viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Nəsimi ili" mövzusunda jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib Adalet.az | "Nəsimi ili" mövzusunda jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

"Nəsimi ili" mövzusunda jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib

25526    |   2019-07-12 15:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

12 iyul Rəşid Behbudov adına mahnı teatrında Mədəniyyət Nazirliyinin "Nəsimi ili" mövzusunda jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Mədəniyyət Naziri Əbülfəs Qarayev, media nümayəndələri iştirak edib. 

Adalet.az xəbər verir ki, tədbir musiqli-bədii kompazisiya ilə başlayıb. Nəsiminin qəzəlləri ifa olunub.

Tədbirin aparıcısı "Nəsimi ili” haqqında geniş məlumat verib:

"2019-cu ilin "Nəsimi ili” elan olunması haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamların icrası ilə bağlı Mədəniyyət nazirliyinin əmrinə əsasən tədbirlər hazırlanaraq icra olunmaqdadır. Şəhər-rayon mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi, bədii qiraət və rəsm müsabiqələri nazirliyin mətbu orqanı olan "Mədəniyyət qəzeti”ndə davamlı şəkildə işıqlandırılır. Bundan əlavə qəzetin afişa əlavəsinin 2019-cu il aprel və may buraxılışlarında Nəsimi irsinə xüsusi yer ayrılıb. Bu günlərdə isə Mədəniyyət qəzetinin Nəsimi 650 adlı xususi buraxılığı çap olunub. Nəfis tərtibatlı, rəngli, 48 səhifəlik xüsusi buraxılış dahi şairin yubileyinə, "Nəsimi ili”nə tövhə olmaqla yanaşı, respublikamızda, eləcə də xarici ölkələrdə bu mövzuda keçirilən tədbirlərin mədəniyyət layihələrini məcmu halında oxuculara təqdim edir. Nəşr dahi şairin 650 illiyi və "Nəsimi ili” haqqında ölkə başçısının sərəncamları ilə açılır. Qeyd edilir ki, Nəsiminin zəngin irsinin belə geniş miqyasda təbliği Azərbaycan xalqının çoxəsrlik tarixə malik mədəniyyət və ədəbiyyatının növbəti təntənəsidir. Vurğulanır ki, Nəsimi irsinin geniş tədqiqi və təbliği dünyada tanıdılması ümumilli lider Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır. Ötən əsrin yetmişinci illərində Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin YUNESKO səviyyəsində qeyd edilməsi təkcə böyük şairin deyil, ümumilikdə Azərbaycanın dünyaya təqdimatı baxımındanxüsusi əhəmiyyət kəsb edir. "Xalq öz dühaları ilə dünyada tanınır” adlı yazıda bu barədə ətraflı bəhs edilir. Nəsimi yeganə Azərbaycan şairidir ki, son yarım əsrdə yubileyi iki dəfə YUNESKO-da qeyd edilib. Nəşrdə 2017-ci ilin 18 mayında Parisdə şairin vəfatının 600-cü il dönümü münasibətilə keçirilən mərasim, eləcə də 2018-ci ildə ilk dəfə gerçəkləşən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın ideya müəllifi olduğu "Nəsimi - şeir, incəsənət və mədəniyyət” festivalı haqqında söz açılıb. Xüsusi buraxılışda "Nəsimi ili” çərçivəsində xairici ölkələrdə keçirilən tədbirlərdən də bəhs olunub. 2019-cu il YUNESKO tərəfindən dahi Azərbaycan şairinin xatirəsinə "Nəsimini anma” ili elan olunub. Bununla bağlı Ankarada və İstanbulda keçirilən tədbirlər, həmçinin Budapeşt, Nursultan, Vyana, Belqrat, Minsk, Bişkek, Daşkənd və digər şəhərlərdə keçirilən musiqili-ədəbi gecə, simfozium və konfranslar, Kiyevdə Nəsiminin abidəsinin ucaldılması, serb, rus, qazax, özbək dillərində şairin kitablarının nəşri və s. layihələr diqqətə çatdırılıb. Xüsusi buraxılışda ölkəmizin regionlarında "Nəsimi ili” çərçivəsində gerçəkləşən tədbirlərə geniş yer verilib. Bakı şəhərində və nazirliyin 15 regional idarəsinin şəhər və rayonlarında təşkil olunan silsilə tədbirlərdən bəhs edən material Nəsimi poeziyasından nümunələrlə müşayiət olunur. Nəsiminin 650 illiyinə həsr olunmuş bədii-qiraət müsabiqəsi "Bakı Uşaq Teatrı”nın təşəbbüsü ilə reallaşan "Nəsimi ili, Nəsimi dili” festivalı və digər layihələr də nəşrdə özünü tapıb. Bundan əlavə xüsusi buraıxlışda mütəfəkkir şair ömrünün ekran təcəssümü, "Nəsimi dünyası təsviri sənətdə”, "Nəsimi obrazı və idealları musiqidə” və s. başlıqlı yazılar, Nəsimi irsinə aid tədqiqatlar, müxtəlif bölgələrdə tanınmış elm, ədəbiyyat xadimlərinin Azərbaycanın böyük şairi haqqında sözləri və s. materiallar dərc olunub”.

Aparıcı çıxış üçün sözü Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevə verib.

Əbülfəs Qarayev:

"Hamınızı xoş gördük. Gərgin iş cədvəlinə baxmayaraq təşrif buyurmusunuz. Amma artıq bu ənənədir və biz bu ənənədən qaça bilmərik. Müxtəlif mövzulara həsr olunmuş müsabiqələr keçirilir və biz artıq 2015-ci ildən etibarən nazirliklə, KİVDF ilə birlikdə hər il müxtəlif mövzulara həsr olunmuş müsabiqələrin keçirilməsinə çox böyük maraqla yanaşırıq. Mətbuat günü ərəfəsində bu mükafatların təqdim edilməsinə vaxt tapıb çərait yaradırıq. Bu ilki təqdimat keçən ilki təqdimatdan fərqli keçir. Çünki çoxsaylı məqamlar, səbəblər üst-üstə düşür. Birincisi demək istəyərdim ki, Nəsimi ili bununla başa çatmır. Nəsimi ili hələ bundan sonra da olacaq. Və sözsüz ki, Nəsimi Azərbaycan xalqının mədəniyyətinin sütunlarının biri olduğunu bu gün də hiss edirik. "Nəsimi ili” başa çatandan sonra da onun adı xalqın şüurundan, ürəyindən silinməyəcək. Lakin Nəsimi ilinin bu il belə geniş keçirilməsinin xüsusi bir əhəmiyyəti var. Biz digər böyük hadisənin də astanasındayıq. İki gündən sonra iyulun 14-də Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi günü qeyd edəcəyik. Bu gün bizim gündəlik həyat tərzimizin əlamətdar hissəsinə çevirlib. Çünki Heydər Əliyev 50 il bundan əvvəl Azərbaycan hakimiyyətinə gəlməsəydi, nə Nəsimini bu səviyyədə dərk edə bilməyəckdik, nə də ki bizim dühalarımız beynəlxalq səviyyədə tanınmayacaqdı. Bunlar reallıqdır və azərbaycançılıq məfkurəsinin formalaşmasında Heydər Əliyevin hakimiyyəti dövründə gördüyü işlər daha çox lazım idi ki, nəinki başqa işlər. XX əsrin sonları və XXI əsrin əvvəlində Azərbaycan xalqının keçdiyi yola ictimaiyyətin, bəşəriyyətin verdiyi qiymət heç də ürəyimizcə olmamışdı. Buna görə də bu gün Azərbaycan xalqının öz əcdadlarına qayıdışı eyni zamanda başqa bir məqsəd daşıyır. Bu məqsəd ondan ibarətdir ki, xalqımız dünya miqyasında mədəni xalq, bəşəriyyətin inkişafına böyük tövhələr vermiş xalq kimi tanınsın. Bir məsələni də qeyd etmək istəyirəm ki, Azərbaycan mətbuatının bayramıdır. Həsən bəy Zərdabinin o dövrdə teatr və mətbuat sahəsində gördüyü işlər bu gün də öz bəhrəsini verir. Tarixi ölçmək üçün müxtəlif vahidlər var. Mətbuatın 144-cü, teatrın 147-ci ilini qeyd ediriksə, deməli xalqın özünün dərk edilməsində bu tarixlər onun mövcudluğunu sübut edən faktlardır. Biz bəzən bu tarixi ölçülərə müxtəlif cür baxırıq. Hansısa xalqlar tarixin başlanğıcını peyğəmbərlərin, tarixi şəxsiyyətlərin dünyaya gəldiyi gündən hesablayır. Amma müasir dövrdə xalqın özünü sübut etmək üçün məxsus olduğu bu faktlar mütləq qeydə alınmalıdır. Bu mənada Azərbaycan teatrının və mətbuatının yarandığı gündən bu günə kimi olan tarixi xalqımızın inkişaf dövrünü ifadə edir.

Müsabiqəyə gəlincə onu deyim ki, çox dəyərli bir müsabiqə oldu. Çoxsaylı yazılar, məqalələr oldu. Əksəriyyətinə göz gəzdirmişəm, bəzilərini xüsusi diqqətlə oxumuşam. Mükafat alanları da, almayanları da təbrik edirəm. Mətbuat işçilərinə üzümü tutub deyirəm ki, bu müsabiqələr bundan sonra da təşkil olunacaq, siz yenə yazılar yazacaqsınız. Bayaq da qeyd etdiyim kimi, Nəsimi ili bununla bitmir. Füzuli də, Nəsimi də, Nizami də bizimlə birgə yaşayacaq. Və nəhayət qeyd etmək istəyirəm ki, 70-ci illərdə Azərbaycanın adını ilk dəfə YUNESKO-da məhz Nəsimin adı ilə tanıtmışıq. Bu da Heydər Əliyevin təşəbbüsləri sayəsində baş verib. İndi YUNESKO öz tədbirlərini Azərbaycan keçirir. Bax bu qeyd etdiyimiz tarix Azərbaycanın keçdiyi uğurlu yolun göstəricisidir ki, bu gün də İlham Əliyev və Mehriban xanımın dəstəyilə, gördüyü işlərlə davam edir. Xalqmızın keçmişini daha da möhkəm qorumaq üçün biz bu cür işləri yenə də davam etdirəcəyik. Fürsətdən istifadə edib qarşıdan gələn Mətbuat günü münasibətilə də siz mətbuat işçilərini təbrik edirəm, Azərbaycan mədəniyyətinin inkişafını, problemlərini yazmaqla cəmiyyətimizin marağını cəlb etməyinizə görə sizə təçəkkür edirəm! Yolunuz açıq olsun, Azərbaycan mətbuatı həmişə yaşasın!”.

Daha sonra KİVDF-nun icraçı direktoru Vüqar Səfərliyə söz verilib.

Vüqar Səfərli:

"Hörmətli Əbülfəs müəllim və tədbirin iştirakçıları, hamınızı salamlayıram. Tədbirimiz musiqilə başladı. Çox gözəl bir ovqat yaratdı. Sizin adınızda və öz adımdan musiqi kollketivinə təşəkkür edirəm. Hamınızın bildiyi kimi bu il Nəsimi li elan edilib. Bununla bağlı müxtəlif tədbirlər təşkil olunub. Bunlardan biri də KİVDF ilə birlikdə jurnalistlər arasında yazı müsabiqəsi keçirilməsidir. Bu gün bu müsabiqənin mükafatlandırma mərasiminə yığılmışıq. Eyni zaman da fond da Nəsimi ili çərçivəsində bir neçə tədbirin keçirilməsini planlaşdırır. Onlardan biri də bugünkü tədbirdir. Xüsusilə qeyd etmək istəyirəm ki, Mədəniyyət nazirliyi ilə bizim hər il bir neçə dəfə müsabiqələrimiz olur. Bu, Əbulfəs müəllimin mətbuata həmişə açıq olduğunu bildirir. Bu gün biz 16 jurnalisti mükafatlandıracağıq. Məhz mətbuat gününə təsadüf edən bu gün hər il keçirilir. Onu da qeyd edim ki, bu müsabiqə aprelin 8-i elan olunmuşdu və iyunun 28-nə qədər davam etmişdi. Bu müddət ərzində 23 KİV-dən 36 yazı daxil olub. Bu yazılar 3 ekspert tərəfindən və eyni zamanda Mədəniyyət nazirliyindən olan ekspretlər tərəfindən oxunmuş və onların da fikirləri nəzər alınmışdır. Bunların içində yaradıcı yazılarla yanaşı alimlərin də yazıları var idi. Müsabiqənin qaliblərinə, yəni birinci yerə 1000 manat, ikinci yeri tutmuş iki nəfərə 800 manat, üçüncü yeri tutmuş üç nəfərə 500 manat və 10 həvəsləndirici yeri tutan hər bir nəfərə 200 manat mükafat nəzərdə tutulmuşdur. Qarşıdan mətbuatımızın 144-cü ildönümü gəlir. Demək olar ki, bir həftə hər gün tədbirlərimiz olacaq. Mən müsabiqədə iştirak edən bütün jurnalistlərə təşəkkürümü bildirirəm, qalibləri təbrik edirəm, qalib olmayanlara da bundan sonrakı müsabiqələrdə yenə iştirak etməklərini tövsiyə edirəm”.

Daha sonra mükafatların təqdim olunma mərasiminə başlanılıb. Mükafatları təqdim etmək üçün ilk öncə "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov, daha sonra "Xalq qəzeti”nin baş redaktoru və KİVDF-nin müşahifə şurasının sədri Həsən Həsənov, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və Mədəniyyət naziri Əbülfəs Qarayev dəvət olunub. Mükafatlar qaliblərə təqdim olunub.



İmza:Eminquey

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində daha fəal olmağa çağırdı - VİDEO

Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub

Novruz Novruzlu: Qafil Oyan - Video

Bakıda X Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

"Naməlum Qadının məktubu" Şah Mat Teatrında

Sami Yusuf Nəsiminin “Sığmazam“ qəzəli əsasında kompozisiya hazırlayıb - VİDEO

"Sınıq körpü"nün bərpa işləri ilin sonuna kimi başa çata bilər

Xalq artisti Rafiq Əzimov “Şah Mat”ın mövsüm açılışında iştirak etdi

Bakıda Şirvanşahlar dövrünə aid abidə dağıdılıb

Azərbaycanlı rəssam beynəlxalq sərgiyə dəvət aldı

Əminə Dilbazinin yubileyi qeyd ediləcək - SƏRƏNCAM

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK