ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: MƏNİ SEVMƏYƏNİN...

10986    |   2017-12-30 10:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İlin sonunda verdiyi dərs

Əslində hər bir sona yaxınlaşada, hər bir sonu göz önünə gətirəndə adam istər-istəməz bir az kövrəlir... bir az dönüb arxaya baxır... bir az xatirələri çözələyir... bir az nostalji auranın içərisində çapalayır. Və bütün bu "bir azlar" onu haldan-hala salır. İnsan bir anın içərisində həmin o sona qədər olan anların hamısını yaşayır, hamısını köynəyindən keçirir... Bax, bu anın içərisindəcə az qala insanın özü boyda bir sual gəlib durur gözünün qarşısında. Böyüklüyünə baxmayaraq, o sual o qədər konkret, o qədər sadə və həyatidir ki, onun yanından ötüb keçə bilmirsən. Heç ötüb keçmək də olmur. İstəsən də bunu bacarmarsan. Çünki o səndən, məndən, bizdən soruşur:

- Bu sona qədər gəlməyə dəyərdimi? Bu sona qədər gəlməkdə nə qazandın, nə itirdin və nəyə ümidliydin?

Beləcə, sual da, sualın cavabını verən də baxır bir-birinin gözünün içərisinə. Və mən nə qədər istəsəm də gözlərimi sualın gözlərindən çəkə bilmirəm. Çünki o həmin dilinə gətirdiyini mənə də eşitdirir, məndən də soruşur. Mən isə bir az susuram. Çünki dərhal cavab verməyə gücüm, taqətim qalmayıb. Bu sona qədər həm yüyürmüşəm, həm yerimişəm, həm iməkləmişəm, həm də sürünmüşəm, dizim-dirsəyim yerdə qalıb. Onun qançır yerləri ürəyimin özü kimi sızıldayır. Axı...

Hə, bir dəfə demişdim. Bəlkə də xatirinizdədi. Bəlkə də yox. Demişdim ki, sevmədi bu dünya məni. Hələ tələbəlik illərində də bir şeir yazmışdım. Onda da demişdim ki, sevmədi bu şəhər məni. Amma görürəm ki, dünya ilə müqayisədə şəhər bir az sevir. Dünya isə heç gözünün ucuyla da baxmır mənə tərəf. Bunun səbəbi nədədi, hardadı, kimdədi? Bilən varmı görəsən? Bax, bu sonuncu sualın özü düyünlənib loxma kimi qalıb nəfəs yolumda. Çünki olduğum, durduğum, çalışdığım, yaşadığım yerdə nə hamı sevdi məni, nə sevdiklərim sevdi məni, nə də sevmədiklərim. Təsəvvür edin ki, 363 gününü birgə keçirdiyim adamların dəyişən çöhrəsi, qəlizləşən səsi, o səsin tonu mənim varlığımı kitab kimi o günlərin içərisində az qala min dəfə vərəqləyibdi. Alqış da eşitmişəm, qarğış da... Əsəbə də tuş gəlmişəm, qəzəbə də, təşəkkürə də... Ümid işartısı da görmüşəm, qaranlıq quyu da... Plov da yemişəm, şor-çörək də... Amma bütün hallarda mənfinin müsbəti üstələməsi məni çox ağrıdıb. Ən azından ona görə ki, haqq etmədiklərimi, qazanmadıqlarımı mənim çiynimə yükləyiblər, mənim üzümə vurublar. Bax, onda başa düşməyə çalışmışam. Çalışmışam ki, bunların nədənini öyrənim. Lakin mümkün olmayıb. Beləcə, içimdəki Tanrı inancıyla hər kəsi Tanrıya tapşırıb yolumu davam etdirmişəm. Bu gün də o yoldayam və bu yolu gedə-gedə də düşünürəm. Mən kimin haqqına əl uzatdım, mən kimin payını qarşısından götürdüm... mən kimə xəyanət etdim? Varmı bu suallara görə mənə cavab vermək istəyən? Əgər yoxdusa, onda niyə elektron mediada, küncdə-bucaqda, qeybətlərdə adım hallanır, sözüm danışılır? Eh!!!


Mən ömür içində ömür əridib

Mən günün içində gün kiridirəm...

Sevginin əlindən tutub yeridib -

Ölməyə qoymayıb qəm dirildirəm...


Siz də yaxınlaşın təsəlli üçün

Məni hər çəkdiyim gün "ah"a bükün...

Sevməkdi günahım vallah, büsbütün-

Siz məni elə bu günaha bükün...


Həyat zərbələri qılıncdan da sərt

Urəyin tüstüsü ərşə ucalır...

Deyəsən tamamdı kəsilən o şərt -

Qocalır Əbülfət, yaman qocalır...


Bəli, ilin sonunda aşağıdan üzü yuxarı bütün qurumlar, təşkilatlar hesabat verir. Mənə görə hər gecə əlini başının altında daraqlayıb göy üzünə hesabat verən insan ilin sonunda o hesabatlara nöqtə qoyur. Bu mənada mən kiçik bir arayış hazırlamışam Tanrıya hesabat üçün, sevdiklərimə hesabat üçün, sizlərə hesabat üçün. O hesabat da bundan ibarətdir ki, hətta umduğum və dilədiyim sevgiyə sahib ola bilməsəm də, bu il sevgi dolu dörd kitabın müəllifi olmuşam. Onların biri Ankarada, biri Tehranda, ikisi də Bakıda işıq üzü görüb. Qəribədir ki, umduğum, dilədiyim sevgini ala bilməsəm də, bu kitablardakı sevgi yerinə düşüb, üzü qara üstümə qayıtmayıb. Bundan başqa bu il qarğış və alqış dolu dualarla bir hədiyyə də qazanmışam. 59 yaşımın ən böyük hədiyyəsini - ölkə prezidenti bir qrup həmkarım kimi mənə də ev verib. Hələ ki, qapısını tanımadığım, açarına əlim toxunmadığı ev! Düşünə bilərsiniz ki, nədən buna cəhd etməmişəm. Cavab verə bilərəm. Ürəyimdən vuranların zərbəsi imkan verməyib. Həyatın amansızlığı mənim içimdə elə bir oyun oynayıb ki, hələ də o havanın nə adını bilirəm, nə də onu içimdən çıxara bilirəm. Elə bil ki, əlimə götürdüyüm oxşamaq, vəsf etmək istədiyim ən əziz, ən dəyərli, ən qiymətli bir varlıq, bir cism əlimdən düşüb qırılıb. Onun şokunu yaşayıram. Və öz-özümə pıçıldayıram.


İçimdə həyat donub

Solmuş ümidlər kimi...

Qonçəsi göz yaşıyla -

Dolmuş ümidlər kimi...


Kimdi solmuş gül dərən

Dərib, gülü güldürən?!

Sonra da pərən-pərən -

Olmuş ümidlər kimi...


Gözlədiyim gəldi bəd

Özün doğrultmadı vəd...

Uzaqda bir qırıq xətt -

Yolmuş, ümidlər kimi...


***

Hər sonun başlanğıcı var deyiblər. Mən də 59-un qapısına bir kənddən yol alıb gəldim. Gələndə özümlə gətirdiyim təkcə o kəndin halallığı, paklığı, havasının, suyunun dadı-tamı, abır-həyası, səmimiyyəti, adamlığı, bir az da özünəməxsus köntöylüyü idi. Bütün bu dediklərimi zaman-zaman xərcləyib axırına çıxdım. Halallığa mayası qarışıq qidaların, münasibətlərin təsiri özünü göstərməyə başladı. Adamlığa gördüyüm sifətlərin diliylə içinin arasındakı ölçüsüz məsafə kölgə saldı. İnamını, inancını dillərin altındakı çöp üyütdü, kobudluğunu şəhər rəndələdi. Elə bir qəlibə saldı ki, onun içərisində ancaq düşünmək və işləmək imkanı qazana bildim. Kiminsə sözünə, kiminsə ərkəsöyünlüyünə kənddəki kimi cod, dərhal, bacardığım kimi reaksiya vermək əvəzinə, mülayim, yolaverən bir şəkildə fikir söylədim, münasibət bildirdim. Və bir də gördüm ki, nə kənd adamı kimi kənd adamıyam, nə də şəhər adamı kimi şəhər adamı. Burda kəndimin işğal olunması da öz sözünü dedi, öz təsirini göstərdi...

Mən düşünə-düşünə, işləyə-işləyə çiynimdə daşıdığım bütün yüklərin ağırlığına dözməyə, onu mənzilbaşına çatdırmağa çalışdım. Amma birmənalı şəkildə deyə bilmərəm ki, bütün bunlar istədiyim kimi oldu və yaxud da istənilən kimi yerinə yetirildi. Yox, büdrəmələr, bir az da əlavə təzyiqlər və badalaqlar yolumun üstündən çəkilmədi. Elə bil ki, qəsdən qaratikan kolları əkirdilər yolumun üstündə. Ondan keçməyi, onların açdığı yaraları yaşamağı öyrənmək üçün... bəlkə də bu hardasa məni güclü etmək, inamlı etmək üçündü... bəlkə də yıxmaq üçün, yıxılmaq üçün... amma hər nə idisə, səfalı bir cəza idi, şəfalı deyildi... Mənim üçün şəfalı olan məni sevməyənlərin qəbul etmədikləri idi. Ona görə də hər bir vasitədən istifadə edib mütləq ürəyimə xal salmağı, yara vurmağı qarşılarına məqsəd qoymuşdular. Və zaman da göstərdi ki, onlar istəklərinə çatıblar və çatırlar. Mən isə hələ də düşünürəm, özü də yalnız səni.


Gecəni gözlətdim qapı dalında

Sönmədi işığım səhərə qədər...

Ömür vərəqlədim mən xəyalımda -

O kənddən gəldiyim şəhərə qədər!..


Nidalar daha çox, nöqtələr də var

Qəddim də bükülüb bəzən vergül tək...

Alnıma sıxılan səssiz suallar -

Səni dəlib keçib ay qoca ürək!..


Xərclənən ömürdə qazancım kədər

Kölgəm iynə boyda, səsimsə pəstə...

Kimsə ucaltmayıb məni sən qədər -

Sən qədər kimsə də durmayıb qəsdə!..


Qapı arxasında qalan gecəmi

Özünü yetirən səhər kiridər...

Gedim salamlayım sizin küçəni -

Bəlkə məni orda kədər kiridər!..


Beləcə, bütün olanlara və olmuşlara baxmayaraq, gəlib ilin son yazısını yazmaq məqamına çatdıq. Nə qədər istədim ki, içimdə bir bayram ovqatı yaradım. Sağımda, solumda, eləcə də ailəmdə və içimdə olan hər kəsə baxdım. Kimsənin üzündə təbəssüm görmədim. Hamı ancaq nəyi necə etmək barəsində düşünürdü. Hətta indi yaşlarından çox böyük olan uşaqların da münasibətlərində bayram cizgilərini tapa bilmədim. Və 4 yaşlı nəvəm soruşanda ki, baba, qardan heç qız olar? Öncə təəccübləndim. Sonra nağıl dilində izah etməyə çalışdım. Və axırda deyəndə ki, göydən üç alma düşdü, üzümə baxdı. Elə güldü ki, hələ də səsi qulaqlarımdadı. Gülə-gülə də dedi:

- Baba, mənlə məzələnirsən, hanı almalar? Bax, məni aldatdın, indi dur get mənə alma al!

...Bu bir gerçək detal idi. Mən bunu sözgəlişi yazmadım, məqsədli yazdım, bilərəkdən bilgisayara diktə etdim. İstədim görüm bu bilgisayar otağındakıların heç olmasa bu bayramla bağlı dillərinə ümidli bir söz, fikir gələcək? Amma onlar da susdular. Deyəsən onlar da artıq göydən alma düşmədiyinə yüz faiz əmindilər. Bircə hər şeyə reaksiya verən Gülər xanımdan başqa. Gülər xanım deyir ki, göydəki alma bağının artıq sahibi var. İcazə vermir ki, yerə bir dənə də alma düşsün.

Bu heç də yeni il zarafatı deyil. Axı, bu dünyada hər şeyin bir sahibi var, noolsun ki, göydədi?! Harda olur-olsun, mütləq hər şeyə sahib tapılır! Bircə mənim xəyallarımın, arzularımın, yuxularımın arxasınca düşüb ətəyindən tuta bilmədiyim sahibindən başqa. Onun məndən qaçması məni sona yaxınlaşdırır, təkcə ilin sonuna yox! Və ona görə də elə bu il üçün, bu an üçün gec də olsa etiraf etmək istəyirəm:


Bir az gecikdim mən bu etirafda

Amma gec olsa da, pıçıldayacam...

Mənə yer olmadı, heç bu ətrafda -

Torpağın altında puçurlayacam...


Sevgim artıq oldu aşdı ölçünü

O da ləçək-ləçək saraldı, qopdu...

Saxlaya bilmədim xəyal köçünü -

Onun da ruhuna "əlvida" hopdu.


Atdığım addım da, dediyim söz də

Döndü göz yaşına, döndü tənəyə...

Mənim içimdəki dözüm də, döz də -

Adım tək yük oldu dilə, çənəyə...


Gerçək olanları susub dinləmək

Nə qədər çətindi çəkənlər bilir...

Nədir öz içini didib inləmək?

Bunu da içindən çökənlər bilir...


Bir az geçikdim mən bu etirafda

Batan gəmi kimi izim yuyulur...

Durub su axtarma heç bu ətrafda -

Kirpiyimdən damır - üzüm yuyulur...


Bəli, sevdiyim qədər sevilə bilmədiyim, duyduğum qədər duyula bilmədiyim, amma hələki yaşadığım bu həyatda bir ilin də nöqtəsini qoyuram, təbii ki, iki gün öncə. Bax, ilin o iki gününə söz verə bilmirəm, onlar nöqtənin altına düşəcək, yoxsa yox! Mən özüm isə həyatımın nöqtəsinin altına doğru yeriyirəm. Siz salamat qalın!




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK