“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib - FOTOLAR
“Azərsun Holdinq” Milli Mətbuatın 150 illiyi ilə bağlı növbəti layihəsini həyata keçirir.
Adalet.az xəbər verir ki, Park Bulvar alış-veriş mərkəzinin birinci mərtəbəsində mətbuatın 150 illiyinə həsr olunmuş sərgi təşkil olunur. Sərgidə mətbuatın zəngin və keşməkeşli tarixindən bəhs edən fotoşəkillər nümayiş edilir.
Layihənin əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi yolu, onun formalaşmasında əməyi olan görkəmli jurnalist və redaktorların fəaliyyətini cəmiyyətə tanıtmaq, həmçinin bu sahədə maarifləndirməni təşviq etməkdir. Sərgidə nümayiş olunan materiallar “Azərsun Holdinq”in 2025-ci il üçün hazırladığı “Mətbuat 150 il” adlanan təqvim layihəsinin fotoları əsasında hazırlanıb.
Burada "Əkinçi" qəzetindən başlayaraq müxtəlif dövrlərdə fəaliyyət göstərmiş mətbuat nümunələri haqqında məlumatlar əks olunub.
Digər Xəbərlər
26 Mart 2026 13:00
Moped idarə edənlərin nəzərinə: Bu gündən...
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33


Bakı -°C

