ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: GÖZLƏ QAŞ ARASINDAKI...

Sevgi və Ölüm

7947    |   2018-09-14 18:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dostlarımdan biri məni sorğu-suala tutmuşdu. Məqsədi də çaşdırmaq, dilimdən nə isə almaq idi. Amma bacarmadı. Burdaca etiraf edim ki, bu mənim ona qarşı etdiyim hərəkətlərin əksi idi. Yəni özüm onu sözlə prikola tutanda düşünməmişdim ki, nə vaxtsa qarşılığı gələcək. Bunu düşünmədiyimə görə də onun qəfil sorğu-sualı məni hazırlıqlı olmağa məcbur etdi. Dostumun son cəhdi isə gözlənilməz oldu. Yəni qəflətən soruşdu ki, qaşla gözün arasındakı nədir?

Təbii ki, bunun cavabını uşaqdan böyüyə hamı bilir. Amma mən onun gözlədiyi cavabı vermədim. Üzünə baxa-baxa söylədim:

- SEVGİ!

Təəccüblə barmağını başına toxundurub him etdi ki, yəni başın xarabdı? Hamının bildiyi, etiraf etdiyi cavabı sən hara yozursan. Mən onun bu jestinə də əhəmiyyət vermədən sözümün üstündə durdum. Bu dəfə o, lap coşdu və dedi:

- Ə, bütün dünya qaşla gözün arasında ölüm dediyi halda sən nə hoqqa çıxarırsan? Hamıdan çox bilirsən?

Yenə də əhvalımı pozmadım. Sakit şəkildə cavabını verdim:

- Avam özünsən. Anlamırsan ki, ölüm də sevgidi. Özü də ən böyük sevgi! İstəyinə nail olan sevgi! Səndən gizli səni sevir, o məqama qədər ki, sən onu duyursan, hiss edirsən, addım səsini eşidirsən. Bax onda gəlib girir qoluna və deyir ki, indi birgə getməliyik. Bu qədər ayrılıq, bu qədər həsrət bitdi...

Bəli, bu cavabıma "söz oyunu" deyən dostum bəlkə də öz məntiqi ilə haqlıdır. Amma mən də kürəyimi yerə vermədən sözümün üstündə dayanıram. Və hamının eşidə biləcəyi səslə deyirəm:

- Qaşla gözün arasındakı SEVGİdi. Bəzən ölüm mələyi donunda, bəzən də xoşbəxtlik mələyi donunda. Bu yerdəyişmələrdən çəkinmək, ehtiyatlanmaq lazım deyil. Və bir də hara çəkiləcəyik ki?!.

Hə, elə bu düşüncələrin içərisində üzü Yasamal qəbiristanlığına baxa-baxa gəldiyim nəticənin şübhəsizliyinə özümü inandırmağa çalışıram. Daha doğrusu, inancımı möhkəmləndirməyə cəhd göstərirəm. Çünki bu qəbiristanlıqdan gündə beş dəfə ucalan azan səsi artıq bütün yolların harda bitdiyini də xatırladır.

Özü də gündə beş dəfə. Və mən də tez-tez xatırlanmanın təkrar bilik olduğuna inanaraq iç dünyamın bütün sızıltılarını, bütün pıçıltılarını vərəqləyirəm ən qədim, ən mükəmməl kitab kimi.

Ona görə ki, bu qədim və mükəmməl kitab hər ələ düşmür və hər kəs də onu ya oxumur, ya da oxumağa maraq göstərmir. Axı, ən qədim və ən mükəmməl kitablarda həyat fərqli bucaq altında fərqli yanaşma ilə təqdim olunur. Onu oxuduqca özün özünü sanki yenidən kərpic-kərpic hörməyə başlayırsan. Və hər kərpic bir qərinə ifadə edir özündə. Orda qərinənin içərisində günlər, həftələr, aylar, illər özü-özlüyündə danışmağa başlayır. Sən də onu dinləyirsən, həmsöhbət olursan. Söhbət o qədər uzun və maraqlı alınır ki, elə bil dünyanın ən möhtəşəm, ən çəkici filmini seyr edirsən, nəfəsini sıxıb saxlayırsan, hadisələri gözündən qaçırmaq istəmirsən.

Sənə elə gəlir ki, o filmin çəkiliş meydanındasan və sən hansısa bir rolun ifaçısısan...

Bax, bu təsvir etdiyim, yazıya köçürdüyüm mənzərənin arxa planından seyrçisi olmaq özü də bir yaşamdır. Həmin o yaşamın içərisində əvvəlkindən bircə fərq var - səni görən yoxdu, səni izləyən yoxdu. Sən belə düşünürsən.

Amma unudursan ki, hamını, hər yeri, hər məqamı görən səni orada görür. Onun gördüyünü sənə xatırladan bir nəsnə baş verir. Yəni ya qulağına səs gəlir, ya ağcaqanad dişləyir səni, ya ürəyin sancır, ya telefonun dillənir. Bax onda özünə qayıdıb üzünü göy üzünə tutursan. Bilirsən ki, yaşayırsan, bilirsən ki, varsan. Bu var olmağına görə də ONA minnətdarsan!..

Həftənin son cümə axşamı Yasamal qəbiristanlığından şam namazına çağıran adam səsləndi. Özümü nəşriyyatın həyətindəki oturacağa güclə çatdırdım. Elə bir durumdaydım ki, gözlərimə qaranlıq çökürdü, addım ata bilmirdim. Və... Azan səsi altında həmin o mənim üçün adı Sevgi olan, qaşla göz arasında yaşayan ölüm yavaş-yavaş aralanmağa başladı. Onun addım səslərinin uzaqlaşdığını duydum. O gedən səsin yerini gələn azan səsi tuturdu. Çiyinlərimdən ağırlıq götürülür, alnımda tumurcuqlayan tər soyumağa başlayırdı...

Bax onda dostumla mübahisədə haqlı olduğuma bir daha inandım. Bildim ki, bütün bu dünyanın dəyirman daşı həmin o başımızın üstündə fırlanan qaşla göz arasında özünə yer tutan ölümün ixtiyarındadı. O sevgi bizə bütünlüklə hopanda biz də onun oluruq. Və elə bu düşüncələrlə də üzümü Sənə tutub pıçıldayıram:


Bir az yaxında otur

Oxu, ruhun duasın...

Bu vida pıçıltına -

Ruhumla qulaq asım...


Sən göylərə çox yaxın

Mən də yerin təkində...

Ruhumu səngidəcək -

Gözdən daman hər gilə...


Oxu, bütün duyğunla

Ruhum görsün içini...

Sevgini gözlətmənin -

Səndə olan gücünü...


Hamıdan yaxın otur

Candan oxu duanı...

Üzümdəkini götür -

Görə bilim bu anı...


***

Həyatın çox sifətləri var insanlar kimi. Əslində insanın, təbii ki, söhbət normal insandan gedir, fiziki baxımdan olan bir sifəti onun bütün maddi, mənəvi, psixoloji durumlarında elə bir olaraq qalmalıdır. Amma neyləmək olar ki, yüz, bəlkə də neçə sifətli kifayət qədər insanlar çevrəmizdə var, hər gün də onlarla görüşürük və təmasdayıq. Onlardan qaçmaq, qurtulmaq mümkün deyil. Necə deyərlər, altıncı barmaq kimi yapışıblar cismimizə. Kəsirsən yeddibaşlı əjdaha kimi təzəsi peyda olur. Ona görə ən yaxşısı artıq çoxsifətli olduğunu bildyin insanların arasında özünü birtəhər qorumaq və onları da yola verməkdi, necə ki, özləri "yola verirlər"...

Mən doğmalarıma, dostlarıma, yaxınlarıma, hətta ilk dəfə tanış olduğum hər kəsə öncədən anlatmağa çalışıram ki, necə varsınızsa, necə yaranırsınızsa, eləcə də olun. Əgər o cür ola bilmirsinizsə, ən azından sizi olduğunuz kimi görənlərlə münasibətdə ilkinliyinizi qoruyun.

Düşünün ki, bu dünyada hər şey əmanətdi, hər şey müvəqqətidi, hər şey keçicidi. Sonuncunu yoluxucu kimi oxumayın, düşünməyin. Dəqiq və birbaşa ifadə olunmuş keçicinin ötüb gedən mənasını qəbul edin. Bax onda tam əmin olacaqsınız ki, kimliyinizdən, mövqeyinizdən, hətta ciblərinizdən asılı olmayaraq, sizin haqq etdiyiniz əlinizdən alınmayacaq. Ola bilsin ki, bir az sıxıntı yaşayasınız, bir az payınıza əl uzadılsın, bir az yolunuza tir atılsın.

Amma hər nə olur-olsun Haqqın verdiyini almaq gücü yalnız onun özünə məxsusdur. Elə bu mənada dərd də, ağrı-acı da insanın boyuna, ürəyinin tutumuna, yük çəkmək qabiliyyətinə görə hesablanır və əmanət kimi verilir. Ömrün əmanəti, həyatın əmanəti kimi! Düşünməyin ki, hansısa bir dərd onu çəkən dünyasını dəyişəndən sonra öləcək, itəcək. Xeyr, belə deyil! O da yenidən dünyaya qayıdır, yeni ürəklərdə, yeni cismlərdə, yeni düşüncələrdə həyatını davam etdirir. Sizə məntiqsiz görünən inancımın arxasında özüm dayanıram. Özüm bunu canımda, qanımda, varlığımda hiss edirəm,

Ona görə də üzümü sənə və uca Allahıma tutub deyirəm:


Dərdimi dərdim, əmanət

Göyünə sərdim, əmanət...

İlahi, dərdim əmanət -

Qoru ulduzların kimi...


Ovuclayıb bircə xıncım

Çınqı, ya da ki, qığılcım...

Səp, mən də əlimi açım -

Ərit, sal buzların kimi...


Dəyərləndir eşq yaşını

Ağır elə dərd daşını!.

Qismətə əyim başımı -

Dilsiz yalqızların kimi...


***

Bu yazının mayası, ovqatı və bütövlükdə ifadə etdiyi hər nə varsa və bundan sonra da hər nə olacaqsa, hamısı özəl yaşantılarımdı. Yəni bir az hava durumuyla, bir az özəl həyatla, xüsusilə dünya iqtisadi böhranı ilə bağlı olan hər şey yanımdan ötüb keçmir. Elə bil mən dəniz limanıyam. Orda dayanır, ləngiyir, yükünü yüngülləşdirir, sonra yolunu davam etdirir bu dediklərim, bu yazdıqlarım. Hətta hərdən gözümün qarşısında o dünya iqtisadi böhranı hansısa bir harın atanın, qudurğan övladının cırıb göy üzünə səpdiyi pullar kimi görünür mənə. Mən də heyrət və təəssüf hissiylə göy üzündən üzü aşağı gələn o cırılmış və səpilən pullara, paralara baxıram...

Bu yerdə kim istəsə ağlına hər bir məntiqli-məntiqsiz deyimi də, ovqatı da, düşüncəni də, hətta zərb məsəli də gətirə bilər. Kim burda çətinlik çəkərsə, mən ona bir xalq deyimini xatırlada bilərəm. Əgər eşitməmisinizsə siz də qulaq asın. Atalar deyir ki, "ac toyuq yuxusunda darı görər"...

Bəli, indi mənimlə razılaşın ki, düşdüyümüz və içərisində yaşadığımız durum heç də ac toyuğun könlündən keçənləri gülüş obyektinə çevirmir, gülüş mövzusu olmur. Gerçəyin nəyinə güləsən ki?!

Mən bu deyimi sizin yaddaşınıza mesaj etməklə bir daha vurğulamaq istəyirəm ki, özüm boyda kədər, qəm, sevinc, fərəh, bir sözlə, hər nə oluramsa olum, mən sizə ancaq yaşadığımı, düşündüyümü söyləyirəm. Hətta söylədiklərimin hamısını ruhuma hopdururam, bax bu şeirimdə olduğu kimi:


Hamıya gülüş gəlir

Özüm biçimdəki dərd...

Daha gücüm qalmayıb -

Çözüm, içimdəki dərd...


Azalır için-için

İçimdə əkin, biçin...

Veribdi artıq üçün -

Közüm, içimdəki dərd...


Sinəmin altda talan

Olub, içimdə qalan...

Səni göynətməz yalan -

Sözüm, içimdəki dərd!


Olduqca putaq-putaq

Çökdürür məni bu dağ!

Yığılıb budaq-budaq -

Gözüm, içimdəki dərd...


Dildən şirin qənd göstər

Möcüzə et, fənd göstər...

Yol-nişan ver, bənd göstər -

Dözüm, içimdəki dərd!


Bəli, mən sizin hər birinizə dözüm arzu etməklə bildirmək istəyirəm ki, gəlimli-gedimli, son ucu ölümlü olan bu dünyada SEVGİnizdən, qaşla göz arasında olan ÖLÜMünüzdən çəkinməyin. SEVGİnizi də sevin, gələcək ÖLÜMünüzü də! Onda həyat sizin üçün daha maraqlı olacaq. Buna inanın!




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK