ANA SƏHİFƏ / MÜSAHİBƏ

Qadınları ağladanlar özlərini şair hesab edirlər... – MÜSAHİBƏ

7401    |   2017-11-28 11:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az şair Rəşad Nağı Mustafa ilə müsahibəni təqdim edir.

– Son vaxtlar imzanız, şeirləriniz tez-tez görünür, sosial şəbəkələrdə şeirləriniz yayılır. İmzanız qəfil, gurultulu gəldi. Hətta deyərdim populyar şairsiniz. Rus yazıçı Pelevinin bir sözü var – "Vaxtsız gələn şöhrət ölüm kimidir”. Bu fikirə münasibətiniz necədi?

– Düşünürəm ki, qəfil heç nə olmur bu həyatda. Pelevenin fikirinə gəlincə isə məncə o həmən şöhrətə qapılanlar haqda deyib bunu. Çünki vaxtlı,vaxtsız fərqi yoxdur yüksəklik eşqiylə yaşayan insanlar mütləq ki, o yüksəklikdən yıxılıb ölməyi də gözə almalıdırlar. Məni isə şöhrət, ya da populyarlıq hissi heç vaxt öz ağuşuna ala bilməyib, çünki 5 il öncə necə işimlə məşğul idimsə bu gün də eyni templə başmı salıb öz işimlə məşğulam. Dəyişən heç nə yoxdur. Hal-hazırda nə populyar olduğumu düşünürəm, nə də buna can atıram. Ümumiyyətlə bu" populyar" sözünü bizim ədəbiyyata yaraşdırmıram.


– Belə bir söz var ki, şair olunmur, şair doğulur. Deyəsən siz də şair doğulmusunuz. Çünki uşaqlığınızdan bir qız sevmisiniz, şeirlər yazmısınız. Hətta ailənizdə də poeziyaya, ədəbiyyata maraq olub. Belə başa düşürəm ki, uşaqlığınızı heç yaşamamısınız...

– Bizim zaman bu deyimi bir az yanıldır. Çünki indi şair doğulanlardan daha çox şair "olunan”lar üzdədir. Ailəmdə olan ədəbiyyata sevgi məni daha sıx bağlayıb bu sahəyə. Uşaqlığa gəlincə isə mən hələ də onu yaşamaqdayam. İçindəki uşaqlığa xəyanət edən adam heç vaxt səmimi yaza bilməz.


– Feysbuk profilinizdə belə bir status yazmısız – "Mən indi-indi gəlib Allahı tapmışam, uşaqlığım bıçağa sitayiş etməklə keçib. Atam evə gec gələndə anam qapının dibinə bıçaq batırardı ki, tez gəlsin." Bu iki cümlədə nə qədər ağır məsələlər var. Allahı təxəyyülünüzdə yaxud duyğularınızda necə təsəvvür edirsiz?

– Allah təsəvvürlərdən kənardır... Məncə insan gün ərzində istədi istəmədi Allaha ibadət edir. Misal üçün mən evdən işə gedəndə, işdən qayıdanda, sevinəndə, üzüləndə, güləndə, şeir yazanda da ibadət edirəm. Hətta hal-hazırda bu suala cavab verəndə də ibadət etdim. Sözümün canı, Allahı təsəvvür etməyə çalışmaqla beynimizi və könlümüzü yormaq əvəzinə onunla aramızda olan məsafəyə aydınlıq gətirək. Allah yerə göyə sığmadı Oğuz Ayvazın, Rəşad Nağının, Əlinin, Vəlinin qəlbinə sığdı.


– Salam Sarvanın sizi tərifləməyindən sonra özünüzü necə hiss etdiniz? Hətta "Xalqın Şairi” müsabiqəsində də sizi bəri başdan qalib elan etdi. Müsabiqəyə qatılmadınız ancaq...

– Salam Sarvan məni yox mənim hisslərimi tərifləmişdi. Tərifə həmişə açığam. (gülür)

Müsabiqəyə gəlincə isə mənə görə Salam Sarvanın sözü elə o müsabiqənin nəticəsindən üstündü. Düşünürəm heç bir fəxri ad, heç bir diplom nə adama istedad verir nə də alır. Şairə ya da yazara stimul verən elə bu cür qiymətdi, nəinki o cür adlar.


– Məni şeir yazmağa vadar edən şairlərdən biri Nazim Hikmət olub. Sizin də sevdiyiniz şairlərdən biridir. Bəs sizə şeiri hansı şair sevdirib?

– Şeir ruh halıdır. Mənə görə şeir özümlə olan dialoqumdur. Təbii ki, sevdiyim şairlər olub, var da. Ancaq kiməsə baxıb mən də şair olacam, şeir yazacam kimi bir durum olmayıb.


–Səni unutmaq üçün bundan yaxşı şərait?
Küçənizin başında bir məscid də var hələ,
Azanı eşidəndə dilimin altda bir az
zümzümə eləyirəm
Bu sirli çağırışı uşaqların dilinə
tərcümə eləyirəm...

Gözəl şeirlərinizdəndir. Buddizimdə deyilir ki, xoşbəxt olmaq istəyirsənsə sevdiklərindən vaz keç. Sevdiyiniz bir insanı yaxud insanları unutmaq istərdinmi?

– İslamda isə bütün xoşbəxtliklər sevgidə, eşqdə cəmlənir. Biz xoşbəxt olmaq üçün üzü eşqə getməyi öyrənmişik. Xoşbəxtlik anlayışı da nisbidir. İnsan bir ömür xoşbəxt ola bilməz. Mən də anlıq xoşbəxtlik üçün sevdiyim insanları qurban verə bilmərəm. Düşünürəm ki, o qədər eqoist deyiləm. Məncə acıdan da, unuda bilməməkdən də zövq almalıdır insan. Bir də ki, o deyirlər e filan yaşa qədər evləndin evləndin evlənməsən sonra həvəsdən düşəcəksən. Bu məsələni unutmağa da şamil edə bilərik. Adamın bir yaşdan sonra unutmağa həvəsi də olmur.


Müsahibələrinizin birində demisiniz ki, heç vaxt şeir yazmaq üçün söz axtarmamışam, söz məni axtarıb. Məsciddə də şeir yazdığınızı bildiribsiniz. Maraqlıdır, məsciddə şeir yazmaq necə olur?

– Bir küncdə oturmuşam

əllərimi yoruram

Allah evindən göyə

duaları qovuram

Məsciddə yazdığım şeirdəndi bu misralar. Mən əminəm ki, Avropada da kilsədə şeir yazan az olmayıb.


– Gənc şairlərimizin əksəriyyətində - Sovet ab-havası, mərsiyələr, ənənəçilik duyulur. Niyə bizdə yenilikçi şairlər barmaqla göstəriləcək saydadır?

– Və yetərincə sevilirlər. Oxucuların da burda rolu böyükdür. Əslində barmaqla göstəriləcək qədər deyil. Sadəcə bizim üzdə olan saytlar, qəzet və ya jurnallar daha çox siz dediyiniz o janrda yazan insanlara üstünlük verib, onları çap etdiyi üçün yenilikçi yazar və ya şairlər daha az gözə dəyir. Əslində günümüzdə yeni söz, yeni fikir, yeni üslubla yazan şairlərimiz az deyil.


– Siz şeiri öz zövqünüz üçün yazırsız, yoxsa bununla həm də cəmiyyətə təsir etmək, özünüzü ifadə etməyə çalışırsız?

– Mən şeiri öz zövqüm, öz rahatlığım üçün yazıram. Cəmiyyətə təsir edib etmədiyini oxuyanlar deyə bilər. Bilirsiz indi şeiri ilə 3-4 xanımı ağladan "şair" cəmiyyətə təsir etdiyini zənn edir. Lakin anlamır ki, cəmiyyətə təsir etmək üçün Xəlil Rza Ulutürk, Nazim Hikmət olmaq lazımdır.




İmza:Oğuz Ayvaz

Mehman Cavadoğlu: “Ömürdü də, gəldi, keçdi..” - Ad günü MÜSAHİBƏSİ

ON BEŞ YAŞLI MƏHKUMLA MÜSAHİBƏ

Rəşad Mahmudov: “Səhiyyənin inkişafı üçün konsepsiyanın qəbuluna ciddi ehtiyac var”

“Zövq alacağım üç şey var" - Şəhriyar Del Gerani

Qadınları ağladanlar özlərini şair hesab edirlər... - MÜSAHİBƏ

“Problemlər öz həllini tam tapa bilməyib” - MÜSAHİBƏ

Emre Dağdelen: “İnam varsa, bütün qapılar açılacaq...” - MÜSAHİBƏ

Telman Orucov: “SSRİ-ni saxlamaq lazım idi”

İradə Tuncay: “Atamın ölümünü təsdiq etmək üçün 24 “şirvan” istədilər”

"Xəbərlərimiz düşmən ölkədə qıcıq yaradır" - MÜSAHİBƏ

“Sığorta sektorunda aparılan islahatlarla AtaSığorta ASC dinamik inkişafını davam etdirir”

Nağdsız ödənişlərin genişləndirilməsi üçün əlavə tədbirlər görüləcək

SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK