ANA SƏHİFƏ / MƏMLƏKƏT

Zoologiya İnstitutu: Azərbaycanda ilanların hücumlarının sayı artıb

5449    |   2019-05-16 17:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycanda ilanların sayında əvvəlki illərə nisbətən artım olmayıb, lakin onların hücumlarının sayı artıb”.

Adalet.az xəbər verir ki, bu barədə ONA-ya Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Obildirib ki, ilanların hücumlarının artmasının bir neçə səbəbi var: "Bunlardan biri yazın gəlişi və ilanların cütləşmə dövrünün başlamasıdır. Başqa bir səbəb isə son illərdə kənd təsərrüfatı sahəsində geniş islahatların aparılmasıdır. Əvvəl yulğunluq, çöllük olan sahələrdə yeni əkin-biçin sahələri salınır. Belə olan halda ilanlar, o cümlədən başqa canlılar miqrasiya etməyə məcbur qalır vəqida axtarışı ilə əlaqədar insanların yaşadıqları ərazilərə daxil olur. Buna görə də son vaxtlar ilan hücumlarının sayı artır, bizə isə elə gəlir ki, ilanların sayı artıb. Zoologiya İnstitutu son illərdə ilanların sayında artımla bağlı heç nə müşahidə etməyib”.

Direktor ilanlardan qorunmaq üçün əkin sahələrində çalışanlara balağı bağlı şalvar geyinməyi, burnu dəmir örtüklü uzunboğaz çəkmələrdən istifadə etməyi məsləhət görüb: "Hündür otlaqların olduğu ərazilərə girərkən, daşları qaldırarkən ehtiyatlı olmağı məsləhət görürəm. Kənd yerlərində ilanlar çəpərlərin, divarların boşluqlarında, oyuqlarında, gəmiriciləri, cücələri ovlamaq məqsədi ilə zirzəmilərdə, tövlələrdə gizlənirlər. Onların qarşısını almaq üçün oyuq yerlərini suvamaq, zirzəmilərin qapılarını möhkəm bağlamaq lazımdır. Çünki ilanlar infra-qırmızı şüalar vasitəsi ilə yemək olan yerləri hiss edirlər və buna görə zirzəmilərdə, anbarlarda onlara tez-tez rast gəlinir”.

E.Yusifov bildirib ki, Zoologiya İnstitutuna hər gün ilanlarla bağlı bir neçə zəng olur: "Deyirlər ki, evimizdə, həyətimizdə ilan var, gəlin onu tutun. Lakin bizim nə belə bir vəzifəmiz, nə də çağırış yerlərinə gedib ilanları tutmaq üçün kifayət qədər mütəxəssislərimiz var. Bizim işçilər alimdirlər, ilan tutmaq üzrə ixtisaslaşmayıblar”.

İnstitut rəhbəri ilanlardan qorunmaq üçün təkliflə çıxış edib: "Fövqaladə Hallar,Ekologiya və Təbii Sərvətlər nazirliklərinin,bələdiyyələrin daxilində bu sahə üzrə bölmə yaradılsa, yaxşı olar. Biz həmin bölmədə ilan tutan mütəxəssislərin yetişdirilməsinə kömək də göstərə bilərik. Əgər dediyim qurumlardan birində bu cür mütəxəssislər yetişdirilsə, o zaman ilanların hücumlarına məruz qalmalar da azalar”.




İmza:

Könüllülərdən daha bir maraqlı maarifləndirici aksiya

Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı

“Yüksəliş” in Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan vebinarı təşkil edilib

Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

Koronavirusa qarşı mübarizədə ictimai nəzarət sistemi yaradıldı - RƏSMİ

İyunun 1-dən iş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbuluna başlanılır

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib

Azərbaycanda kəskin hava dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ

Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı

Qusarlı qadın həyətində müxtəlif növ heyvanlar bəsləyir - VİDEO

Azərbaycanda it döyüşləri təşkil edən altı nəfərin kimliyi müəyyənləşdirildi

Sabah Bakıda 29 dərəcə isti olacaq

SON XƏBƏRLƏR
2020-05-29
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK