warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | VƏZİFƏ BORCUNU UNUDANLAR - Mehman CAVADOĞLU yazır Adalet.az | VƏZİFƏ BORCUNU UNUDANLAR - Mehman CAVADOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

VƏZİFƏ BORCUNU UNUDANLAR - Mehman CAVADOĞLU yazır

12101    |   2019-04-29 08:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1993-cü il. Sudanda növbəti aclıq tüğyan edir. Aclıqla mübarizə aparmaq üçün ölkənin müxtəlif bölgələrində BMT-nin ərzaq düşərgələri salınıb. Cənubi Afrika əsilli jurnalist-fotoqraf Kevin Karter də bu çətin günlərdə öz peşə borcunu yerinə yetirmək üçün Sudana yollanır.

Ümumiyyətlə o, ekstremal situasiyaların reportyoru kimi daha çox Afrika ölkələrində fəaliyyət göstərib.

Hələ 80-ci illərdə Cənubi Afrikada qara dərili bir nəfərin yandırmaqla edam edilməsi səhnəsini çəkdiyinə görə məşhurlaşmış ağ dərili bu fotoqraf sonradan həmin hadisə haqqında belə yazmışdı: "Onların etdikləri də (amansız qətli nəzərdə tutur), özümün etdiklərim də (bu səhnəni çəkməyini nəzərdə tutur) məni şoka salmışdı. Ancaq adamlar bu fotoşəkillər haqqında danışmağa başlayanda hiss elədim ki, bəlkə həmin şəkilləri çəkməyim o qədər də pis iş olmayıb. Bu cür dəhşətli bir hadisənin şahidiykən bunu etməmək daha pis hərəkət olardı”.

Sudandasa o, daha dəhşətli bir mənzərəylə üzləşir. Xeyli gərgin iş qrafikindən sonra istirahət etmək üçün çalışdığı kənddən çıxıb gedərkən inilti səsi eşidir.Səs gələn tərəfə boylananda olduqca arıq, ölüm ayağında olan balaca bir qızcığazın yerə döşənib qaldığını görür və bu mənzərəni çəkmək üçün fotoaparatı çiynindən çıxardır. Elə bu vaxt bir leşyeyən qartalın şığıyaraq qızın on metrliyində yerə oturur. Sanki mahir bir rejissorun qurduğu mizandır.


O, leş iyinə gəlmiş, ancaq "ov”un hələ də nəfəs aldığını görüb, gözləməyə başlayan qartalı uçurtmamaq, qartalla qızcığazı fotoobyektivin bir rakursuna salmaq üçün oğrun-oğrun qıza yaxınlaşır. Bir neçə kadr çəkdikdən sonra daha möhtəşəm kadr tutmaqdan ötrü qartalın qanadlarını açıb cəsədin üstünə cumacağı anı gözləyir. Lakin yarım saata yaxın gözləsə də, qartal durduğu yerdə durur, yerindən tərpənmir. "Ov” hələ hazır deyil, "ov” nəfəs alır.

Nəhayət, yorğun fotoqrafın hövsələsi daralır, yerindən qalxaraq qartalı qovur və yoluna davam edir.

Karterin çəkdiyi həmin şəkil Nyu-York Tayms qəzetində dərc olunur və bütün dünyada böyük əks-səda yaradır. Aclığın dəhşətlərini ən mükəmməl sənəd və hesabatlardan, ən geniş çəkiliş və şahid söhbətlərindən daha təsirli əks etdirən bu cansız fotoşəkil bir anın içində fotoqraqfı əsl ulduza çevirir. O, ABŞ-ın ədəbiyyat, jurnalistika, teatr və musiqi sahəsində verilən ən nüfuzlu Pulitser mükafatına layiq görülür.

Bir müddətdən sonra fotoqrafa aşağıdakı məzmunda hücumlar başlayır. Bütün dünyanı riqqətə gətirən bir şəkil çəkdiyinə görə sağ ol, bəs uşağın taleyi necə oldu? Niyə şəkli fotoaparatın yaddaşına köçürüb tez onu satmağa tələsdin. Canı üstündə olan, hələ ki nəfəsi gedib-gələn köməksiz bir tifili düz elə həmin hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən BMT düşərgəsinə gətirib təhvil vermək olmazdımı? Məhz bu sualların üstündə qurulan ittihamlar yağışında onu hətta ikinci bir leşyeyən qartal da adlandırmışdılar.

Fotoqraf sözügedən mükafatı alandan bir neçə ay sonra intihar edir. İntihardan əvvəl yazdığı kağızdan da görünür ki, bu addımı təkcə təzyiqlərə görə yox, həm də daim onu təqib edən vicdan əzabına görə atıb: "...Məni qətllə, meyitlər, pisliklər, əzablar, ac, yaralı uşaqlar, fərqi yoxdur, polis olsun, ya cəllad, əllərində silah tutmuş psixopatlarla bağlı canlı xatirələr daim təqib edir... "Gedirəm, bəxtim gətirsə bəlkə dostum Kenə qovuşdum.”


Elinanın dəhşətli faciəsindən sonra baş verən hadisələrin gedişini izlədikcə Kevin Karterin əsl katarsis nümunəsi sayılan bu qısa həyat tarixçəsini tez-tez xatırlamalı oldum. Hadisələr xeyli fərqli olsa da, oxşar məqamlar da çoxdur. Onu əhatə edən adamların intihardan sonrakı davranışları barədə yeni-yeni faktlar üzə çıxdıqca belə məqamların sayı da çoxalır.

Hələ canı üstündə olan bir uşağa qarşı istər məktəbdə, istərsə də xəstəxanada onu əhatə edən insanların sərgilədiyi münasibəti görəndə adamın nitqi quruyur. Hələ bir "əhatə edən insanlar”ın kimliyinə baxın. Pedaqoqlar, psixoloqlar, həkimlər, uşaqlarla bağlı səhv etmirəmsə iki ictimai quruma da rəhbərlik edən yüksək vəzifəli rəsmi dövlət məmuru.

Öz peşə borcunu yüksək səviyyədə yerinə yetirən Kevin Karter insanlıq borcunu unutduğu üçün depressiyaya düşmüş, vicdan əzabı onu bu cür amansız hərəkətə təhrik eləmişdi. Elinanı əhatə eləyən adamlarsa öz peşə borclarını, peşə yox, vəzifə borclarını yerinə yetirməyənlərdir. Heç kim onları insanlıq borcularını unutduqlarına görə qınamır, peşə borclarına səhlənkar yanaşdıqlarına görə suçlamır. Onlar vəzifə borclarını unudanlar, yəni konkret cinayət əməli törədənlərdir.

Təbii ki, Sabir demiş, "daş qəlbli insanlar” kimi cinayət törədən adamları da müdafiə edənlər həmişə olub və bundan sonra da olacaq. Amma bu "müdafiə işi”nə həyatı, əməlləri, yaradıcılığı ilə xalqın sevgisini qazanmış böyük şəxsiyyətlər qoşulanda adam əməlli-başlı sarsıntı keçirdir.

P.S. Sonralar məlum olmuşdu ki, fotoqrafın çəkdiyi uşaq qız yox, oğlandır. O özündə güc taparaq yaxınlıqdakı BMT düşərgəsinə qədər sürünüb getmiş, sağ qalmış, 2008-ci ilə kimi yaşamışdı. Həmin vaxt ata-anası ölkəyə yardım gətirən təyyarədəki yüklərin boşaldılmasına kömək göstərməyə getdikləri üçün yiyəsiz qalıbmış.





İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK