17 Iyul 2025 09:53
181
DÜNYA

İraqda ticarət mərkəzində yanğın - 50 nəfər öldü

İraqda ticarət mərkəzində baş verən yanğında azı 50 nəfər ölüb.

Adalet.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Hadisə İraqın şərqindəki Kut şəhərində baş verib. İlkin məlumatlara görə, ticarət mərkəzində ən azı 50 nəfər həlak olub.

Bölgəyə çox sayda polis və tibbi qruplar cəlb olunub. 

Yanğın nəticəsində yaralananların dəqiq sayı hələlik açıqlanmayıb.