viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: “İKİ YÜZ MANAT PLAN VERİRƏM, ONA GÖRƏ DƏ AVTOBUSU BƏRK SÜRÜRƏM” Adalet.az | Faiq QİSMƏTOĞLU: “İKİ YÜZ MANAT PLAN VERİRƏM, ONA GÖRƏ DƏ AVTOBUSU BƏRK SÜRÜRƏM” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: “İKİ YÜZ MANAT PLAN VERİRƏM, ONA GÖRƏ DƏ AVTOBUSU BƏRK SÜRÜRƏM”

4272    |   2019-07-23 11:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir çox sürücülər elə təsəvvür edirlər ki, sükan arxasında əyləşdikləri avtobus və mikroavtobusları istənilən sürətlə idarə edə bilərlər. Bu yanlış təsəvvür artıq onların qanına işləyib. Çox təəssüf ki, bu düşüncə ilə Bakıda və eləcə də digər şəhərlərdə sərnişin daşıyan sürücülər az deyillər. Onların bəzən adi bir səhlənkarlığı neçə-neçə sərnişinin ölümünə gətirib çıxarır.

Sanki bəzi məsuliyyətsiz sürücülər avtobus və mikroavtobus idarə etdiklərini unudurlar. Və onlar elə bilirlər ki, sərnişin deyil, tikinti materialı daşıyırlar. Heç tikinti materialları daşıyan sürücülər də camaatı qırğına verən avtobus sürücüləri kimi hərəkət eləmirlər. Çünki onlar bilirlər ki, yük daşıyırlar və bu yükün də hamısını mənzilbaşına çatdırmalıdır.

Bakıda bir çox marşrutlarda işləyən avtobus sürücüləri qoyulmuş planı ödəyə bilmədiyinə görə, avtobusu elə sürətlə idarə edirlər ki, ordakıların taleyi tükdən asılı olur. Yəni yüksək sürətlə idarə olunan avtobus hər an idarəetmədən çıxa bilər, yaxud da ki, qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşma ehtimalı olur.

Biz konkret olaraq metronun "Neftçilər” stansiyasının yaxınlığından Yeni Günəşli yaşayış sahəsinə gedən 50 nömrəli marşrutda baş verən xoşagəlməz hadisələrdən söhbət açmaq istəyirik. Bu marşrutla bağlı sərnişinlər dəfələrlə müxtəlif ünvanlara iradlarını bildirsələr də, orda yaranmış mövcud problem hələ də öz həllini tapmayıb. "Ədalət” qəzeti olaraq biz də gördüyümüz nöqsan və çatışmazlıqları həm marşrutun məxsus olduğu şirkətin rəhbəriliyinə, həm də Bakı Nəqliyyat Agentliyinə çatdırmışıq. Təəssüf ki, qaldırılan problemlər hər iki qurum tərəfindən müsbət yönümdə öz həllini tapmayıb.

Yeni Günəşliyə bu istiqamətdə iki marşrut hərəkət edir: biri 64 nömrəli, digəri isə 50 nömrəli! 64 nömrəli marşrutda qayda-qanun yaradılıb. Belə ki, köhnə avtobusların hamısı istismardan çıxarılıb və marşrut yeni sahibkara verilib. Sahibkar da xəttə ən müasir kondisioner sistemi olan avtobuslar buraxıb. İndi həmin nəqliyyat vasitələrindən istifadə edən sərnişinlər çox razılıq edirlər.

Əfsuslar olsun ki, 50 nömrəli marşrutda isə sınıq-salxaq, köhnə avtobuslar istismara buraxılıb. Bu avtobuslarda yayda istidən, qışda da soyuqdan sərnişinlər olmazın əziyyətləri çəkirlər. Hələ biz onu demirik ki, isti və soyuq havada bir də gördün avtobus xarab oldu və sərnişinlər yarı yolda qaldı. Üstəlik də avtobusların oturacaqları çox pis vəziyyətdədir, gigiyenik və sanitar qaydalara əməl olunmur.

Sərnişinlər bütün bu çətinliklərə dözürlər. Amma elə problemlər var ki, ona dözmək, tab gətirmək mümkün deyil. Məsələn, isti yay günlərində bu avtobusların əksər sürücüləri onu qapısı açıq idarə edirlər. Bir sərnişin də irad tutanda sürücü əsəbləşir və deyir ki, mən qalmışam odla su arasında. Biriniz deyirsiniz qapını örtün, biriniz də deyirsiniz qapını açın. Mən hansı deyiləni eləyim?

Sərnişinlərdən biri onun cavabını verib dilləndi ki, heç kimin dediyini eləmə. Qanun nə deyir, onu elə! Sabah biri o açıq qapıdan yıxılsa, sən nə cavab verəcəksən? Avtobusda "kalyaska”da iki balaca uşaq vardı. Uşaqların anası sürücüyə dedi ki, ay qardaş, qapını ört, "kalyaska” hərəkət edər, uşaqlar düşər təkərin altına. Sürücü isə nə onun, nə də başqa sərnişinlərin iradlarını heç vecinə belə qoymadı.

50 nömrəli marşrutda yüksək sürətlə hərəkət edən başqa bir avtobus sürücüsünə də qadınlardan biri maşını bərk sürdüyünə görə iradını bildirdi. Dedi ki, qardaş, elə bir gün olmur ki, qəzalar baş verməsin, adam da ölməsin. Sən Allah, maşını bir az yavaş sür! Xanımın sözünə avtobusda olan başqa bir ağsaqqal da söykək verəndə cin vurdu sürücünün başına. Əsəbi-əsəbi dedi ki, ağsaqqal, o qadındı danışır, ona baş qoşmuram, bəs sənə nolub ona "tırka” verirsən? Görmürsən ki, biz nə zülm çəkirik? Əgər maşını bərk sürməsəm 200 manatlıq planı mən necə verəcəm? Elə gücünüz çatırsa, gedin müdirə deyin, o planı aşağı salsın, biz də yavaş sürək. Sutkanın 16 saatını sükan arxasında oluram. Bu müddətdə 10-15 dəfə sərnişinlər qanımızı qaraldır. Bu istidə elə bilirsən avtobus sürmək asandır? İt zülmüdür ey, heç bunu düşmənimə də arzulamıram. Amma Allah əlacımı kəsib. Allaha and olsun ki, elə gün olur ki, evə heç 10 manat da pul aparmıram, hamısını plana verirəm. 16 saat işlə, evinə çörəkpulu aparma. Bunu Allah götürər?

Sürücünün də haqqı var. Ən azından ona görə ki, onlara elə plan qoyurlar ki, 16 saat ərzində onu verə bilmir. Amma bu qətiyyən o avtobusdan istifadə edən sərnişinlərin günahı deyil. Çünki sürücü-sahibkar məsələrinə aydınlığı Bakı Nəqliyyat Agentliyi gətirməlidir. Ona görə ki, elə marşrut sahibləri var ki, götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər və qanunu pozurlar. Yəni onlar köhnə avtobusları istismardan çıxarmalı, xəttə yeni avtobuslar buraxmalı və kart sisteminə keçməlidirlər.Çox təəssüf ki, bu məsələlər 50 nömrəli avtobusda bu günə qədər öz həllini tapmayıb.

Hər il sona çatanda Bakı Nəqliyyat Agentliyi bildirir ki, sərnişinlərin narazılıq elədiyi və köhnə avtobuslardan istifadə olunan marşrutlar o sahibkarlardan alınıb əhaliyə yüksək xidmət göstərən digər sahibkara veriləcəkdir. Çox təəssüf ki, uzun illərdir 50 nömrəli marşrutla əlaqədar problemlər yoluna qoyulmayıb. İndi həmin marşrutdan istifadə edən sərnişinlər 64 nömrəli marşruta baxıb köks ötürürlər. Deyirlər ki, o sərnişinlərin sağ əli bizim başımıza. Yəqin ki, nə vaxtsa bizim də istifadə etdiyimiz köhnə avtobuslar xətdən çıxarılacaq, onun yerinə təzə avtobuslar istismara buraxılacaq. Təki belə olsun!




İmza:
SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK