viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bunun adı məsuliyyətsizlik deyilsə onda nədir? - Əzizə İsmayılova yazır Adalet.az | Bunun adı məsuliyyətsizlik deyilsə onda nədir? - Əzizə İsmayılova yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bunun adı məsuliyyətsizlik deyilsə onda nədir? - Əzizə İsmayılova yazır

23713    |   2019-07-11 09:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün səhər, yəni iyulun 9-da, baş verən qorxunc qəzaxəbəri haqda yazmaq istədim.

Fikirlərim allaq-bulaqdır amma, qəza yerindən şəkil və videolara baxınca, yazmaq istədim.

"Bu gün səhər (iyulun 9-da) Masallıda "Mersedes Vito" markalı mikroavtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində, Əlizahir Atalı oğlu Tağıyev (2002), Əsgər Yaqub oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Əsgər oğlu Rzayev (2008), Ayxan Natiq oğlu Rufullayev (2016), Məmmədova Gültac Ələkbər qızı (1996), Məmmədova Aytac Ələkbər qızı (1995) və Məmmədov Elgün Ələkbər oğlu (1997) həyatını itirib. Qəzada ağır yaralanan Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Miranə Atalı qızı Tağıyeva hazırda reanimasiyadadır." (APA) "Mersedes Vito" -da olanlar toya gedirmişlər.

Qısa arayış.

Qəza niyə baş verib? Sürücünün dediyinə görə "Saatda 110-120 sürətlə hərəkətdə imiş. Bu zaman yanındakı ondan yastıq istəyib, yastığa başı qarışıb və avtomobil yoldan çıxıb, yığışdıra bilməyib və yük maşınına çırpılıb”... Əslini istintaq ortaya qoyacaq yəqin ki.

İlkin məlumat üçün ən qəribəsi: Məsələdə cavabdeh qurumlardan biri olan Dövlət Avtomobil Nəqliyyatı Xidməti açıqlama yayır ki,

"Bakı-Lerik istiqamətində hərəkət edən və QEYRİ-QANUNİ sərnişindaşıma fəaliyyəti göstərən Lerik rayon sakini Nizami Mustafayevə məxsus "Mercedes Vito" markalı avtonəqliyyat vasitəsi bu gün səhər saatlarında Masallı şəhəri yaxınlığında yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 8 nəfər dünyasını dəyişib. Dəfələrlə sərnişinlərimizə müntəzəm qanuni daşımalardan istifadə edərək, ancaq avtovağzal və avtostansiyalardan hərəkət edən avtobuslardan istifadə etmələrinin vacib olduğu bildirilsə də, sərnişinlər təəssüflər olsun ki, mənzil başına daha tez çatmaq bəhanəsilə bu cür qeyri-qanuni daşımalardan istifadə edirlər."

Bu açıqlamanın anlamı nədir? Yəni belə çıxır ki, günah sərnişinlərdədir, bizim işimiz deməkdir, onu da demişik? Yəni ki, biz bilirik, qeyri-qanuni daşımalar var və sərnişinlərə də bunu demişik, bundan o tərəfəsi bizlik deyil?

Hansı sərnişinə necə deyilib bu? Ölən o 8 nəfər, bu adamın sərnişin daşma səlahiyyətinin olmamasından və ümumiyyətlə, o "səlahiyyət” deyilən şeyin nə olmasından dəqiq xəbərdar idilərmi?

Dəhşətdir... Açıqlamaya baxsanız - Sərnişinlər mənzil başına daha tez çatmaq BƏHANƏSİ ilə... Bəhanə ee.

Deməli, belə çıxır ki, kim istəsə xəttə çıxa bilər, insanları maşınına doldurub sərnişindaşıma ilə məşğul ola bilər. Qəza olana kimi yol açıqdır. Elə ki, qəza oldu, məlum olacaq ki, sən demə, qanunsuz sərnişin daşıma ilə məşğul imiş.

İzah edə bilərsinizmi, adamların qeyri-qanuni daşıma ilə məşğul olduqları niyə ancaq belə ağır qəzalar və ölüm-itim olandan sonra ortaya çıxır? Əgər aidiyyatı qurumlar ölümdən sonra işin qanuni olub olmadığını araşdırmağa məsuldurlarsa, biz suaaq, yox əgər ölüm olmamasına məsuldurlarsa, o zaman açıqlama qaçılmazdır...

İkinci məlumatda qəzanı törədən sürücü danışır. Cavan adamdır. Özünə heç nə olmayıb, ancaq dodağı partlayıb kimi görünür. Deyir: "Bakı-Lerik arası sərnişin daşıyıram. Bakı şəhər avtovağzalından çıxmışam.”

DANX bununla bağlı rəsmi hər hansı açıqlama verməsə də, sosial şəbəkədə nümayəndələri sürücünü yalan danışmaqda ittiham edir və bildirirlər ki, "avtovağzaldan belə maşın çıxa bilməz”... Kimin düz dediyini istintaqa buraxaq.

Yaxşı, deyək ki, avtovağzaldan çıxdı, yaxud da avtovağzalın içindən yox, yaxınlıqdakı Biləcəridən çıxdı. Bu adam Masallıya gedənə kimi yollarda bu qədər post keçib. Necə olub ki, günün günorta çağı heç bir qayda pozuntusu etmədiyin halda, səni saxlayıb yarım saat sorğu-sual edən postlarımızın heç birində, mütəmadi olaraq sərnişin daşıyan bu adamın, bir dəfə də olsun sənədləri yoxlanmayıb?... bunu da buraxaq istintaqın gedişinə..

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyib ki, "Masallı rayonunda səkkiz nəfərin ölümünə səbəb olan dəhşətli yol-nəqliyyat hadisəsini törədən şəxs qanunsuz fəaliyyət göstərməyib". Sürücü B kateqoriyası ilə avtomobil idarə edib. Onun qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu barədə məlumat yanlışdır. Bizim araşdırmamız zamanı məlum oldu ki, sürücü taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı alıb.Kamera görüntüləri sübut edir ki, sürücü gecə saat 03:40 radələrində paytaxta daxil olur, bir saat sonra yola çıxır. Bu hadisənin də baş verməsinə səbəb, sürücünün dincəlməməsi, yorğun olması, diqqətini itirməsidir".Şöbə rəisi həmçinin qeyd edib ki, mətbuatda yayılmış məlumatlara rəğmən, qəzanı törədən "Mercedes Benz Vito" mikroavtobus yox, minik maşınıdır.”

Bakı Nəqliyyat Agentliyi də məsələyə açıqlamasında bəyan edir ki,

"Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Mustafayev Nizami Malik oğluna taksi fəaliyyətinin həyata keçirilməsi üçün "Fərqlənmə nişanının verilməsi qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olub. Vətəndaş Nizami Mustafayevin Bakı Nəqliyyat Agentliyindən aldığı "Fərqlənmə nişanı ona Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa izacə verir. Sürücünün Bakı şəhərinin inzibati ərazisi hüdudlarından kənarda bu "Fərqlənmə nişanı ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması isə qanunsuzdur.”

Həmişə olduğu kimi qurumların bir-biri ilə paslaşması başlayır. Heç bir qurum günah keçisi olmaq istəmir. Əslində günahı harda axtaraq? Bunu da buraxaq istintaqın gedişinə....

Məhz bu qəzanın dəqiq hansı səbəbdən baş verməsi hələki məlum deyil və heç məlum da olmayacaq. Həmişə olduğu kimi "idarəetməni itirdi, qəza oldu və öldülər"lə məsələ xətm olunacaq...

Bu günə kimi heç eşitdiniz və ya gördünüzmü ki, hansısa qəzanın səbəbi araşdırılsın və həmin o idarəetmənin itməsinə nəyin səbəb olduğu açıqlansın? Yox. Eşitməyəcəksiniz də. Çünki... çünkisi də yoxdu ki, bu işin. Eləcənə yoxdur, vəssalam.

Bir ƏSAS məsələ də var.

Bu qorxunc qəzanın baş verdiyi yolda sürücülərin nə hoqqadan çıxdıqlarını elə facebook və instaqramdan asanlıqla görmək mümkündür. Həmin yolda 150-160 sürətllə "uçanların" canlı yayımlarında dediklərinə əsasən, yolda nə bir radar, nə də yol polisi yoxdur.

Ağıllı bildiklərimizdən bu yana daha kimlər o yolda sürət həddinin aşmasını göstərən şəkillər, videolar paylaşmadı ki bu yolda?

Bəli, nə qədər maraqlı görünsə də daim yol polisinin və radarların çoxluğundan şikayətlənən yurdumun insanının başında Domokl qılıncı olmasa, onun beyni işləmir.

Bizim sürücülər sürəti ancaq polisə və radara görə nizamlayırlar. Nə evdə onları gözləyən anaları, nə övladları nə də heç bir əzizləri o an gözlərinə görünmür. Bir daha onları görə bilməmək qorxusu, əndişəsi yaşamırlar. Bu düşüncəli insanlardan nə gözləmək olar ki?

Ən maraqlı olanı - yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu, sosial şəbəkələrdə, özü fəxrlə nümayiş etdirən minlərlə insandan bir nəfəri məsuliyyətə cəlb olunmur. Heç kimi çağırıb soruşan yoxdur ki, "ay hörmətli müəllim, yolda o nə hoqqadır çıxarmısız və hələ üstəlik fəxrlə də paylaşmısınız? "Bunun adı hər iki tərəf üçün məsuliyyətsizlik deyilsə onda nədir?

Ümumiyyətlə, ağlı başında olan bir adam, sükan arxasında canlı yayım açıb dinlədiyi mahnını, getdiyi sürəti niyə nümayiş etdirsin və ya "Dostlar, gəlin söhbət edək, nə var, nə yox" söhbəti etsin ki?


Dostlar da qoşulsun söhbətə və tam bir bazar lövhəsi. "Məllim, sürətin zordu haaa” -deyib daha da qaza gətirsinlər sürəni... Məsuliyyətsizlik deyilsə, nədir bunun adı?

Qorxunc sonucla bitən qəza hadisələri yollarımızda az qala adi hala çevrilib. İstər şəhərin içində, istər rayonlar arası yollarda hələ rəsmi işıqlandırılanların sayı-hesabı yoxdur.

Baxmayın ki, il sonunda Statistika Komitəsinin və ya DYP-nin hesabatlarında heç nizamını pozmayan bu cümlə həmişə var: "... görülən işlər və keçirilən tədbirlər nəticəsində ötən illə müqayisədə qəzaların sayı filan qədər, qəzalarda ölən və yaralananların sayı ötən ilin eyni dövrü ilə müqayisədə filan qədər azdır..."

Doğrudanmı azdır? Siz bu azalmanı hiss edirsinizmi?

Bu suallara rəqəmlərin öz, fərdlərin öz cavabı ola bilər. Oxuduğum bu qədər qəza xəbərləri, sükan arxasında olarkən yollarda müşahidə etdiyim bu qədər xaos, bir fərd kimi mənə "bəli, azdır" deməyə əsas vermir,.. sizə bilmirəm...

Görəsən yollarda niyə qırılıb batırıq? Zənnimcə, bunun ƏN ƏSAS bir səbəbi var,MƏSULİYYƏTSİZLİK. Biz ya məsuliyyətimizi itirmişik ya da o bizə ilahidən verilməyib....

Cəmiyyətdə "məndən ötsün, xalama dəysin" prinsipini üstün tutduğumuz üçün sanki heç kim başqasının həyatını düşünmür.

Yollarda sürətdən həzz alan insan elementar olaraq bilmir ki, onun idarə etdiyi avtomobilin gücü hansı sürət aralığındadır və onun öz beyin reaksiyası hansı sürətdə işləməyə qadirdir? Getdiyi yoldakı asfalt örtüyü, yolun vəziyyəti, havanın temperaturu təzyiqlə sürət arasında hansı aralıqda balans yarada bilər?

Yolda 150-160 la "yehuuuuu" edən adamlar düşünmür ki, o sürətlə təkərin altına düşə biləcək kiçicik bir maneədən yaxud qarşılarına çıxa biləcək it-pişikdən yayınmaq istəsələr sükan onların sözünə hansı sürətə kimi baxa bilər? Ani əyləcləmə etsələr nə baş verə bilər?

Bəli, hər bir sürücünün bilməli olduğu ən elementar, ən sıradan şeylər haqda bilgisi olmayan insanlar istədikləri kateqoriyada "prava" alırlar və insan daşıyırlar. Nə o sənədi verənin, nə də alanın ruhu zərrə qədər incimir. Əvəzində günahsız insanlar qurban olurlar, yollar qan gölünə dönür. Bunun adı məsuliyyətsizlik deyil, bəs nədir?

Qırılırıq yollarda. Günahsız insanlar yaşamını itirir. Bir halda ki, məsələni qanunla nizamlamaq mümkünsüzdür, o zaman qanunsuz tərəfini ağırlaşdırın o "ölüm sənədlərinin". Elə bir qiymət qoyun ki, hamı ala bilməsin. Vəsiqəni 12 minə, texniki baxışı 300-500 manata qaldırın. Bu ki, mümkündür.Onsuz da qazanc eyni qazanc olacaq, barı ölənlərin sayı azalsın. Yazıqdır bu millət. Yollarda qırılıb batmasına bu qədər göz yummayın.

Ola bilər ki, xəbərin təsirindən fikirlərimin nizamı pozulub. Amma sükan arxasında olan və yollarda nə baş verdiyini hər gün müşahidə edən bir insan kimi içimdən keçənlərideməsəm olmazdı...

İanıram ki, bir gün vicdanımızın səsi qulaqlarımızı batıracaq. O gün mütləq gələcək. Göz yumduqlarımız, əzizlərimizin həyatımızı donduracaq və biz heç nə edə bilməyəcəyik. Ölən o 8 nəfər kimi...




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK