Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Müşviqabad qəsəbəsində yol təmiri yekunlaşıb Adalet.az | Müşviqabad qəsəbəsində yol təmiri yekunlaşıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Müşviqabad qəsəbəsində yol təmiri yekunlaşıb

43933    |   2017-09-13 17:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsindən keçən 1.9 km-lik hissəsində tikinti işləri yekunlaşdırılıb.

"Azəravtoyol"dan Adalet.az-a verilən məlumata görə, layihənin icrasına ötən ilin avqust ayında start verilib.

Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 22.5 metrə qədər genişləndirilib. 1 metr enində ayrıcı zolaq və 1.5 metr enində piyada səkiləri də daxil olmaqla yol yatağının ümumi eni 29.5 metr təşkil edir.

Qəsəbədən avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4.5 metr enində kollektor yolların inşası, Müşfiqabad qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 metr uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri də yerinə yetirilib.

2 yerdə metal konstruksiyalı yeni yerüstü piyada keçidləri inşa edilib.

Layihə çərçivəsində piyada keçidlərinin inşasına paralel olaraq sözügedən hissə boyu abadlıq işləri aparılıb, 5 avtobus dayanacağı, həmçinin zəruri olan yerrlərdə 130 yol nişanı və məlumatverici lövhə quraşdırılıb. Yolun sutkanın qaranlıq saatlarında işıqlandırılması üçün 9 və 12 metr hündürlükdə 83 işıq dirəyi quraşdırılıb.

Qeyd edək ki, "Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində "Azəravtoyol” ASC tərəfindən mühüm əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik ( 77.7 km ) layihə hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi yekunlaşdırılır.

Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur. Artıq yolun 23.3-25.1 və 54.6-77.5-ci km-lik hissəsində yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun 77.5-101-ci km-lik hissəsində son tamamlanma işləri aparılır, 25.1-54.6-cı km-lik hissədə isə işlər davam etdirilir və yaxın aylatr ərzində bu hissədə də işlər yekunlaşdırılacaq.

Ümumilikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23.3-101-ci km-lik hissəsində layihə çərçivəsində Ceyrankeçməz çayı üzərində 2 yeni avtomobil körpüsü, 123 dairəvi boru, 14 düzbucaqlı su keçidi, 20 yeraltı keçid və 26 drenaj boru inşa edilib, 11 geri dönməni təmin etmək üçün xüsusi hissə və 8 yerüstü piyada keçidi isə inşa edilir.

Yaxın müddət ərzində isə yolun 101-117-ci km-lik (16 km) hissəsinin də yenidən qurulmasına başlanılacaq.



İmza:
SON XƏBƏRLƏR
2018-12-19
2018-12-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK