KOR ARVAD

FAİQ QİSMƏTOĞLU
34032 | 2013-03-08 00:33

Əllərilənəyisə axtarırdı. Ancaq axtardığını tapa bilmirdi. Çünki gözləri tamamilətutulmuşdu. Həyətə də çıxanda elə Allah ümidinə qalır, nəvələrindən kimsəköməyinə çatsaydı bir neçə addım yeriyərdi. Elə ki, köməyinə çatan olmurdu,əlindən tutan yoxuydu, bax onda Bacıxanım arvadın ən ağır anları başlayırdı. Budəfə də bayıra çıxanda nə nəvələri ona kömək elədi, nə də evdəki gəlin...

Arvadbir-iki addım irəliləyib, yıxıldı! İstədi ayağa qalxsın, qalxa bilmədi. Tərskimi də axşamdan yağan yağış da kəsməmişdi. Yağışın kəsməyindən asılıolmayaraq, Bacıxanım arvad inadından dönməyib, qonşusugilə getmək istəyirdi.Qonşusugilə də elə-belə getmirdi. Evdəkilərinəlindən başını götürüb qaçırdı. Nə oğlu ona gün verib, işıq verir, nə dəgəlini rahatlıq verirdi. Onun yıxıldığını görən qonşuluqda yaşayan Əhməd kişiçəpəri adlayıb onların həyətlərinə tərəf irəlilədi. Gördü ki, Bacıxanım arvadınüst-başı başdan-ayağa palçıq içindədi. Palçığa batmayan bircə başındakıyaylığıydı...

...Yerdəyıxılı vəziyyətdə qalan Bacıxanım arvadı Əhməd kişi qolundan tutub ayağaqaldırdı. Sonra da dedi:

- AyBacıxanım xala, məgər evdəkilər qırılıb! Bir adam yoxdu, sənin qolundan tutubçölə çıxarsın!

Bacıxanımarvad ağlaya-ağlaya:

- Bunlarınheç birisi mənə yiyə durmur. Oğlum Cavadsa arı atıb, namusu yeyib, arvadağızınbiridir. Səkinə nə desə, onu da eləyir. İndi Səkinə deyir ki, qoy Bacıxanımarvad palçığa patıb ölsün! Oğlum da buna bir şey demir.

Əhməd kişi:

-İlin-günün bu vaxtı hara gedirsən?

- Sizəgəlirdim, - deyə Bacıxanım arvad dilləndi. - Artıq başımı itirmişəm və evə dəqayıtmaq istəmirəm. Ev deyil ey, elə bil cəhənnəmdi! Elə gün olmaz ki, Cavadarvadı ilə ağız-ağıza verib ağbirçək vaxtımda məni urvatdan salmasınlar.Vallah, day bezmişəm?!

Bacıxanımarvad bu sözləri deyəndən sonra hönkür-hönkür ağladı. Əhməd kişi onu ayağaqaldırıb, öz evlərinə gətirdi. Dedi ki, mən sənin oğlun, heç ora qayıtma! Anamanecə baxıram, sənə də elə baxajam...

Yaşı 80-nihaqlamış arvad Əhmədin bu təsəllisindən çox sevindi. Sevindi ki, bu yağışlı vəpalçıqlı gündə nə oğlunun üzünü görəcək, nə də gəlininin. Bacıxanım arvadınnəvələri də ona gün verib, işıq vermirdi. Çünki anaları öyrətmişdi ki, bu arvadölməyincə, bizim evdə heç vaxt sakitlik olmayacaq!

İki gündənçox Bacıxanım arvad Əhmədgildə qala bilmədi. Elə hər dəfə çəpərdən boylanandanəvələrini görürdü. Nəvələrini də görəndə kövrəlir və uşaq kimi ağlayırdı.Cavadın arvadı Səkinə uşaqlara yasaq eləmişdi ki, nənələrinin yanına getməsin.Səkinə uşaqların qulağını o qədər doldurmuşdu ki, nəvələri nənələrini görəndəüzlərini çevirirdilər.

Kəndinağsaqqalı Əliş kişi Bacıxanım arvadın oğlu Cavada bir sifarişgöndərdi. Sifariş də bundan ibarət idi ki, Cavad kəndin ağsaqqalınınyanına gəlməli və onunla görüşməli idi. Çünki kənddə belə məsələlər olanda ilknövbədə elin ağsaqqalı Əliş kişi kimdə günah olardısa, onu yanına çağırar,tənbeh edər və öyüd-nəsihət verərdi. Əliş kişinin adını eşidəndə Cavad tezyerindən qalxdı və onlara tərəf üz tutdu...

Əliş kişiçəpərin qırağındakı qara daşın üstündə oturub, qəlyanına tənbəki doldururdu.Baş barmağı ilə tənbəkiləri əzib qəlyanı yandırdı. Bir də gördü ki, Cavad onunqarşısında dayanıb.

Cavad:

- Əliş əmi,məni cağırtdırmısan?!

- Hə, səniçağırtdırmışam. Ə, utanmırsan, neçə övladın var, uşaqların var, nənənə günverib, işıq vermirsən...

Əliş kişinənə deyəndə Cavadın anası Bacıxanım arvadı nəzərdə tuturdu. Qəlyanı axıraqədər sümürən Əliş kişi yenidən Cavadı tənbeh etdi:

- Adam dagözləri tutulmuş anasına bu qədər zülm eləyər?! Anandan qorxmursan, qorxmursan,heç olmasa, Allahdan qorx! Bax sənə axırıncı dəfə deyirəm: bir də o arvadıincitsən, səni salacam əlimdəki bu ağacın altına. O qədər çırpacam ki, ta ağlınbaşına gələnəcən...

Cavad:

- Ay Əlişəmi, vallah bizdə günah yoxdur. Arvad qocalıb, ağlını itirib. Elə gündə evdədava salır...

Əliş kişi:

- Cavad,vaxt olacaq, sən də qocalacaqsan və aglını itirəcəksən. Bax onda övladlarınsəni yola verməlidir. İndi sən ananı bu vəziyyətdə saymırsansa, gör ondagələcəkdə nələr baş verə bilər. Bilmirəm, o arvadın qəlbini qırmayın. Özü dəarvad Əhmədgildədir. Get, nənəni Əhmədgildən götür, apar evinizə. O ipə-sapayatmayan arvadının da cilovun bir az çək! Kişideyilsən?!

Cavad:

- Əliş əmi,sənin sözün bizim üçün qanundur. Amma bir məsələ var. Vallah, yenə nənəm evəçatan kimi, bir oyun çıxaracaq, bir vur-çatlasın eləyəcək ki, qonşular tamaşayagələcək.

Əliş kişi:

- Sənə dedim axı, arvadağız olma! Get,nə deyirəm, onu da elə!..

Bacıxanımarvad yaxşı insan idi. Bütün qonşularonun sadələyindən və səmimiyyətindən danışırdı. Ancaq hər iki gözü tutulandansonra arvadın xasiyyəti bambaşqa olmuşdu. Yəni arvad hər şeyə əsəbiləşir, həttaradionun səsi bərkdən gələndə belə hirslənərdi. Amma oun çoxları başa düşürdü. Çünki qonşular bilirdi ki,Bacıxanım arvad qabaqlar belə deyildi. Elə ona görə də hamı onu yola verirdi.Bircə, onu yola verməyən oğlu və gəlini idi...

CavadƏhmədgilə gedib anasını evlərinə aparmaq istədi. Ancaq Bacıxanım arvad getməkistəmirdi.

Bacıxanımarvad:

- A Cavad,mən bu döşümdən sənə süd vermişəm, doqquz ay qarnımda saxlamışam. Nə çətinlikləsəni və qardaşını böyütmüşəm. Sənsə məni bir yad qızına satmısan. Nolar, qocaolanda, nolar kor olanda, axı mən sənin ananam?! Hərəniz bir axmıra vurusunuz.Gəlin bir axmıra vurur, sən də bir axmıra. Bax belə olanda, mənim ürəyimpartlayır...

Cavad:

- Nənə,sənin də günahın var. Axı sən də hər şeyin başına niyə ip sarıyıb fırladırsan?!

Bacıxanımarvad:

- Oğul, mənhər sözün başına ip sarıyıb fırlatmıram. Elə şey var görürəm, dözə bilmirəm.Bax onda danışıram. Danışanda da deyirsiniz ki, arvad ağlın itirib, sayıqlayır.Düzdür, mənim gözlərim görmür, amma hələ ki, ağlım başımdadır.

Cavad:

- A nənə, dur gedək evə, ondan sonra özünbilərsən, nə eləyirsən!

Cavad anasının qolundan tutub Əhmədgildən evlərinəsarı getdi. Anası yanlarını basa-basayavaş addımlarla çox çətinliklə yeriyirdi. Arvad özü getsə də, ürəyi getmirdi.Bilirdi ki, yenə evdə söz-söhbətlər, dava-dalaş başlayacaq. Elə-belə də oldu. Oevə gedən axşamı yenidən böyük bir dava yarandı. Yenə günahı Bacıxanım arvadınüstünə atırdılar. Bacıxanım arvad çox ağır günlər yaşayırdı.

Bəzən eləolurdu ki, evdən çıxıb gəlib tövlədə yatırdı. Oğlu Cavad nə qədər yalvarsa da,evə qayıtmırdı. Deyirdi ki, mən inəyin, camışın və qoyun-quzunu yanında özümüdaha rahat hiss eləyirəm, nəinki evdə. Amma oğul, bil mənə nə zülm eləmisən,qabağına çıxacaq. Mənim gözüm tutulub, ayağının altına alırsan, amma vaxtgələcək, sənin də uşaqların səni ayaqlarının altına alacaqlar...

Tövlədəgecələyən Bacıxanım arvad elə orda da keçinmişdi. Səhər gəlib gördülər ki,Bacıxanım arvad qoyun-quzuların arasında gözlərini yumub və tərpənmir. Arvadınölümü ildırım surəti ilə kəndə yayıldı. Xəbəri eşidəndə Əliş kişi barmağınıdişlədi:

- Bu oğraş Cavad arvadı ilə bacarabilməyib anasını tövləyə atıb. Arvad da yəqin buna dözməyib, ürəyi partlayıb.

Amma CavadBacıxanım arvadı tövləyə atmamışdı. Bacıxanım arvad evdən-eşikdən bezib özütövləyə getmişdi və ürəyinə dammışdı ki, tövlədə də öləcək...

Cavadınyaşı 60-ı haqlamışdı. 60 yaşı keçəndə onun da hər iki gözü tutuldu. Bu dəfə dəonun oğlanları Cavadın anasına elədiklərini onu başına gətirdilər. Elə günolmazdı ki, Cavadı söyməsinlər və döyməsinlər. Cavad indi başa düşdü ki, çoxböyük günahlar eləyib və anasının qarğışı onu tutub. Cavad onu da başa düşdüki, anası Bacıxanım arvadı yad qızı Səkinəyə satdı. Cavad hər şeyi başadüşmüşdü. Ancaq hər şey çox gec idi.

Çünkioğlanları o axşam olmazdı ki, bir dava salmasın və Cavadı evdən çöləqovmasınlar. Axırda Cavad da tövləyə gəldi və mal-heyvanla bir yerdə yatdı.Cavadın pis günləri çox uzun sürdü. Beş ildən sonra o da xəstələnib, dünyasınıdəyişdi...

Kəndinağsaqqalı Əliş kişi dedi ki, mən nə qədər çalışsam da Cavadı haqqın yolunaqaytara bilmədim. Anasının üzünə ağ olan, onu ayağı altına salan oğlun da axırıbelə olmalıydı. Heç Cavadın yas mərasiminə də çox adam gəlməmişdi. Çünki kimidindirirdin deyirdi ki, anasına gün verib, işıq verməyən adamın yasında bizim nəişimiz var. Onun meyiti yerdə qalmadı. Qonum-qonşular "eldən ayıbdır"deyib, onu son mənzilə yola saldılar və ehsan verdilər. Çünki ehsanı oğlanlarıda vermirdi. Elə qonşusu Əhməd kişi yas məclisini təşkil eləmişdi...

FAİQQİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV