nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Fuad Ələsgərov: "Aleksandr Lapşin gedəcəyi yeri..." - MÜSAHİBƏ Adalet.az | Fuad Ələsgərov: "Aleksandr Lapşin gedəcəyi yeri..." - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Fuad Ələsgərov: "Aleksandr Lapşin gedəcəyi yeri..." - MÜSAHİBƏ

34819    |   2017-09-12 14:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov Aleksandr Lapşinin əfvi və Mehman Əliyevin həbsdən azad olunması ilə bağlı sualları cavablandırıb.

- Hörmətli Fuad müəllim, Aleksandr Lapşinin əfvi və "Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin həbsdən azad edilməsi son günlər ən çox müzakirə olunan məsələlərdəndir. Bu qərarları necə şərh edərdiniz?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz fəaliyyətində humanizm ideya və prinsiplərinə sadiqliyini daim təsdiq edir.

Xatırlatmaq istərdim ki, 2017-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncam imzalayıb. Bu Sərəncamın məqsədi azadlıqdan məhrumetmə ilə bağlı cəzaların tətbiqinin azaldılması və şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilmələrinə şərait yaradılmasıdır.

Digər tərəfdən, qəbul edilən çoxsaylı əfv və amnistiya aktları da bu humanist siyasətin tərkib elementləridir. Bildiyiniz kimi, 2003-cü ildən bəri qəbul edilmiş 5 amnistiya aktı 54 minə yaxın şəxsə tətbiq olunub. Eyni zamanda, həmin dövr ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3800-dən çox şəxsə şamil olunmuş 31 əfv sərəncamı imzalanıb. Bu sərəncamlarla azadlığa çıxmış şəxslərin arasında müxtəlif cinayətlərə görə məhkum edilmiş jurnalistlər, bloqqerlər də olub. Yəni, əfvlə bağlı məsələlər dövlət başçısının diqqət mərkəzindədir, onun tapşırığı ilə Əfv Məsələləri Komissiyası məhkum olunmuş şəxslərin müraciətlərinə müntəzəm olaraq baxır. Bu, dinamik bir prosesdir.

Aleksandr Lapşinin əfvinə də humanist məqsədlə atılmış növbəti addım kimi baxılmalıdır. Ümumiyyətlə, A.Lapşin ilə bağlı iki hüquqi prosedur paralel olaraq nəzərdən keçirilirdi – cəzasının çəkilməsi üçün onun vətəndaşı olduğu İsrailə verilməsi və ya əfv edilməsi. Lapşinin həm məhkəmə prosesi zamanı, həm də Azərbaycan Prezidentinə ünvanladığı müraciətlərdə törətdiyi cinayətdən səmimi peşmançılıq keçirdiyini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi, ailə vəziyyəti, xüsusilə azyaşlı övladının olması nəzərə alınaraq, cənab Prezident onun əfv olunmasını mümkün hesab edib və bu barədə müvafiq Sərəncam imzalayıb.

- İmzalanmış Sərəncamdan sonra Lapşinin İsrailə verilməsi məsələsi hələ də gündəmdədirmi?

- Sualınızla bağlı bir məsələyə aydınlıq gətirmək istərdim. Əfv Sərəncamından sonra bir sıra kütləvi informasiya vasitələrində Aleksandr Lapşinin başqa bir dövlətə ekstradisiya olunacağı və ya təhvil veriləcəyi barədə məlumatlar yayılıb. Lakin burada müəyyən hüquqi anlayışlar qarışdırılır. Belə ki, Aleksandr Lapşin əfv edildiyi üçün onun hansısa dövlətə verilməsi məsələsi artıq gündəmdən düşüb. Beynəlxalq konvensiyalara görə, məhkum edilmiş şəxsin başqa dövlətə verilməsinin məqsədi onun cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir. Cənab Prezidentin əfv Sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir.

Bizdə olan məlumata görə, A.Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. O, sağlamdır, səhhətində heç bir problem yoxdur və istədiyi zaman İsrailə gedə bilər.

- Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı dövlət başçısına şəxsən müraciət edib. Cənab Prezident yenə də humanizm prinsiplərini əsas tutaraq həmin müraciətə dərhal münasibət bildirib və Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə edib. Burada xüsusilə vurğulamaq istərdim ki, məsələ ilə bağlı dövlət başçısının prokurorluq və məhkəmə orqanlarına müraciəti tapşırıq deyil, məhz tövsiyə formasında olub.

Əslində, Mehman Əliyevin həbsdən azad edilməsi, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qərarlar cənab Prezidentin 2017-ci il 10 fevral tarixli Sərəncamında əks olunmuş ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür. Yeri gəlmişkən, bu Sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılmış statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb.

Qeyd etməliyəm ki, həmin Sərəncamla verilmiş tapşırıqların icrası üzrə işlər bu gün də davam etdirilir. Belə ki, bu məqsədlə Cinayət Məcəlləsinə dəyişikliklərə dair hazırlanmış təkliflər artıq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrində dəyişikliklər üzərində iş isə yekunlaşmaqdadır. Hər üç məcəlləyə dəyişikliklərin eyni vaxtda qüvvəyə minməsi nəzərdə tutulur.




İmza:Trend

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA evdəqal SÖHBƏTİ

“Turana qovuşmaq bütöv Azərbaycandan keçir” - MÜSAHİBƏ

1918-ci ilin 31 mart soyqırımı-soyumayan "Böyük Ermənistan" ehtirası

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-04-03
2020-04-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK