deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Faiq QİSMƏTOĞLU: QƏFİL ÖLÜMLƏR… Adalet.az | Faiq QİSMƏTOĞLU: QƏFİL ÖLÜMLƏR… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: QƏFİL ÖLÜMLƏR…

O adamları həyata qaytarmaq mümkündürmü?

6245    |   2018-09-13 14:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada hər il qəfil ölümlər nəticəsində milyonlarla insan həyatı ilə vidalaşır. Və bu insanlar uzun müddət öz səhhətləri, durumları barəsində qətiyyən düşünmürlər. O vaxt düşünürlər ki, artıq gec olur və qəfil ölüm baş verir. Bizim millətsə birmənalı olaraq öz səhhətinə diqqət yetirmir. Çox nadir adam tapılar ki, vaxtaşırı olaraq heç olmasa ildə bir dəfə həkim müayinəsindən keçir və bu zaman da hər hansı xəstəlik aşkarlanarsa, onu müalicə eləmək daha asan olur. Əksər insanlar vəziyyəti lap ağırlaşanda həkimə üz tuturlar. Onda da bayaq dediyimiz kimi, hər şey gec olur…

Ürəklə bağlı problemlər və xəstəliklər son vaxtlar dünyada və eləcə də ölkəmizdə daha da çoxalıb. Təbii ki, bunu da doğuran obyektiv və subyektiv səbblər var. Və bu obyektiv və subyektiv səbəblər də həmişə kardioloqları, kardiocərrahları çox narahat edir. İllərdir ürək xəstəliyi ilə mücadilə aparan əksər pasiyentlər özlərinin sağlamlığı barəsində düşünməyi bacarırlar. Təəssüf ki, günlərlə, həftələrlə ürək ağrılarından şikayət edən əksər insanlar xəstəxanaya gedərək həkim müayinəsindən keçmir və beləcə günləri, ayları yola verirlər. Və bir gün də ya evdə, ya işdə, ya da yolda olarkən bu ürək ağrısı qəfil tutur, həmin insanı çıxılmaz vəziyyətə qoyur. Əgər onu vaxtında xəstəxanaya çatdırırlarsa, ya da ona ilkin tibbi yardım göstərilirsə, belələrini həyata qaytarmaq mümkün olur. Heç bir tibbi yardım, köməklik olmayanda isə həmin insanlar dünyasını dəyişirlər.

Bir neçə ay bundan əvvəl Bakıda hansısa bir kişi ürək xəstəliyindən huşunu itirir. Ona gəlib baxırlar, deyirlər ki, artıq xəstə rəhmətə gedib. Təcili Tibbi Yardım maşını ilə hansısa rayona aparanda maşın çalaya düşüb silkələnir. Və bu vaxt xəstənin ürəyi döyünməyə başlayır, yanındakı bu möcüzəni görüb təəccüblənirlər. Bax, bu Allahın möcüzəsidir. Bəndəsinə xəbərdarlıq edir ki, mən istədiyimi etməyə qadirəm.

Bu yaxınlarda ürəyimdə narahatlıq hiss eləyirdim. Yaxın dostum və qohumum Kadiologiya İnstitutunun baş elmi işçisi, tibb elmləri namizid Rafiq Yusiflinin yanına getmişdim. Məni müayinə elədi və öz məsləhətlərini verdi. Dedi ki, qorxulu bir şey yoxdur. Sadəcə olaraq, özünü soyuğa vermisən, bir balaca narahatlıq yaranıb. Tezliklə hər şey yoluna düşəcək.

Biz Rafiq həkimlə həmişə həmsöhbət oluruq. Yəni onun maraqlı, heç kimin danışığına bənzəməyən söhbətlərinə qulaq asanda şəxsən mənim ürəyimin ağrısı da gedir, digər sıxıntılarım da yox olur. Və hiss edirəm ki, hər şey, hər bir çətinlik, hər bir sıxıntı artıq arxada qalıb. Bu dəfə də Rafiq həkimlə ürək xəstəliyi ilə bağlı çox maraqlı söhbətlər elədik. O dedi ki, qəfil ölümlərin qarşısını almaq mümkündür. Bunun üçün sadəcə olarq ən azından həmin adamda ürək tutuması baş verəndə o yerdə defibrilliator olmalıdır. Əgər o insan ürəktutmasından yerə yıxılıbsa, bu vaxt defibrilliatorla onun ürəyini masaj etməklə həyata qaytarmaq çox vaxt mümkün olur. Mən Avropa ölkələrində çox olmuşam. Həmin ölkələrdə insanların kütləvi surətdə toplaşdığı yerlərdə – futbol stadionlarında, ticarət mərkəzlərində, istirahət yerlərində defibrilliatorlar olur. Məcbur deyil ki, orda həkim də olsun. Çünki həmin cihazı çox adam istifadə etməyi bacarır. Həkim olanda isə bu məsələlər öz həllini daha asanlıqla tapır. Deməli, qəfil ölümlərin qarşısını Avropa ölkələrində, hətta kütləvi yerlər də belə almaq elə də çətin məsələ deyildi.

Tibb elmləri namizədi, istedadlı kardioloq Rafiq Yusifli çox maraqlı ideya və təkliflər səsləndirdi. Dedi ki, bizdə də insanların çox toplaşdığı yerlərdə – stadionlarda, bulvarda, ticarət mərkəzlərində, istirahət məkanlarında bu addımı atmaq olur. Hətta insanların ən çox istifadə etdiyi metroda da belə cihazları bu gün qoymağa çox böyük ehtiyac var. Mən özüm də bəzi hallarda işə gedərkən metrodan istifadə edirəm. Orda tez-tez müxtəlif insanların səhhətində yaranmış problemlərin şahidi oluram. Özüm rastlaşanda həmin xəstəni çətin vəziyyətdən çıxarıram. Ancaq belə yerlərdə defibrilliator olması daha çox məqsədəmüvafiqdir.

Göründüyü kimi, təcrübəli kardioloq və tibb elmləri namizədi Rafiq Yusifli çox gözəl bir təşəbbüslə çıxış edir. İndi qalır bu təşəbbüsü əlaqədar qurumların dəstəkləməsinə. Çünki həmin defibrilliatorların kütləvi yerlərdə olması ayrı-ayrı qurumların səlahiyyəti daxilindədi. Bizcə onun qiyməti heç bir o qədər də baha deyildi. Amma bu cihazların kütləvi yerlərdə olması baş verə biləcək qəfil ölümlərin qarşısının alınmasında çox önəmli əhəmiyyət kəsb edə bilər. Ona görə də nə qədər gec deyil bu addımlar atılmalı, qəfil ölümlərin qarşısı bu və ya digər dərəcədə alınmalıdır. Sadəcə olaraq, biz çox ciddi məsələlərə qeyri-ciddi yanaşırıq. Və qeyri-ciddi yanaşanda da başımıza olmazın hadisələri gəlir.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK