ANA SƏHİFƏ / YAZARLAR

QIŞDA YAY OLSA…

Faiq QİSMƏTOĞLU

9163    |   2017-09-08 13:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Hava o qədər istidir ki, adam cum-culuq tərə batır. Və bu cum-culuq tər elə bil ki, insanın bədənindən sel kimi axır. Yanımdakı dostum Elsevər Hüseynov deyir ki, yay belə olur da! Adam istidən nəfəs ala bilmir. İndi nə edə bilərik? Hər şey Yaradanın ixtiyarındadı. Qışda soyuq, yayda da isti olmalıdı. Metronun qatarında isə lap istidi, adam nəfəs ala bilmir.

… Bu vaxt yenə Elsevər dostum dillənir: «Müəllim, görürsən, istidən adamların ürəyi qısılır. Yenə bayırda bir balaca külək əsir və sərinləyirsən. Ancaq elə ki, metronun stansiyasına düşürsən, qatara minirsən, bax onda havasızlıqdan boğulursan. Bu adamları da qınamalı deyil. Çünki aralarında qocalar, xəstələr, uşaqlar var. Amma qabaqlar metroda bu cür isti yox idi. Tez-tez tunelə və stansiyalara sərin hava vurulardı. İndi hər şey deyəsən yaddan çıxıb».

Çox çətinliklə metronun «28 may» stansiyasına gəlib çatırıq. Qatardan yerə düşündə dərindən nəfəs alırıq və bir qədər rahatlıq tapırıq. Yanımızdakı yaşlı qadın isə hələ də özünə gələ bilmir. Əl dəsmalını çıxarıb tərini silir, sonra da özünü yelləyir. Düşünür ki, bəlkə bu cür eləməklə bir sərinlik hiss elədi. Düzdür, qatardakına nisbətən stansiyada hava bir qədər yumuşaqdı. Yumuşaqdı ona görə deyirik ki, burda rahat da olmasa nəfəs almaq mümkündü…

… Dostum Elsevər müəllim mənə bir ideya verir. Deyir ki, yekəlik olmasın, yadına salıram: ürəyin istəsə belə bir mövzuda yazı qələmə alarsan. Məsələn, ərəb ölkələrində ilin doqquz ayı havalar isti keçir. Camaat da buna alışıb. Və bu isti havalarda orda qatara minəndə, avtobusda əyləşəndə kondisioner səni istidən boğulmağa qoymur. Amma bizdə isə çox nadir halda qatarda və avtobusda kondisionerlər işləyir. Neyləmək olar? Buna da birtəhər dözmək lazımdır. Amma nə yaxşı ki, bizim ölkədə dörd fəslin hər birinin öz gözəlliyi olur: yazda, yayda havalar isti, payızda sərin, qışda isə soyuq olur. Buna da min şükür! İndi fəsillərin yeri dəyişik düşsə, onda görün aləm necə bir-birinə dəyər? İnsanlar olmazın müsibətini çəkər…

… Hər fəslin öz rəngi, öz gözəlliyi və öz yadda qalan anları var. Bəlkə də həmişə biz ilin ən gözəl fəsli olan baharı yaşasaydıq, bu da cansıxıcı olardı. Elə ən yaxşısı dörd fəslin dördü də vaxtında gəlməyidir. Yəni baharda bahar, payızda sərinlik, qışda da soyuq olmalıdır. Əgər bunların yeri səhv düşsə, bax onda bayaq dediyimiz kimi, işlərimiz baş-ayaq olar…

…Yayın ömrünə bir şey qalmayıb. Sentyabrın 22-də payız gələcək. Və onda da ağacların yarpaqları saralacaq, təbiətin xəzan vaxtı başlayacaq. Qışda isə sanki həyat donacaq. Yəni soyuq qış günləri gəlib qapının ağzını kəsdirəcək, şaxta düşəcək, qar, çovğun olacaq...

… Biz soyuq günlərdə o qədər bu isti günlərin həsrətini çəkəcəyik ki… biz o qədər isti havalar üçün darıxacağıq ki… bizim yayın istisi üçün burnumuzun ucu göynəyəcək… Belə ki, evimizdə istilik sistemi işləməyəcək, qaz zəif gələcək və işıq da sönəcək. Bax, onda yayın xiffətini eləyəcəyik. Yayı yola verməyə nə var ki? Adamın əyin-baş üçün bir o qədər xərci də çıxmır. Uzaqbaşı 100-120 manatla bütün əyin-başı qaydaya sala bilirsən. Oğul odur qışın tədarükünü görsün. Ona hazır olmaq üçün isə adama bir ətək pul lazımdı. Belə ki, qışda isti bir kostyum almalısan, paltoya pul verməlisən, uzunboğaz çəkməyə pul xərcləməlisən. Hələ mən jaketi, vodolaskanı və digər yun paltarları demirəm. Onu da hesablasaq, bir adamın qışda geyim-geçiminə ən azından 500 manat pul lazımdır. İndi kasıbçılıq şəraitində bu 500 manatı hər adam tapa bilməz. Bax, onda da imkansız adamlar məcbur olub qış ayaqqabılarını çəkməçiyə verib yenidən təmir elətdirməlidi. Pal-paltarını kimyəvi təmizləmə məntəqəsində yudurtmalıdı. Başqa cür əlacı da yoxdu...

… Yayın istisində bütün meyvə-tərəvəzin qiyməti aşağı enir və hər şey də bol olduğu üçün onu almaq da bir o qədər adama baha başa gəlmir. İndi gəl görüm qışın oğlan çağında o meyvə-tərəvəzi qazandığın cüzi məvaciblə al görüm necə alırsan? Bax, onda çoxlarımızın beynindən bu fikir keçir: heyf deyil yay, istənilən mer-meyvəni və tərəvəz məhsullarını su qiymətinə alıb evə gətiririk. Üstəlik də ürəyimiz istəyəndə meşələrə, yaylaqlara, dənizə gedib doyunca istirahət edirik…

… Heç yayda adam bir o qədər də tez-tez xəstələnmir. Sanki ağrı-acılar bir anlıq olsa da sakitləşir və insan bir müddət ağrısız-acısız yaşayır. Elə ki, payız gəlir, bax onda həmin ağrı-acı ocaqları yenidən baş qaldırır. Biri deyir oram ağrayır, biri deyir buram ağrayır. Yadıma bir əhvalat düşür.

Qəbiristanlıqda qəbir qazan kişi yayın ortasında əynində qalın paltar qəbir qazırmış. Biri də deyir ki, a kişi, bu istidə bu qədər qalın geyinmisən, tər-suya batmırsan? Ola bilməz ki, bir qədər nazik paltar geyinəsən və belə də cum-culuq suyun içində olmayasan?

Qəbirqazan kişi dillənir:

- Olmaz! Mən əlli ildir qəbir qazıram, hələ indiyə qədər görməmişəm ki, kimsə istidən ölsün. Rəhmətə gedənlərin hamısı soyuqdəymədən və digər xəstəliklərdən dünyasını dəyişirlər. Ona görə də hələ burdan çıxıb isti çay içəcəm. Bu isti çay məni hər şeydən qoruyur. Ömürüm boyu yayda və qışda soyuq su içməmişəm. Həmişə də samovardan süzülən çayı isti-isti başıma çəkmişəm. Kimi soyuq su içir, kimi dondurma yeyir, mən də isti çay içirəm. İndi başa düşdün niyə bu yayın ortasında qalın paltar geyib qəbir qazıram?..

… İsti günlərin və yayın öz yaddaqalan anları var. Və bu anlar bizim yaddaşımıza, ömrümüzə hər an, hər dəqiqə həkk olunur. Çünki hər an, hər dəqiqə yaddaşımıza həkk olunan anlar özü də bir tarixə çevrilir. Bu yazının ideyasını mənim yadıma saldığına görə, dostum Elsevər Hüseynova bir yağlı «5» düşür. Çünki o, bu ideyanı yadıma salmasaydı, mən də həmin yazını qələmə almayacaqdım. Ən azından ona görə ki, mənim bu şənbə başqa bir mövzum vardı. Onu saxladım gələn şənbəyə. Əgər gələn şənbəyə qədər ömür vəfa eləsə və Allah möhlət versə, o yazını qələmə alacağam…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK