warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Əbülfət Mədətoğlu: GÜN KEÇDİMİ? Adalet.az | Əbülfət Mədətoğlu: GÜN KEÇDİMİ? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət Mədətoğlu: GÜN KEÇDİMİ?

Mənim üçün yox, bəs sənin üçün necə?..

13627    |   2018-08-17 16:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yəqin ki, bu başlıq sizə məşhur filmlərimizdən birini xatırlatdı və elə siz də mənim kimi o filmin ovqatına kökləndiniz. Və sonra da başladınız mənimlə birlikdə günü vərəqləməyə... onun necə keçdiyini izləməyə. Amma...

Bəli, "amma" deyəndə mən bir anlıq duruxdum. Bu da səbəbsiz deyil. Çünki hər kəs kimi mənim də həyatımda elə günlər var ki, ya keçmir, ya da onun keçməsini heç istəmirəm. Bax, bu mənada indi kökləndiyim yazı keçməyən gün haqqındadı. Və mən o keçməyən günün ağrılarını, sızıltısını, hətta məni öz qoynunda əritmək istəyini anlaya-anlaya yaşayıram, bu əgər yaşamaqdısa. Görürsünüz, neçə sual çıxır bir anın içərisində ortaya. Və o suallar da durur mənimlə üzbəüz. Elə bil ki, ekrandan özümə baxıram. Və yaxud güzgüdə özümlə üz-üzə dayanmışam. Onların ümumi mənada heç bir fərqi yoxdur. Əsas məqam odur ki, mən özümlə üz-üzəyəm. Və özümlə üz-üzə dayanıb bu günün nöqtə-vergülünü, eləcə də digər durğu işarələrini sapa düzməyə çalışıram. İstəyirəm ki, heç nəyi gözdən qaçırmayım... istəyirəm ki, özümün nələr çəkdiyimi, nələr yaşadığımı məndən məsafəcən uzaqda dayanan və o uzaqdan mənə baxan Mənə (bu yerdə oxuya bilərsən Sənə - Ə.M) göstərim, söyləyim, çatdırım və özüm-özümlə, yəni mən Mənlə o anlaşmadan bir ortaq məxrəc tapım. Ondan sonra həmin o tapılan orta məxrəcin diqtəsilə sapa düzdüyüm işarələrin mənə nələri yaşatdığını və yaxud da yaşadacağını müzakirə etməyə ehtiyac qalmayacaq. Axı, hər şey göz önündə olacaq. Necə ki, mən ekran qarşısında özümü görürəm, göz önündəyəm. Və elə o göz önündə olduğum anda da özümdən xəbərsiz "Özümə" yazmışam. İndi onu sənə də oxuyuram.

Mən ekran qarşısında
İzləyirəm özümü...
Ekrandakı özümdən -
Çəkəmmirəm gözümü...

Donur içimdə bu gün
Dönür dünən büsbütün...
Ürəkdəki bir düyün -
Qoymur sönsün közümü...

Məni mən tam anlasın
Mənsiz də tam sanmasın!..
Allahım tamamlasın -
Mənsizliyə dözümü!..

Hə, yəqin ki, kimsə, nə vaxtsa ekranda özünə baxanda bu hissləri keçirib və yaxud da keçirəcək. Axı, ekranda özün özünü izləyib, özün özünlə danışmaq hardasa dünən və bütövlükdə ömrə müəyyən mənada hakim kəsilmək, onu həyatının bir anı kimi özünlə sabahlara, gələcəyə aparmaqdı. Ola bilər ki, bu fikirlərim sizi qane etməsin və yaxud da xoşunuza gəlməsin. Butün hallarda hamı öz düşüncəsinin, öz duyğusunun hakimidi və ona hansısa bir mənada təsir etmək haqqım yoxdur. Sadəcə, mən vurğulamaq istəyirəm ki, bir tamaşaçı olaraq, bir izləyici olaraq mən nəyi yaşadım, nələri iç dünyamın yazısına çevirdim, onu özüm bilirəm. Özüm bildiyim isə hardasa elə həm də sənin bildiklərindi. Çünki mən günün içərisində ola-ola məhz o ekranı izlədiyim anı yaşamışam. Məhz o an mənim üçün o günün bütün çalarlarını, bütün özəlliklərini ifadə edibdi. Ona görə də həmin anın diqtəsilə misralara çevrilən duyğuların qanadında bir də görmüşəm ki, ekran mənə tərəf gəlir. Bu obrazlı ifadəni siz ekrandakı mən mənə tərəf gəlir kimi oxusanız daha doğru olar. Çünki mənə tərəf gələn mənə pıçıldayır ki:

Bu səhər yenə də mənsiz açıldı
Sən öz tellərini say ki, gün keçsin...
Sayıb qurtarmağa səbrin çatmasa -
Sinənin üstünə yay ki, gün keçsin.

Bu həsrət deyilən qurubdu tuzaq
Yollar baxışları salıbdı uzaq...
Biz nədən danışaq, biz harda susaq -
Olsun qoy ümiddə, pay ki, gün keçsin.

Oğul istəyirəm dərdi yeridə
Yuyub göz yaşında asa şəridə...
Ürəyim ordadı, cismim bəridə -
Sayılsın həftələr, ay ki, gün keçsin!..


***

Hə, mən günün keçdiyini çox adamdan eşitmişəm. Hətta dostlardan bəzən "günü yola verdik" "bu günü də belə keçirdik" və sairə kimi ifadələr də çox eşitmişəm. Amma bir ifadə daha çox mənə doğmalaşıb, daha çox yadımda qalıb. Onu da dostlarım deyib. Bir yerdə bir-birimizə ayırdığımız gözəl anları obrazlı şəkildə ifadə edərək söyləyiblər ki, "bu günü fələkdən oğurladıq!". Həqiqətən də özünə canın qədər yaxın bildiyin, duyğularını, düşüncələrini, bütövlükdə ürəyini bölüşdüyün simsarlarınla hardasa müəyyən zaman kəsiyini baş-başa yaşamaq, baş-başa qalmaq fələkdən oğurlanan zamandı, gündü. Onun içərisində sən və səninlə həmsöhbət olan o güvəndiyin kəs dünyanı da, ətrafını da, hətta özünü də unudur. Onun və sənin üçün bu dünyanın cənnəti də, bu dünyanın gözəllikləri də, hətta bu dünyanın xoşbəxtliyi də fələkdən oğurlanan günlə tamamlanır, onda özünü ifadə edir.

Deyəsən bir az pafoslu, bir az təmtəraqlı alındı. Hətta filosofluq görüntüsü də yaratdıq. Olsun! Onsuz da bu gün yazı-pozu, xüsusilə elm adamlarının demək olar 99 faizi fəlsəfə üzrə alimdir. Onlardan biri də mən olum, təbii ki, bir anlıq, bir günlük. Sonrası zamanın işidi. Bu gün isə...

Heç bir zaman dilimə, fikrimə gətirmədiyimi, özümə yaxın buraxmadığımı yazmamışam, kağıza köçürməmişəm. Onu özümdən o qədər uzaqda tutmuşam ki, ən böyük mikroskopla da baxsa heç kim görə bilməz. Onu yalnız Allahım, sən və mən görürük. Ona görə də hərdən vurduğum işarələr, yazdığım misralardakı sətiraltılar səni narahat etməsin. Köhnə zamanlarda deyildiyi kimi, bu Ezop dilidi. Onu ancaq o dili bilənlər oxuya bilər. Təbii ki, bir də Məcnundan sonra Məcnun olanlar! Burda böyük Füzulinin ruhu qarşısında baş əyirəm. Çünki onun Məcnununun böyüklüyünü hərdən öz sevgimlə ya kölgədə qoyuram, ya da kölgədə qoymağa cəhd edirəm. Və həmin o duyğularla da yazıram:

Mən bir ovuc yuxu kimi
Səpmişəm ruhu göyə...
Əl boyda ağ tapmıram ki -
Biçilə, ruhum da geyə...

Sanki ağacdan yıxılıb
Dili dişinə sıxılıb...
Ya da ki, vaxtsız yığılıb -
Odur ki, dəymir heç nəyə!..

Havadı, sudu gərəyim
Göynəyir sinəm, kürəyim...
Bərbad qoyduğun ürəyim -
Yuvadı, nə də ki, dəyə...

Nə gün keçə, nə qərinə
Dərd kök ata hey dərinə...
Yetişib qəza yerinə -
Baxıb, Əbülfətdi! - deyə...


***

Kimsə kiminsə haqqını yeyə bilməz! deyiblər. Mən də buna əminəm, mən də buna inanıram. Amma həyat gerçəkliyi sübut edib ki, bugünkü əməlin 40 il sonra cəzasını çəkmək bu inancımıza, ümidimizə söykənən bir yaşam tərzidi. Biz sadəcə olaraq haqlının haqqının yerdə qalmayacağı ümidi də günü günə calayırıq, ömrü yola veririk. Amma bilmirik ki, bütün calaqlar uğurlu olmur. Onu ən məşhur bilicilər belə, bitkiçilik alimi belə gerçəkləşdirsə də?! Çünki hər anın hökmü olduğu kimi, hər bir canlının da, hər hüceyrənin də özünəməxsusluğu danılmazdı. Bu özünəməxsusluq da peyvəndi, calağı reallaşdırmaq üçün böyük məharət tələb edir. Ordakı keçid nöqtələri üst-üstə düşməyənə qədər o calaq, o peyvənd tutmur.

Bax, elə bu mənada məsələyə yanaşanda onda bəlli olur ki, həqiqətən gün kimin üçünsə keçir, kimin üçünsə yox! Mən yenə filosofluq etmək istəmədən vurğulayıram ki, özümlə üz-üzə qalanda, özümlə danışanda, özümə çəkiləndə nə qədər rahat, nə qədər həyat eşqiylə yaşasam da, həmin o an, o zaman başa çatandan sonra hiss edirəm ki, günün ayağından daş asılıb. Gün saatın donmuş əqrəbi kimi elə bil yerində dayanıb. Getmir ki, getmir, keçmir ki, keçmir. İndi yəqin bu sözlərimə gülürsünüz. Olsun! Mən bilirəm ki, sabah bugünkü tarixi ifadə etməyəcək, təqvim dəyişəcək. Bu, fırlanan dünyanın görünən tərəfidi. Böyük Bəxtiyar Vahabzadə yazırdı ki:

İnsan göydə Ay kimidi
Görünməyən tərəfi var!


Təbii ki, mən ustadın bütün çılpaqlığıyla mənim demək istədiklərimi ifadə edən fikrimdən sonra təkrar günün keçmədiyinə qayıtmaq istəmirəm. Amma içimdəki misraları deməkdən də vaz keçmirəm. Ona görə ki:


Ulduzlara göz qoymuşam -
Qarışıbdı say bu gecə...
Neçə dəfə boylanmışam -
Yatmayıbdı Ay bu gecə!

Dönə-dönə köklənmişəm
Kökləndikcə köhnəlmişəm...
Mən dərdimə köhlənmişəm -
Bildim bunu tay bu gecə!..

Ömrüm olub aha bələk
Ucuzlaşıb daha bələk!
Sən istəyən baha bələk -
Zay çıxıbdı, zay bu gecə!

Məni dinlə, gününə gül
Ləçək tökmüş gülünə gül...
Sən bu eşqin külünə gül -
Ruhu elə şay bu gecə...


***

Doğurdan da "Gün keçdi" filminin tamaşaçıya, elə onlardan biri kimi mənə də hər baxışda, hər izləmədə böyük təsiri olub və bu gün də olmaqdadı. Filmin qəhrəmanları, ümumiyyətlə isə yaradıcı kollektivi bir həyat gerçəkliyini ekranlaşdırıblar. Çox təəssüf ki, bu gün bizim həyat gerçəkliyimiz həmin filmdəki kimi ekranlaşdırılmır. Amma mən özüm özümü ekranda izələyəndə əmin oldum ki, kinorejissor, operator, ssenarist olmasam belə həyatımın həmin anını lentə almışam. Və bu lent mənimlə, eləcə səninlə birlikdə neçə-neçə günü keçirəcək, amma xatirə kimi: şirinli, acılı, sevincli, kədərli xatirə kimi!..

Onsuz da bu ömür özü bir xatirə, əmanətdi. Və biz də Allahın bizə əmanəti olan ömrü necə gəldi xərcləyirik. Hətta bəzən onu xırda pul - qəpik-quruş səviyyəsinə endiririk. Unuduruq ki, nə zamansa onun həsrətini də çəkəcəyik, hesabatını da verəcəyik...

Hə, deməli, sənin nə düşündüyünü bu anlarda bilməsəm də mən nələr düşündüyümü bilgisayara diqtə etdim. Və elə bilgisayar önündə olanda da təkrar anladım ki, sənsiz heç bir gün keçmir. Onu nə qədər qamçılasam da, onu nə qədər tərifləyib dilə tutsam da keçmir ki, keçmir. Və mən də məcbur olub sənsizliyə dönmək istəmirəm. Və yazıram ki:

Dönmək istəmirəm bir də geriyə
Sən dönüş qapısın arxadan bağla...
Qoyma xatirəmi durub yeriyə -
Qapı arxasında gizlicə ağla...


Mənsiz həyatının gözəlliyi çox
Sevinci, fərəhi, özəlliyi çox...
Hətta ürəyimin közərdiyi çox -
Səni çox üzməsin! - külünü saxla...


Yazıram, pozuram qələm inciyir
Üstümə tökülən ələm inciyir...
Mənim ömür adlı şələm inciyir -
Mən onu sevsəm də aranla, dağla!..

Deməli, sizin hansı qənaətə gələcəyinizi nə qədər təxmin etməyə çalışsam da, hələ ki bir fikir üstündə dayana bilmirəm. Amma öz fikrimdə qalmaqda israrlıyam, Bu fikir də ondan ibarətdir ki, yaşamadığım, yaşamağı bacarmadığım, təkliklə, tənhalıqla yükləndiyim gün keçmir!.. Sən necə baxırsan bu fikirlərə:

- Günün keçirmi?




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK