onun istedadının üzə çıxmasında ona dəstək olan deputat Elçin Quliyevə və bütün qonaqlara minnətdarlığını çatdırıb.




İmza:
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK