Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOLU: SOVETİN VAXTI -3 Adalet.az | Faiq QİSMƏTOLU: SOVETİN VAXTI -3 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOLU: SOVETİN VAXTI -3

5578    |   2019-07-25 15:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... O dövrün adamları, o dövrün insanları Sovet hökumətinin kəshakəs vaxtında ən çətin anlar yaşasa da, amma elə məqamlar var ki, onları uzun illər keçsə də, yaddan çıxarmırlar. Yaddan çıxmayan həm də odur ki, Sovetin vaxtında o hökuməti quran fəhlə-kəndlilərə heç bir vəzifəli şəxs yuxarıdan aşağı baxa bilməzdi. Amma baxanlar da vardı. O baxanlara da elə bir toy tutardılar ki, dədəsinin toyu yadına düşərdi.

Yəni kiminsə haqqı tapdananda götürüb Moskvaya yazardı, Lenin mavzoleyinə məktub göndərərdi, ordan da çox keçmədən cavab gələrdi ki, ay vəzifəli şəxs, sən Hüseyqulu kişini niyə incitmisən? Bəs bilmirsən ki, Hüseynqulu kişi bu hökuməti quranlardandı? O dəqiqə Hüseynqulu kişinin quyruğunu tapdalayanlar çəkilib durardı kənarda və dillərini boğazlarına qoyardılar.

Bu mövzunu qəzetimizin iki istedadlı yazarı – Mehman Cavadoğlu və Nicat Novruzoğlu qələmə alandan sonra üçüncü mövzunu mən yazmaq istədiyimi bildirdim. Hər iki yazar mənə xeyir-dua verdi və dedi ki, yazsan maraqlı olar. Və düşündüm ki, ömrümün böyük hissəsini Sovetin dövründə yaşamışam; həm yaxşı, həm də pis tərəflər görmüşəm. Və eyni zamanda istəsək də, istəməsək də bu bir tarixdi və biz onu yaşamışıq.

Sovetin ən gözəl vaxtlarında ən gözəl günlər də yaşamışıq. Ancaq Sovetin vaxtında elə şey olub ki, yeyib-içdiyimiz burnumuzdan tökülüb. Məsələn, ali məktəblərə qəbul zamanı savadlı və istedadlı uşaqlar zülm çəkiblər. Çünki əksər tələbələr tanışlıqla, ya da pulla ali məktəbə yol tapırdı. Savadlı və istedadlı abituriyentin "əla” qiymət alıb ali məktəbə girməsi çox çətin idi. Ən azından qəbul imtahanında müəllimlə "döyüşməli”, ya da səndən imtahan götürən müəllim çox ədalətli olmalı idi. Bu da nadir hadisə idi.

Tarix imtahanından bir dəfə mənə universitetdə partkom işləmiş bir professor böyürdə-böyürdə "3” yazdı. Nə var- nə var, adamım yox idi, tapşırılmamışdım. Amma məndən əvvəl olan abituriyentə o müəllim "əla” yazdı. Sonrakı il ali məktəbə yüksək qiymətlə qəbul oldu. Və qurtarana qədər o professora qəlbimdə heç bir sevgi hissi olmadı. Çünki mənim halal haqqımı başqasına vermişdi. Haqqın yeyilməsi isə adamı ölənə qədər yandırır.

Pah attonan, mənim bir qohumum vardı, bir zavodda qaravolçudan kərpic almışdı. Bu kərpicin də dəyəri 98 manat eləyirdi. O 98 manata görə, cinayət işi qaldırdılar, qaravolçunu, sürücünü və mənim qohumumu cinayət məsuliyyətinə cəlb elədilər. Hakim istədi ki, şərti cəza və inzibati yolla bu məsələni həll eləsin. Amma prokurorluğun nümayəndəsi iki ayağını bir başmağa dirəyib dedi ki, sən nə danışırsan ey, bunlar məhkum edilməlidir. Məhkəmə də prokurorluğun sözündən çıxa bilmədi, qaravolçuya 5 il, sürücüyə 4 il, mənim qohumuma isə 3 il iş kəsdi. Bax, beləcə onların həyatını zəhərlədi. İndi də çalışırlar ki, bəraət alsınlar, deyirlər ki, o maddəyə bəraət düşmür. Bax, belə. Bir rejim üç insanın həyatını zəhərə döndərdi.

... Sovetin vaxtında 1 May nümayişi yadıma düşür. Aclıq olsun, kef olsun, hamı nümayişə çıxsın! "Adə urrreyyy” – deyib Azadlıq meydanı ilə hərəkət edən on minlərlə nümayiş iştirakçıları "Sov. KP-yə eşq olsun!” şüarını səsləndirirdi. Hünərin var idi onu deməyəydin. O dəqiqə səni "KQB”-yə satacaqdılar ki, bəs filankəs Sovet hökumətini xoşlamır. Hərçənd ki, o şüarı deməyənlər də vardı. Sonra başlayırdı ayın 2-də çamaat o ki, var yeyib-içməyə. Yığılıb ya bir dana alardılar, ya da qoyun-quzu. Təbiətin qoynunda – meşəlikdə, otların, çiçəklərin arasında gedib o dananı, o qoyunu kəsib soyutma eləyərdilər, kabab bişirərdilər, sonra da urus arağıyla bəsdi deyincə vurardılar.

O dövrün kolxozu vardı, sovxozu vardı, fabriki vardı, zavodu vardı. Və bu yerlərdə yüz minlərlə insan işləyərdi. Bir adam belə işsiz qalmazdı. Hətta cinayət məcəlləsində bir maddə də vardı: tüfeyli həyat sürməyə görə, cinayət məsuliyyəti. Yəni kim işləmirdisə, hüquq-mühafizə orqanları onlarla maraqlanır, nəzarətə götürür, onları işə düzəldirdilər. Hətta həbsxanadan çıxıb gələn adam bekar qala bilməzdi. Sahə müvəkkili onun başının üstünü kəsdirər, deyərdi ki, işləməyinlə bağlı bir arayış gətir. O da arayışı tapıb gətirərdi və "uçastkovu” da bundan sonra rahat nəfəs alardı.

Tay indiki kimi həkimlər, təhsil işçiləri adamın cibini soymazdı. İndi də hansı dövlət və özəl xəstəxanaya gedirsən, səni elə günə qoyurlar ki, xəstəliyin yaddan çıxır. Amma o vaxtlar həkimlər xəstədən açıq-saçıq pul istəməzdilər. Mənim bir qohunun vardı, respublika xəstəxanasında cərrahiyyə əməliyyatı olunmuşdu. Qohumum nə qədər elədi, həkim pul götürmədi. Axırda pul götürmədiyinə görə, qohumum onun evinə kənddən 3-4 çolpa, bir az qatıq, bir az da yağ göndərdi. Həkim buna da etirazını bildirdi. Amma indi adamın canını alırlar e, canını! Hər şeyin fantastik qiyməti var.

Elə bilirsiniz Sovet hökumətinin yaxşı tərəfləri yox idi? SSRİ dağılandan sonra ondan ayrılan bir çox respublikalar da kolxoz və sovxozları saxladılar. Elə bizdə də bircə İsmayıllı rayonunun İvanovka kəndində bu kolxozu saxlayıblar. Deyilənlərə görə, camaat başqalarından daha yaxşı dolanır.

Kəndlərdə torpaqlar necə gəldi paylandı və kənd təsərrüfatı da bərbad günə düşdü. Məsələn, bizim kənddə torpaqlar paylananda hətta əkin sahələri də həyətyanı sahə kimi bölüşdürülüb. İndi orda eləsi var ev tikib, eləsi var villa inşa edib, eləsi də var özünə balaca bir koma düzəldib. Yəni əkib-bücərməyə torpaq qalmayıb. Pərakəndə şəklində hərənin bir-iki hektar sahəsində ya taxıl əkilib, ya da pambıq. Onu da becərmək çox çətin olur. Hələ indi fikirləşirlər ki, balam, bu kolxoz və sovxozları dağıtmaq yaxşı iş deyilmiş. Əkin sahələri pərən-pərən düşür, kimin kefi nə istəyir onu əkir, kefi istəməyən də heç nə əkmir. Deyirlər ki, bu problemi aradan qaldırmaq üçün iri fermer təsərrüfatları yaradılacaq.

Elə kolxoz-sovxoz var idi də! Niyə yaman günə qoydiniz ki, təzədən bir zad yaradasınız?! O zadı da yaratmaq elə də asan olmayaqac. Zad yaranana qədər də pomidorun kiloqramı 1 manatdan aşağı düşməyəcək. Ancaq bu təsərrüfatlar olanda elə bu aylarda pomidorun, xiyarın, soğanın qiyməti kooperativ mağazalarda 15 qəpik idi. İndi get görüm, mağazalardan1-2 manata bunu ala bilirsən, ya yox?!.

... Onda təhsil pulsuz idi və kasıb uşaqları çətinliklə də olsa ali və orta ixtisas məktəblərinə qəbul olanda pul ödəmirdilər. Ancaq rüşvət vardı. Heç kəs öz savadı hesabına teknikomlara qəbul ola bilməzdi. Ali məktəbə qəbul ola bilərdi, ancaq texnikuma çox çətin. Çünki hər direktorun öz siyahısı olardı və o siyahı əsasında da qəbul aparılardı. Bu mənada bugünkü abituriyentlərin bəxti gətirib. Elə ən böyük təqdir olunan iş də test üsulu ilə tələbə qəbulunun aparılmasıdı. Hərçənd ki, buna da badalaq atmaq istəyən çoxdu və bu da nə yaxşı ki, alınmır.

Sovetin dövründə ali məktəbi, texnikumu, lap peşə məktəbi bitirirdin, səni təyinatla iki illiyə hər hansı rayona məcburi işləməyə göndərirdilər. Yəni diplomun var idisə, işin var idi, çörəyin var idi. İndi isə ali məktəbi qutaran yüzlərlə, minlərlə işsiz qalan məzun var. Onlar iş dalınca ora-bura qaçırlar, ixtisasına uyğun iş tapmırlar. Axırda gedib ya fəhləlik eləyirlər, ya da başını götürüb xaricə gedirlər.

Əgər bir adam ali məktəbi bitirirsə, niyə işə girmək üçün yenidən imtahan verməlidir? Bəs onda onun dörd il çəkdiyi əzab-əziyyət, həyəcan hara gedir? Adicə müəllim işləmək istəyirsənsə, hansı ali məktəbi qurtarmağından asılı olamayaraq, təzədən imtahan verməlisən, müsabiqədən keçməlisən, sonra da iş tapıla, ya tapılmaya. Çünki bu müsabiqələrin necə keçirildiyini camaat yaxşı bilir. Ən azından ona görə ki, heç kim çörəyi qulağının dibinə yemir.

Sovetin dövründə qulaq dincliyi var idi, ümid var idi, dolanışıq var idi və ən nəhayət, hərtərəfli təhlükəsizliyin təmin olunmuşdu. Çünki böyük bir imperiyanın içində yaşayırdılar. Amma bu imperiyanın tozu və üfunəti insanları boğurdu, yeyib-içdiklərini burnundan gəlirdi. Yəni hamı eyni cür düşünməli, eyni cür yaşamalı idi. Bir balaca kimsə fərqli düşünsəydi, indiki kimi ağzına gələni danışsaydı, dədəsini dalına şəlləyərdilər.

Azadlıqdan və müstəqillikdən gözəl şey yoxdu. Biz də azad və müstəqil dövlətin vətəndaşlarıyıq. Min şükür! Amma nə yaxşı olar itirdiyimiz torpaqları qaytara bilsək... Amma nə yaxşı olar hamımız işləyə bilək... Amma nə yaxşı olar hamı evindən çıxanda sevinə-sevinə çıxsın, qayıdan da sevinə-sevinə dönsün... Allah sənə rəhmət eləsin, Sovet hökuməti!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK