nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Aqil ABBAS:ŞAMAXILILARDAN ÖRNƏK GÖTÜRMƏK PİS OLMAZ Adalet.az | Aqil ABBAS:ŞAMAXILILARDAN ÖRNƏK GÖTÜRMƏK PİS OLMAZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS:ŞAMAXILILARDAN ÖRNƏK GÖTÜRMƏK PİS OLMAZ

58106    |   2017-08-29 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şamaxıdan yolu düşənlərin hamısı görüb. Fəxr ediləsidi. Adam bir qürur hissi keçirir. Şəhərdə yol kənarı boyu bu torpağın yetişdirdiyi dahilərin, böyük şəxsiyyətlərin möhtəşəm barelyefləri sıralanıb. Çox arzulardım ki, Şirvanşah Xəlilullah İbrahimin də barelyefi həmin sırada boy göstərsin. Lap elə şair Qürbət Əzizin də.

Azərbaycanın hər bölgəsi, hər rayonu böyük şəxsiyyətlər verib. Başqa rayonların da icra başçıları Şamaxıdan örnək götürsələr pis olmaz. Bu həm tariximizin, həm mədəniyyətimizin göstərgəsidir, həm də gənc nəslə bir örnəkdir.

Məsələn, Gəncəyə girəndə dərhal bilirsən ki, Poeziyamızın Tanrısı Nizaminin yurdundasan. Çox gözəl bir ansambl yaradıb. Eləcə də şəhərdə Gəncənin yetişdirdiyi böyük şəxsiyyətlərlə bağlı muzeylər, parklar, bağlar adamı valeh edir.

Şabranda Xəqaniyə qoyulan heykəl. Xəqaninin adına salınmış gözəl bir park. Dahi şairin adını daşıyan Poeziya Evi. Və hər il burda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən poeziya günləri.

Xaçmazda Azərbaycanın böyük şəxsiyyətlərinin abidələri qoyulmuş park.

Ağcabədidə Dədə Qorqudun, Füzulinin yurdu olan Bayatda Füzuli kitabxanası, Füzuli bağı, Füzulinin büstü, Yaqub Məmmədov adına mədəniyyət evi, İsi Məlikzadə adına küçə və barelyef, Üzeyir Hacıbəyov muzeyi, Üzeyir Hacıbəyov bağı. Və hər il Üzeyir bəyin doğum gününə həsr olunmuş böyük musiqi festivalı. İnşallah, bu ildən də Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Yazıçılar Birliyi ilə birgə Bayatda Füzuli günlərinin keçirilməsi ənənəsini qoyacaq.

Çox sevindirici haldır ki, Ağstafada da bu yöndə işlər görülür.

Çox xoşdu, Bərdədə Nüşabəyə abidə qoyulub, adına xiyaban salınıb. Amma bu azdı, Bərdə də böyük şəxsiyyətlər verib. Onların da adını əbədiləşdirmək çox gözəl olardı.

Məsələn, Göyçay ədəbiyyatımıza, sənətimizə, mədəniyyətimizə çox böyük şəxsiyyətlər verib . Çox istərdim Göyçayda da yoboyu bu şəxsiyyətlərin barelyefləri vurulsun. Şamaxıdakı kimi bu şəxsiyyətlərin tarixi sözləri həmin barelyefin altına həkk olunsun. Şəhərə girən kimi biləsən ki, bura Rəsul Rzanın vətənidi, Əli Kərimin, İbrahim Göyçaylının, Anarın … vətənidi.

Qazaxda da belə bir park gördüm, ürəyim açıldı. Sağ olsun rayonun rəhbərliyi. Möhtərəm Prezidentimiz bölgələrimizin abadlaşdırılması üçün hər il lazımi qədər vəsait ayırır. Həmin vəsaitdən yuxarıda misal çəkdiyim örnəklər üçün istifadə etmək olar.

Niyə Şəkidə Hacı Çələbinin büstü qoyulmasın? O Hacı Çələbi ki gürcü çarı İrakli Azərbaycan xanlarını Qarayazı meşələrinə qonaq dəvət edib xaincəsinə əl-qollarını bağlayıb Tiflisə əsir aparmaq istəyəndə bütün düşmənçilikləri bir kənara qoyub, gəlib onları xilas etmişdi. Turistlərin hamısını Xan sarayına aparırıq. Xan sarayını tikdirən kişi olub axı.

Ağcabədinin Bayat kəndi ilə Ağdamın Əfətli kəndi arasında yüksək bir təpə var: Əfətli təpəsi. Pənah xanın doğulduğu məkandı bura. O təpənin üzərində ulu Qarabağ xanı Pənah xan Cavanşirin (Pənah xan Çingiz xanın nəslindəndi) möhtəşəm bir abidəsini ucaltmaq olar - üzü də Şuşaya. Qeyd edim ki, həmin təpədən Ağdam şəhəri əl içi kimi görünür. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Ağcabədi və Ağdamın icra hakimiyyətləri bu abidəni ucalda bilər. Və mən də maddi cəhətdən kömək etməyə hazıram.

Söz sizindir, hörmətli icra başçıları!




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Deputatlar koronavirusa görə testdən keçiriləcək

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK