Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Faiq QİSMƏTOĞLU: İYNƏNİN UCU BOYDA Adalet.az | Faiq QİSMƏTOĞLU: İYNƏNİN UCU BOYDA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: İYNƏNİN UCU BOYDA

4594    |   2018-10-05 12:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

…Tay nə istəyirdiniz…Elə belə də olmalıydı… Böyük qardaşınızın qədrini bilmədiniz, onu çərlədib, ürəyini partladıb öldürdünüz… Allah-Təala da baxıb gördü ki, sizə dədəlik eləyəni ayaq altına alırsınız, üstünə yeriyirsiniz, saymırsınız, şər-böhtan deyirsiniz və Ulu Yaradan da götürüb onu apardı öz dərgahına. İndi saç yolmaqla, qəbir üstünə gedib ağlamaqla və yaş tökməklə o qardaş geri dönən deyil. Sizin hər birinizə arxa durmuşdu… sizin hər birinizə atalıq eləmişdi… sizin hər birinizə «qorxma» demişdi… Siz neylədiniz? Siz onu elədiniz ki, böyük qardaşınız sağ vaxtı hər cür şər-böhtan dediniz. Nə Allahdan qorxdunuz, nə də qardaşınızın sizə verdiyi çörəkdən…

Elə gözünü yumub harda gəldi (dostun-düşmənin yanında) özünün və ailəsinin qeybətini elədiniz. Yəqin indi sizi onun yoxluğu çox yandırır. Ona mən də inanıram. Amma ona məəttəl qalıram ki, siz sağlığında o boyda qardaşınıza, sizə arxa durana niyə üz çevirdiniz?! Heç ad günündə, müqəddəs bayramlarda belə bir dəfə olsun zəng vurmadınız, qapısını döymədiniz! Siz döymədikcə, siz harınlaşdıqca onun dünya boyda ürəyi dərd içində zaman-zaman əriyirdi. Əridi, əridi və günlərin bir günündə də o qardaşın ürəyi sizin zərbələrinizə dözə bilmədi. Çünki düşmənin eləmədiyini siz ona elədiniz. İndi balaları gözüyaşlı qalıb. Həyat yoldaşı hər gecə onun ruhuyla danışır. Və siz də rahat, öz evinizdə, eşiyinizdə kef eləyirsiniz. Hələ ki, kef eləyin, görək Allah-Təala axırını nə ilə bitirəcək. Çünki bütün günahları bağışlayan da bizi Yaradandı. Günahlar böyük olanda onun cəzası çox ağırdı. Kimliyindən asılı olmayaraq, böyük günahları varsa, Allahın hüzurunda boynu qıldan nazikdi. Yəni onu bağışlayan da, cəza verən də Allah-Təala özüdü.

… İynənin ucu boyda yaxşılıq eləsən, inanın, o nə vaxtsa sizin qabağınıza çıxacaq. Sizin qabağınıza çıxmasa da, balalarınızın, nəvələrinizin qarşısına mütləq çıxacaq. Buna günün çıxması kimi əmin olmaq lazımdı. İyənin ucu boyda kiməsə yaxşılıq eləməyən ancaq başqasından dünya boyda yaxşılıq umur. Və o dünya boyda da yaxşılıq ona olunur, ancaq nə etmək olar ki, bu nadan və cahil insanlar o yaxşılığı ömrünün sonuna qədər anlamırlar.

Mənim bir tanış dostum var. Bir neçə dəfə Məkkəyə ziyarətə gedib. Elə bilir ki, bununla da bütün günahlarını yuyub. Düzdür, o namaz qılır, oruc tutur, hətta bəzən ürəyi yumuşalıb doğmalarına əl də atır. Ancaq sadəcə olaraq onun əməli saleh deyil. Həccə gedib qayıdan adam heç vaxt qeybət eləməz. Bu Hacının da işi-gücü arvad kimi qeybət eləməkdi. Çox vaxt da görür ki, belə şeylərə pis baxıram, məndən uzaq düşür. Bilir ki, yanımda kimdən danışsa, o dəqiqə ağzından vuracam, ya da çıxıb gedəcəm. Ona görə də özü kimi adamlar axtarıb tapır. Bizim nəsildə də o qədər qeybətə meylli adamlar var ki… O Hacını görəndə çiçəkləri çırtlayır və başlayırlar bir süfrə arxasında əyləşib qohum-əqrəbada kimlər varsa, hamını müzakirə eləməyə. Danışırlar, danışırlar, axırda da yorulub əldən düşürlər. Ancaq qeybət eləməkdən yorulmurlar ki, yorulmurlar.

Adam var deyir ki, mən hər gün namaz qılıram və ibadət eləyirəm. Belə adamlara heç bir sözümüz yoxdur. Hələ ibadət eləmək, namaz qılmaq heç də Allaha yaxın olmaq deyil. Allaha yaxın olmağın bir çox yolları var. Bu barədə «Qurani-Kərim»in «Əl-Bəqərə» (inək) surəsinin 177-ci ayəsində buyurulur: «Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatan tərəfə çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərə inanan, (Allaha) məhəbbət yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara (pulu qurtarıb yolda qalan), müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttərəqi olanlar da onlardır!»

Görürsünüzmü, heç də namaz qılmaq və ibadət etmək hələ hər şey demək deyil. Hər şey demək odur ki, qəlbin və əməlin təmiz olsun. Yoxsa hər gün hansısa təmiz, vicdanlı, ədalətli adam haqqında harda gəldi şər, böhtan deməməlisən. Əgər bu təmiz, vicdanlı adam el-oba, əksər insanlar tərəfindən sevilirsə, sən heç vaxt ona qara yaxmaqla elin gözündən sala bilməzsən. Çünki el-oba bilir ki, o hansı ürəyin, hansı qəlbin, hansı yolun davamçısıdı.

Allahın yoluyla gedən, haqq-ədaləti sevən, vicadanının və ürəyinin döyüntülərini eşidən isnanlara əməli-saleh adamlar deyirlər. Və bu əməli-saleh adamlar həmişə insanlara əl tutub, yaxşılıq eləyib bir kəlmə olsun bu xeyirxahlığı barəsində heç kimə danışmayıb. Ancaq Ulu Yaradan bilib ki, onlar hansı əməlin və ürəyin sahibidilər. Və elə bu insanlar da ən çox Allah-Təala tərəfindən qorunur və sevinirlər, Allahın qoruduğu əməli-saleh insanı bir milyon adam yığışsa, gözdən sala, yıxa bilməzlər. Allahın da yıxdığı bir bəndəni yenə bir milyon adam yığışsa qaldıra bilməz. Ona görə də gedin öz işinizlə məşğul olun! Təmiz və vicdanlı adamlara şər-böhtan deməyin və Allahdan qorxun!!!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK