nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Sizin feysbuk şairiniz... - Ulucay Akif yazır Adalet.az | Sizin feysbuk şairiniz... - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Sizin feysbuk şairiniz... - Ulucay Akif yazır

9743    |   2019-06-12 16:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sosial şəbəkələr hər gün daha böyük sürətlə həyatımızın ayrılmaz hissəsinə çevrilir. Artıq sosial şəbəkələrdən bir çox məqsədlərdə istifadə edirik. Sosial şəbəkələr vasitəsilə hadisələrdən xəbərdar oluruq, fikir bildiririk, yeni insanlar tanıyırıq, ünsiyyətdə oluruq, yeri gələndə əylənirik.

Sosial şəbəkələri həm də öz işini təqdim etmək üçün tribuna kimi istifadə edənlər də çoxdur. Bu bir növ yeni marketinqdir. Məsələn, sosial şəbəkə vasitəsilə öz işindən pul qazananlar çoxdur.

Məsələn, Həkimlər, müəllimlər, dərzilər, bizneslə məşğul olanlar, hüquqşünaslar, müğənnilər, modellər, yeri gələndə lap ... Özünüz bildiniz də...

Yazıçılar da bu siyahıya daxildir. Burada daha böyük kütlə qarşısında çıxış etmək fürsətindən yazıçılar da istifadə etməyə çalışır. Xüsusən, son illər bu tendensiya daha da aktivləşib. Hətta o dərəcə "aktivləşib” ki, yazıçı və oxucu münasibətləri feysbuk səviyyəsinə enib. Bu ağrılı məqam haqqında növbəti köşə yazımda danışacağıma feysbukum və instagram üzərinə and içirəm!

Hə, nə deyirdim... Bütün digər sahələrdən fərqli olaraq yazıçılar sosial şəbəkələrdəki fəaliyyətlərinə görə xalq arasında lağyana ad da qazanıblar: "feysbuk şairi”, "feysbuk yazarı”.

Ad demişkən, fürsətdən istifadə edib Vahid Əzizi "xalq şairi” adı alması münasibətilə təbrik edirəm! Biz bilmədik, yəqin özü bu adı niyə aldığını bilir...

Yenə fikrim yayındı...Harda qalmışdıq?

Hə, hə. Yadıma düşdü...

Digər sahələrə feysbukdakı fəaliyyətinə görə lağyana ad verilmir. Məsələn, hansısa həkimə "feysbuk həkimi”, hansısa hüquqşünasa "feysbuk hüquqşünası” deyildiyini nə görə, nə də eşidə bilərsiniz.

Bəs niyə yazıçılara bu "adı” qoyurlar?

Birinci istəyirəm "Feysbuk şairi” adının necə qazanıldığından danışım:

1.Şair şeirlərini feysbukda paylaşmalı və bu şeirlərə çoxlu "like”, "komment” gəlməlidir.

2.İnsanlar qəzet, saytlarda çıxan yazılar oxunmamalıdır.

3.Kitabı çap olunmamalıdır, olunubsa da alınmamalı və oxunmamalıdır.

Gəlin, görək bu qeyd olunanlar nə dərəcədə doğrudur.

Qəzet oxucusu ilə sosial şəbəkə istifadəçisi arasında intellekt fərqinin olduğunu qəbul edirəm, amma artıq bu fərq yoxa çıxmaqdadır. Sosial şəbəkələrdə şeirlərin paylaşılması tamamilə normal haldır və sosial şəbəkələr vasitəsilə tanınanlara lağ etmək sosial şəbəkələrdən istifadə edən hər kəsə lağ etməkdən heç nə ilə fərqlənmir.

Buna görə də "Səni feysbukdan tanıyırlar” demək çox gülünc səslənir, çünki artıq 7dən 77yə, peşəsindən asılı olmayaraq hər kəs sosial şəbəkələrdən istifadə edir.

Yəni oxucu kütləsini qəzet, sayt, yaxud sosial şəbəkə vasitəsilə yığmağın elə də fərqi yoxdur. İnsanlar qəzet və saytlardan mətn oxumursa, kitab alıb oxumağa ərinirsə, yazıçının heç bir qəbahəti yoxdur. Hələ şükr edin ki, yazıçı yenə də sizi (oxucuları) hardasa tutub iki kəlmə sözünü deməyə çalışır.

Digər yazıçı prototipi isə "ciddi yazıçı” adlanır.

Feysbuk yazıçısının əksi da elə bu dediyim "ciddi” yazıçılardır. Çox vaxt səliqəli kostyum və xirtdəyəcən sıxılmış qalstukda olan bu "ciddi” yazıçılar mümkün olduğu qədər az gülməyə çalışır, tədbirlərdə şeirlərini oxumağı çox sevir, sosial şəbəkələrdə isə ancaq ciddi paylaşımlar edirlər (redaktor üçün qeyd: burada ciddi sözünü "mənasız”, "saxta pafoslu” sözləri ilə də əvəz etmək olar).

Bu "ciddi yazıçılar”da yazıçı olmaq üçün bütün göstəricilər var, istedad və mətndən başqa. Onlar üçün bu iki göstərici heç əhəmiyyətli də deyil. Özünü şair kimi aparsın bəsdir, şeir yaza bilməsə də olar.

Bir dəfə dostum bir "şair” haqqında fikrimi soruşdu. Belə cavab verdim:

- Şeir yazmağı da bacarsa, əla şairdi!

Xülasə, sosial şəbəkələrin yazıçı üçün yaratdığı ən böyük problem onun oxucu ilə üz-üzə gəlməsidir. Sosial şəbəkələr yazıçını oxucu üçün daha əlçatan edir. Oxucu sevdiyi yazıçı ilə asanca söhbət edir, hətta görüşə dəvət edir, bir yerdə yeyib-içirlər.

Oxucu yazıçıya rahatlıqla öz fikirlərini, tənqidlərini, təriflərini çatdıra bilir. Bu rahatlıq isə oxucunun yazıçının başına çıxması ilə nəticələnir. Oxucu "Bu şeirdir?”, "Mən olsam, ikinci bəndi elə yox, belə yazardım” kimi şərhlər, ya da mesajlar yazmağa başlayır.

Təsəvvür edin, kimsə Mikayıl Müşfiqə yazır ki "Qaqa, yaxşı yazmısan, amma elə bil ikinci bənd artıqdır”. Ya da kimsə Mirzə Ələkbər Sabirin "Harada müsəlman görürəm qorxuram” şeirini paylaşmasından sonra, belə bir şərh yazır: "Müəllim, bütün müsəlmanlara aid eləmə, yaxşısı da var, pisi də”, hətta, bu şeir gündəmə çevrilir və bütün müsəlmanlar Sabirə dişinin dibindən çıxanı deyir.

Yəni, oxucu sevdiyi yazıçılar, klassiklər feysbukda status yazmadığı üçün, sevdiyi yazarlarla dialoqa girə bilmədikləri üçün sosial şəbəkələrdəki yazıçılara qeyri-ciddi baxır, ya da yazıçı-oxucu münasibətinin necə qurulmalı olduğunu anlamır. Yazdıqları şərhə, mesaj cavab gəlməsə, yazıçıya rahatlıqla "lovğa, özündənrazı, yekəxana” damğasını vururlar.

Dünya şöhrətli yazıçı Umberto Eko Ceyms Coys haqqında belə yazırdı: "Əgər Ceyms Coysun dövründə internet olsaydı, o, bütün günü onlayn olardı”.

Əmin olun, internet, sosial şəbəkələr digər yazıçıların, klassiklərin də dövründə olsaydı, onlar mütləq ki, çox aktiv istifadəçi olardılar. Düşünün, Mirzə Ələkbər Sabir hər saatbaşı ironiyalı bir status yazır, oxucular da, "layk” edib "smaylik” qoyur. Kimsə, "Güya sən mırtsan da, qaqa” yazaraq, Sabiri "sındırmağa” çalışır.

Səməd Vurğun dəqiqəbaşı təbiət qoynunda "selfi” çəkib paylaşır, hansısa şeirindən bir misra yazır. Məsələn, "Sıra dağlar, gen dərələr / Ürək açan mənzərələr”.

Ya da Kafka hər gecə qəmgin statuslar yazır. Həştaq da açır: "Ünvanlı”, "Milenaya”.

Təsəvvür edin, Puşkinlə Yesenin qızların şəkillərinə ürək qoyur və şərhlərdə kompliment yazırlar, bəzən şeirlərindən misra paylaşırlar.

Yəqin, Tolstoy gülməli status yazmazdı. Heminquey feysbuk dostlarını balıq ovuna dəvət edərdi, ovladığı balıqların şəkillərini paylaşaraq qürrələnərdi.

Remark tez-tez hansı restoran və kafedə olduğunu "tag” edərək, yazardı: "Yenə içirəm”.

Nitsşe isə insanların elə də yaxşı dərk edə bilmədiyi fikirlərini paylaşardı.

İnanın ki, belə də olardı.

Dövr dəyişdikcə həyatın da dəyişməsi biz yazıçıların günahı deyil. Sizin ürəyinizcə olsun deyə, şam işığında lələklə şeir yazası deyilik, necə ki, faytonlar atları, maşınlar isə faytonları əvəzlədi. Yəqin, qələmlə yazanlara da lağ edirdilər, sonra çap maşını çıxdı, sonra "noutbuk”.

Əlqərəz, bir şeyə fikir bildirəndə çalışın, yaranmış şəraiti nəzərə alasınız.

Hörmətlə, sizin feysbuk şairiniz...




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK