hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ŞİNELİ BARIT QOXULU POLKOVNİK Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ŞİNELİ BARIT QOXULU POLKOVNİK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: ŞİNELİ BARIT QOXULU POLKOVNİK

Vətəni çiynində məhz onlar saxlayır

9895    |   2019-02-14 10:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə gündür ki, xatirələrdən qopub ayrıla bilmirəm. Bizim təsadüfi görüşümüz əlimdən-ətəyimdən tutub çəkib apardı məni Ağdama, Füzuliyə - topların, mərmilərin, qradların susmadığı yerə. Və mən bir də onda ayılıb gördüm ki, 1992-ci ildi, Ağdamdayam. Hər tərəfdə insanlar qaynaşır. Həyat bu mərmi yağışının altında hər gün alovlanan müharibənin içərisində davam edir. Gərginlik, narahatlıq açıq-aşkar duyulsa da, amma insanların içərisində ümid şamı yanır. Onlar inanırlar, elə mən də inanıram. Bilirəm ki, biz haqlıyıq, biz torpağımızı qoruyuruq və məqsədimiz düşmənin yandırdığı evlərin, güllələrin tuş gətirdiyi övladlarımızın qisasını almaq, haqqımızı bərpa etməkdir. Axı biz öz evimizdə, öz torpağımızda, öz vətənimizdə düşmən nişangahına çevrilmişik. Ona görə də bizim səsimiz də, haqqımız da, tələbimiz də, hətta silaha sarılmağımız da Tanrının bizə verdiyi haqdı. Özü də halal haqq!


Bəli, onda 1992-ci il idi. Ağdam da yerində idi, Füzuli də, elə Dağlıq Qarabağın ətrafındakı digər rayonlarımız da. Və belə bir məqamda şəhərə xəbər yayıldı: daxili qoşunların xüsusi batalyonu artıq Qarabağdadı – Ağdamdadı. Mən həm qarabağlı, həm də bir jurnalist və cəbhə müxbiri olaraq dərhal daxili qoşunların adı səslənən dəstəsinin yerləşdiyi əraziyə gəldim, özümü təqdim etdim. Cavan bir oğlanla, gözlərindən od tökülən, hərəkətlərindən cəsarət yağan, səsindən isə qətiyyət duyulan bir zabitlə həmsöhbət oldum. Və...


Beləcə, başladı bizim tanışlığımız. Səngərdə, topun-tüfəngin altında barıt qoxulu bu tanışlıq yavaş-yavaş canımıza, qanımıza hopdu, bizi doğmalaşdırdı, dostlaşdırdı. Həmin tarixdən bu günə kimi biz bir yerdəyik- bir-birimizin ürəyində ruhunda, yaddaşında və təbii ki, həm də söz-söhbətimizdə...

Haşiyə: Barəsində danışdığım polkovnik Məmməd Teymurşah oğlu Hacıyev Quba rayonunun Alpan kəndində doğulub. 1965-ci ildə dünyaya gələn Məmməd 3 bacının və bir qardaşın təmsil olunduğu ailədə say baxımından ikinci oğul olsa da, o, özünün həyat yolu ilə sadə bir ailəni bütün Azərbaycana tanıtdı. Atanın, ananın ən böyük istəyi böyütdüyü övladın fərli-fərasətli olması, sağlamlığı və bir də nəsilə aid olduğu məkana şərəf-şöhrət gətirməsidi. Ailəni hər yerdə üzüağ, alnıaçıq, ləyaqətlə təmsil edən övlad olmasıdı. Bax, bu mənada Hacıyevlərin duaları, istəkləri Allah tərəfindən eşidildi, qəbul olundu. Çünki Azərbaycanın ən ağır günlərində səngərdə olan bir zabit, bir sərkərdə kimi sözünü deməyi bacaran oğulların sırasında Məmməd Hacıyev də var idi. O Məmməd Hacıyev ki...

Bəli, Ağdamda Qarabağ hadisələrinin hər gün kəskinləşən, hər gün rəngi tündləşən gərginlik yaşanırdı. Açıq-aşkar görünürdü ki, havadarları olan ermənilər getdikcə azğınlaşırlar və onlar sərhəd boyu kəndləri güllə yağışına qərq etməkdən çəkinmirlər. Bax, həmin gün Ağdamın Papravənd kəndi istiqamətində ağır döyüşlər gedirdi. Məmməd Hacıyevin dəstəsi kəndin qorunması üçün səngərə tələsmişdi. Bu çevik, bu hazırlıqlı uşaqların düşmənə ilk əks həmləsi artıq öz sözünü dedi. Qarşı tərəf başa düşdü ki, daxili qoşunların əsgərlərilə, döyüşçülərilə "zarafat” etmək olmaz. Çünki onların atdığı hər güllə hədəfə dəyir. Həmin gün bir neçə saat davam edən döyüşdə düşmən öz yerində oturdulsa da, daxili qoşunlar da itki verdi. Və mən...


Baş leytenant, bölük komandiri Robert Səfərəliyevin nəşini qolları üstünə götürüb sinəsinə sıxaraq hönkür-hönkür ağlayan və onun qanını yerdə qoymayacağına and içən Məmməd Hacıyevin, eləcə də digər döyüş dostlarının yaşadığı bu məqamı bu günə qədər unutmamışam. Həmin günün baş verdiyi tarixdən hardasa 27 ilə yaxın vaxt keçib. Amma nə o döyüş, nə də orda yaşananlar və eləcə də baş leytenant Robert Səfərəliyevi unutmuram və unutmağa da haqqım yoxdur...

Qarabağ müharibəsinin tarixində elə bir məqam var ki, onu heç kim unuda bilməyəcəkdi. Hətta unutmaq istəsə də bacarmayacaq. Çünki həmin tarix Azərbaycanın müharibə tarixinin, müharibə səlnaməsinin ilk Zəfər səhifəsidir. Özü də bu Zəfər səhifəsinin adı Horadiz döyüşüdü. Məhz həmin döyüşlə Azərbaycan ordusu düşməni məhv etməyə qadir olduğunu öncə düşmənin özünə, sonra da dünyaya göstərdi. Hamı bildi və gördü ki, Azərbaycan əsgərilə ermənilər heç vaxt qarşılaşa bilməzlər. Amma nə yazıqlar ki, Azərbaycan əsgəri təkcə ermənilərlə yox, həm də onların arxasındakı böyük-böyük güclərlə döyüşürdü və bu gün də belədir. Amma tarix tarixliyində qalır. O Zəfər döyüşünün tarixi də yaddaşlardan silinməyib. Həmin döyüşün şahidi kimi gedirəm səngərə tərəf...


Bəli, 1992-ci ildən Horadiz döyüşləri ərəfəsinə qədər Ağdam istiqamətində mövqe tutan daxili qoşunların batalyonu Məmməd Hacıyevin komandanlığı altında Füzuli bölgəsinə göndərildi. Bu istiqamətdə daxili qoşunların komandanı, mərhum generalımız, həyatda şəxsən tanıdığım və təbii ki, səngərdə tanış olduğum Ramiz Xosrov oğlu Məmmədovun rəhbərliyi altında əks hücum planı işləndi. Ona görə də bu istiqamətə əlavə qüvvələr cəlb olunmuşdu. Həmin vaxt daxili qoşunların Ağdam polku kimi tanınan hissəyə komandanlıq edən Məmməd Hacıyevin tabeliyinə qaçqın rayonların polis şöbələrinin şəxsi heyəti də verilmişdi. Ərazini yaxşı tanıyan Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın polis şöbələrinin bütün heyəti hər an döyüş əmrini gözləyirdi. İndiki kimi xatırlayıram, o şöbələrin rəislərini də, döyüşən oğullarını da. Yaddaşıma yazılıb adları: Binnət Məmmədovun, Sahib Həsənovun, Vaqif Məhərrəmovun, Səhiyyəddin Səfərovun, Faiq Kərimovun, Akif Səlimovun, Sadiq Mədətovun... Onların komandiri isə Məmməd Hacıyev idi. Bütövlükdə daxili qoşunların bu döyüşən oğullara komandanlığı da məhz general Ramiz Məmmədov edirdi...

Haşiyə: 1992-ci il idi. Zəngilanda, hadisələrin qızğın məqamında qarşılaşdım onunla. Daxili qoşunların bir bölüyünə rəhbərlik edirdi. Və bu cavan oğlanın adı da o vaxtdan yaddaşıma yazılmışdı. Çox maraqlı və cəlbedici adı var idi – Şövqi! Bu günə qədər də o ad mənə doğma olubdu. Və təsəvvürünüzə gətirin ki, son 15-16 ildə onunla qarşılaşmamışdım. Ötən həftəki təsadüfi görüşümüzün bir iştirakçısı da o oldu – Şövqi Ağamir oğlu Seyidov! Məhz həmin tarixdə Ermənistanla həmsərhəd olan, daha çox Qafandan hücumlara məruz qalan kəndlərimizin qorunmasında, onun uşaqlarının da haqqı, əməyi böyük oldu. Bu da bir tarix səhifəsinə çevrildi və...

1994-cü ilin yanvar ayının 4-ü. Füzuli bölgəsində bir gərginlik, bir narahatlıq yaşanır. Yerli sakinlər hərbçilərin davranışından nələrsə baş verəcəyini hiss edirlər, amma heç kim heç nə demir. Necə deyərlər, hərbçilər öz işlərilə məşğuldular. Yalnız ertəsi gün məlum olur ki, bu narahatçılıq əks hücümün ilk qığılcımları, ilk işartılarıymış. Çünki Azərbaycan ordusu həmin əks hücumla Horadiz şəhərini, eləcə də Füzuli rayonunun 22 yaşayış məntəqəsini düşmənin işğalından azad etdi. Bu döyüşün təkcə xatirəsini danışmaq, baş verənləri, cərəyan edən hadisələri dilə gətirmək özü qürurverici olduğu qədər də kədərlidi. Çünki...

Düşmənin necə qaçdığını izləmək adama həqiqətən qürur verir. Özündən asılı olmadan sən də onun ardınca qaçıb cəzalandırmaq istəyirsən. Bu döyüşdə düşmənin kimliyini görə-görə düşünürsən ki, bu qədər qorxaq olanların arxasında dayananlar nə qədər rəzildilər. Axı başqasının torpağına göz dikmək, evinə, ocağına od vurmaq, haram qatmaq insanlığa yaraşmayan, ümumiyyətlə, bəşəriyyətə ləkə olan bir hərəkətdir. Təəssüf ki, düşmənlərimiz və onların havadarları bu şərəfsizliyi boyunlarına götürüblər...

Horadiz istiqamətində gedən döyüş zamanı daxili qoşunların göstərdiyi rəşadət sözün həqiqi mənasında bir əfsanədi, bir dastandı. Mən özüm bu döyüşçülərin hər birinin qələbədə haqqı olduğuna şahidəm və mən özüm gördüm ki, daxili qoşunların əsgər və zabitləri özlərini vətənə qurban deyiblər. Bu qurbanlar şəhidlik zirvəsini özlərinə məram, məqsəd seçməklə yanaşı, qisas almağı əminliklə qərarlaşdırıblar. Həmin döyüş vaxtı Məmməd Hacıyevin əsgərləri öz qəhrəmanlıqlarının davamlı olacağına bir ümid işığı da yandırdılar. Yeri gəlmişkən, qeyd edim ki, məhz ikinci Zəfər döyüşü də Füzuli istiqamətində, Lələtəpə yüksəkliyində oldu. Sanki Horadiz zəfərinin ikinci səhifəsi yazıldı.

Döyüş gündəliyimi vərəqlədikcə yadıma həmin günlərdə yazdığım misralar düşür.

Yadında saxlama...

Mənim ölçülərimi

Yadında saxlamağın -

Lüzumu yoxdu vallah...


Şəhidlik haqq dərgahı,

Haqqa uca olanlara

Kəfən yox, mələk donu –

Göydə biçibdi Allah!

Haşiyə: Mənim döyüş dostum Məmməd Hacıyev orta məktəbi bitirəndən sonra Kazan Tank Qoşunları Hərbi Ali Komandanlıq məktəbində 1983-1987-ci illərdə təhsil alıb. Sonra göndərişlə Polşadakı Sovet ordusunda davam etdiribdi. 1992-ci ilin məzuniyyəti zamanı vətənin dar gününü canında, qanında hiss edən Məmməd Hacıyev xidməti yerinə qayıtmayıb, sovet ordusunda xidmətdən imtina edib. Və onun müraciətini nəzərə alan Daxili İşlər Nazirliyi bu qeyrətli vətən oğlunu, bu həqiqi hərbi təhsilli zabiti daxili qoşunlarda xidmətə qəbul edib. Həmin tarixdən də Məmməd Hacıyevin döyüş yolu başlayıb. Çox qürurvericidir ki, polkovnik Məmməd Hacıyevin oğlanları Zaur və Ramil də hüquq-mühafizə orqanlarında xidmət edir. Polis mayoru Zaur və polis kapitanı Ramil Hacıyevlər bu torpağın layiqli döyüşçüsünün, sərkərdəsini övladları kimi öz üzərlərinə düşən vəzifəni şərəflə yerinə yetirirlər.

Xatirələrin diliylə

Məmməd Hacıyevi xidmət etdiyi Qarabağ bölgəsində hər kəs yaxşı tanıyır. Bu istiqanlı, şən, bir az da adamlara qaynayıb qarışmaq bacarığı olan polis polkovniki sanki elə Qarabağda doğulub. Ona görə ki, o bir zabit kimi, bir döyüşçü kimi bu coğrafiyanın hər bir dağına, daşına, dərəsinə, düzünə bələddir. Ölkənin sayılıb-seçilən ağsaqqallarını, cavanlarını yaxşı tanıyır. Bu səbəbdən də onu həmin bölgənin adamlarının xeyir-şər məclislərində görəndə heç kim təəccüblənmir, əksinə, səmimi şəkildə yaxınlaşıb hal-əhval tuturlar, qonaq dəvət edirlər. Çünki Məmmədi burda hər kəs öz ailəsinin üzvü, öz doğması sayır. İstər Ağdamda Fred Asifin doğmaları, xüsusilə Ədalət, o cümlədən Milli Qəhrəman Allahverdi Bağırovun əzizləri, eləcə də Füzulidə Nəbi Muxtarovdan tutmuş Süleyman İsmayılovdan, Faiq Qismətoğludan, rəhmətlik Söhbət Səfərlidən belə Xocavənddə Zeynal Şükürov, Eyvaz Hüseynov və digərləri də daxil olmaqla hər kəs Məmməd Hacıyevi öz doğması bilir. Və bu doğmalıq, bu səmimiyyət də illərin sınağından çıxdığına görə, bu gün də davam edir. Elə bu məqamda onu da əlavə edim ki, millət vəkili, yazıçı-publisist Aqil Abbasın ssenarisi əsasında çəkilmiş "Dolu” filminin hərbi məsləhətçilərindən biri də məhz Məmməd Hacıyevdir.

Bəli, ötən həftənin istirahət günü zəngləşdik, görüşdük və əl-ələ tutub Məmmədlə, Şövqüylə birlikdə Qarabağa getdik. Getdik ki, keçdiyimiz döyüş yolunu, izimiz qalan səngərləri birlikdə gəzib dolaşaq... Getdik ki, bu xidmətlərə görə Ulu Öndərimizin Azərbaycanın ən böyük mükafatlarından biri olan "Azərbaycan bayrağı” ordeninə, "Hərbi xidmətə görə” medalına, Ali Baş Komandanımız cənab İlham Əliyevin "Vətən uğrunda” medalına layiq gördüyü, Daxili Qoşunlarda Hərbi Şuranın katibi olan polkovnik Məmməd Hacıyevin şəhid silahdaşlarının ruhlarını yad edək, xatirələrini yaddaşımızda təzələyək və onlara deyək ki, Ali Baş Komandanın əmri və daxili qoşunlar komandanın tapşırığı ilə hər an silaha sarılmağa hazırıq.

P.S. Mən bu yazımla əslində təzə heç nə demədim və yeni bir tarix də açmadım. Sadəcə, bir döyüş dostumun, eləcə də bu döyüş dostumun döyüş yolunu yaddaşımda təzələdim. Üst-üstə 8 il Ağdam-Füzuli cəbhəsində xidmət edən polkovnik Məmməd Hacıyevin kimliyini diqqətə çatdırdım. İstədim ki, onu tanımayanlar tanısınlar, tanıyanlar da yenidən həmsöhbət olsunlar. Axı biz unutmağa meylliyik. Unuda-unuda da özümüzdən uzaqlaşırıq. Qarabağımızın işğal səbəblərindən biri də özümüzdən uzaqlaşmağımızdı. Gəlin, bir-birizmizə diqqətli və sayğılı olaq, bir-birimizin haqqına dəyər verək. Yəni dəyər verək ki, gələcək də bizi dəyərləndirsin. Qarabağda görüşmək ümidilə bütün döyüş və səngər dostlarımın qarşısında baş əyirəm.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO