hacklink Adalet.az | RUHUMUZUN DAŞIYA BİLMƏDİYİ YÜK Adalet.az | RUHUMUZUN DAŞIYA BİLMƏDİYİ YÜK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

RUHUMUZUN DAŞIYA BİLMƏDİYİ YÜK

Fəridə RƏHİMLİ

6839    |   2018-10-26 14:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fəxrlə şair xalqıq, deyirik. Daha soruşan yoxdu niyə şairsən? Hansı gününə şairsən?

Şair dərddən yazar, sevgidən, həsrətdən, qəmdən, möhnətdən yazar. Yurd həsrətidnən, torpaq itkisinin dərdindən divanəyə dönər. Bizdə hansıdı? Hansı səbəbdən şair olmuşuq?

Ən dəhşətlisi də odur ki, özü bir kəlmə yaza bilməyib, pulu olanlar ordusu var ki, şairliq eşqinə düşüblər. Hətta cild-cild kitabları da çıxır, "nəfis şəkildə, yüksək keyfiyyətlə” və ən yaxşı nəşriyyatlarda. Təqdimatları keçirilir, utanmadan, qızarmadan da durub gələn – gəlməyə bilməyən (həddi nədi gəlməsin!) qonaqların qarşısında pulla tutulmuş "şeir yazanlarının” diktəsi ilə əzbərlədikləri "nitq” də söyləyirlər.

Düşmən tapdağında qalan torpaqların üzərində gəzən çox həqiqi şairlərimiz də var ki, ancaq sevgidən və məişət sərgüzəştlərindən yazırlar. Sanki bu həngamənin onlara aidiyyatı yoxdur.

Yəqin ki, elə itirə-itirə, bağışlaya-bağışlaya, peşkəş edə-edə gəldiyimiz torpaqların itkisindən manyaklaşmışıq. O həsrətdən yaza-yaza dəliyə dönmüşük, itirmişik özümüzü, nədən, niyə yazdığımızı da unutmuşuq artıq.

Yeganə dövlətik ki, hər tərəfdən dədə-baba torpaqlarımızla həmsərhədik. Bu elə belə söz deyil ey, elə-belə dərd deyil ey, çəkənə ağır, öldürücü, alçaldıcı dərddi.

Çalıb-oynayırıq, televiziyada, küçələrdə, kafe-restoranlarda çal-çağırdı. Əyləncə sevdiyimizdən bizimlə əylənənləri, görməzdən gəlirik, unutmuşuq.

On dörd-on beş yaşım olardı. Kəndimizdən bir oğlan Sovet Ordusu sıralarındaykən öldürülmüşdü. Oğlanın anasının hərəkətlərini heç unuda bilmirəm. Cənazəni gətirəndə ana oyanayırdı! Qonşu qadınların mane olmasına baxmayaraq üz-gözünü cırıq-cırıq eləmişdi, qan içində oynayırdı. Bu olay mənə elə bir təsir eləmişdi ki…

Dəli oldu ana, ağlını itirdi, dözə bilmədi oğul itkisinə. Kəndimizdəki gözəl qızlara saatlarca dayanıb tamaşa edər, sakit-sakit ağlayardı… oğlu üçün gəlin gözaltı edirdi Şükufə ana…

Çalıb-oynayırıq. Deyirəm bəlkə o ana kimi dərddən oynayırıq. Amma çalıb-oynayanların üz-gözündəki qan deyil, boyadı. Üzlərində çapıqlar dırnaq yeri deyil, plastik əməliyyatların nəticəsidi. O ana bir oğul itirmişdi – indi yüzlərcə laydivar oğullar itirdik, həm də adi - sıradan deyil, qeyrətli, qəhrəman, vətəni, torpağı namusu sayan oğulları. Onlardan əvvəlsə anamızın anası vətəni itirdik. Bəli, itirdik! İllərdi, Qarabağın da Zəngəzurun, Göyçənin, Dərələyəzin, Dəmir Qapı Dərbəndin, Dilicanın, Təbrizin… gününə düşəcəyindən qorxuram. Amma get-gedə ümid də ölür…

Bu çalıb-oynayanlar, şairlik iddiasına düşənlər, övladlarını yalnız müğənni, musiqiçi, rəqqasə, meyxanaçı, idmançı görmək istəyənlərləmi alacağıq o yurd yerlərini? Qarabağ, Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Həkəri və sair adları deyəndə təsəvvürlərində kafe-restoran canlanan uşaqlar, gənclərləmi alacağıq o torpaqları? Yoxsa, torpaq uğrunda döyüşmək də cihaddır, deyən Müqəddəs Kitabımızın vəd elədiyi Sahib-Əz-Zamanımı gözləyəcəyik?!.

Sosial şəbəkələrdə tez-tez paylaşılan erməni videolarını seyr edirsinizmi heç? Kəlbəcərdə, İstisuda isirahət edən erməni dığaları, haxçılarının o cənnət məkanlarımızı murdar ayaqlarıyla tapdaladığını görmək ağrı vermirmi ürəklərinizə?

Bir neçə gün əvvəl paylaşılan, Füzuli rayonuna qədər asfalt yolun çəkilməsi necə? Şuşada tikilən obyektlər, kilsə???

Əsirlikdən geri alınmış qadının danışdıqları tükürpədən hadisələrə ürək dərmanı içmədən axıra qədər qulaq asa bildinizmi? O qadının utanaraq bəlkə də hələ olanların yarısını danışdığı əzablarının bir zərrəsini içinizdə hiss edə bildinizmi?..

Hiss eləmirsinizsə, demək qeyrət anlayışı ölüb bu millətin!

Bir neçə gün əvvəl Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Baş redaktoru Nəzakət Məmmədova olanRespublikaXatirə KitabıRedaksiyasının birgə əməyi nəticəsində Xatirə Kitabının Xüsusi buraxılışı işıq üzü gördü.

Bütün heyət, xüsusilə işin əsas - ağır hissəsini çiyinlərinə götürmüş Nahid Salayev, arxivlərdə o insanların taleyini araşdırarkən havalanma dərəcəsinə çatmanın, qeyrətinin, ağlının, düşüncəsinin qəbul etmədiyi hadisələri həzm etmənin çətinliyi altında ərsəyə gətirdilər bu kitabı. Əsirlərimizin başlarına gətirilən dəhşətli işgəncələri ifadə etməkdə söz acizdir…

Allahın insan deyərək yaratdığı erməniylə dostluq arzusunda olanların biri o işgəncələrdən bir zərrəni dadsaydı, yaxud yaxınlarının binin başına gətirilsəydi, yenə o dostluğu istəyərdilərmi, maraqlıdı?..

Erməni virusu bu yurda məkrlə, hiyləylə daraşdırıldı, yer üzündən silinənə qədər də türk millətinin düşməni olaraq qalacaq, belə bir düşmənimizin olduğunu unutmaq lazım deyil!

Can Yücel deyir ki: "Bədənin yükünü ayaqlar daşıyır, ruhun yükünü ürək”.

Ruhumuz yüklənib, ürəklərimiz daşıya bilirikmi???

Mən daşıya bilmirəm...




İmza:

YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-14
2019-11-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK