Futbolumuzun ...yan problemi

ETİBAR CƏBRAYILOĞLU
47717 | 2017-05-26 18:25

Mxitaryanmeydana "Mançester Yunayted”ləçıxır, biz hələ...

İndibizdə kimi dindirsən deyəcək ki, erməni düşmənimizdi. Düz də deyəcək,torpaqlarımızı işğal edən, dinc sakinlərə, məsum körpələrə, qoca və xəstələrəqarşı olmazın vəhşilik törədən erməniyə qardaş deməliyik?

İndibizdə kimi dindirsən deyəcək ki, erməniləri gəldikləri yerə qədər qovubtorpaqlarımızı onların murdar ayaqlarından təmizləyəcəyik. Düz də deyəcək, müvəqqətiitirdiyimiz əraziləri işğaldan azad edib gec-tez hər şəhərdə, hər kənddəüçboyalı bayrağımızı dalğalandıracağıq. Bunun başqa yolu-filanı yoxdu.

Erməniləraradabir döyüş meydanında bizim gücümüzü görüb layiqli cavablarını alırlar,qırılanı qırılır, qaçanı qaçır urus ağalarınınyanına. Bizim torpaqlarda ilişib qalanlarla söhbətimiz daha ciddiolacaq.

Ammabir məsələ də var ki, düşmənlə savaşı təkcə ordu apara bilməz axı, ona başqasahələrdə də sarsıdıcı zərbə vurmağı bacarmalıyıq. Zərbə demişkən, götürək eləfutbolu. İdmanın şahını! Sovet vaxtı ilə işim yox, baxmayaraq ki, o dövrünfutbolunu o qədər də pis bilmirəm. Müstəqilliyimizi bərpa etdikdən sonrakı illərimüqayisə etsək daha yaxşıdı məncə. Futbolda erməniləri uduruq, yoxsa uduzuruq?Belə baxanda deyəsən uduruq. "Neftçi” rəhmətlik "Birlik kuboku”nda bir dəfə ermənilərinçempion komandasını diz üstə oturdub, növbəti dəfə isə erməni komandası"Neftçi” ilə elə həmin rəhmətlik "Birlik kuboku”nda meydançaya çıxmaqdanqorxub, erməni futbolçular tuman-köynəklərini də düz-əməlli toplamadan oteldənqaçıblar. Deyəsən vəssalam... Bu iki olay da çoxdan baş verib, həmin vaxt topqovan futbolçularımız indi daha top qovmur, səbəb də bəllidi, artıq yaşadolublar.

Allahneftimizi, qazımızı bol verəndən dövlət idmana diqqət və qayğını da artırıb.Futbolumuza ayrılan pul bəlkə də o biri idman növlərinə xərclənəndən xeyliçoxdu bəlkə də. Dövlətimizin futbola ayırdığı pul artdıqca futbolumuzun səviyyəsiazalır, premyer-liqadakı klublar bir-bir "aradan çıxırlar”, indi cəmi səkkiziqalıb. Yaxşı ki, heç olmasa "Qarabağ”la "Qəbələ” qitə miqyaslı yarışlardaüzümüzü güldürür. Bu iki klubun hesabına premyer-liqamızın abrını örtə bilirik.Azərbaycanın hər hansı bir futbolçusunun qardaş və qonşu Türkiyənin 3-cüliqasındakı hansısa "Armudustəkanspor”un əvəzedici heyətinə düşməsini idmansaytlarımız az qala baş xəbər kimi təqdim edirlər.

Uşaqfutbolundakı vəziyyəti isə heç yazmağa dəyməz. Təsəvvür edin ki, millimizin və"Qarabağ”ın kapitanı Rəşad Sadıqov zədələnəndə bütün azarkeşlərimizin əli göydəolur, Allaha yalvarırıq ki, kapitan tez sıraya dönsün. Çünki Rəşadın mövqeyindəoynaya bilən ikinci bir futbolçu yetişdirə bilməmişik. Hətta aşağı yaş qruplarıüzrə milli komandalarımız da xaricdən yalvarıb gətirdiyimiz futbolçularladoludu. Soruşanda da bu məsələyə cavabdeh olanlar deyirlər ki, səsə salmayın, əcnəbiuşaqların ya babaları, ya da nənələri Azərbaycanla bağlı adamlardı. Babalarınıbaşa düşmək olar, nə vaxtsa xəritədə Azərbaycanı görüblər, bəs onların nənələrinibizim ölkə ilə nə bağlayır?

Yazınınbu hissəsində nəfəs dərib Azərbaycanın gənclərdən ibarət milli komandasının bugünlərdə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalınalayiq görüldüyünü xatırlayanlar çox olacaq. Azərbaycan yığması həqiqətən də buyarışın qalibi oldu, faktı danmaq mümkünmü? Amma gəlin bir az səmimi olaq,İslam Həmrəyliyi Oyunlarının futbol yarışını Dünya və Avropa çempionatları ilə,UEFA-nın Çempionlar Liqası və ya Avropa Liqası ilə müqayisə etmək olarmı? Eləsonuncu turnirdən danışsaq, yenə mənfur ermənilər sözümüzün yolunu kəsəcəklər.Mənfur düşmənimiz ermənilər dünya futbolunun nəhənglərindən biri- "MançesterYunayted” klubunun əsas heyətində möhkəmlənməyi bacaran Henrix Mxitaryan kimifutbolçu yetişdiriblər. Həmin futbolçu o günAvro Liqanın finalında qol vurdu və klubu ilə birgə kuboku başının üzərinəqaldırdı. Finalı Rusiya telekanallından biri üçün şərh edən aparıcının diliağzına sığmırdı, Mxitaryana görə stadionun Ermənistan bayraqları ilə doluolduğunu elə şövqlə deyirdi ki...

ErməniHenrix Mxitaryan meydana "Mançester Yunayted”lə çıxır, biz isə hələ də Türkiyənin3-cü liqasındakı hansısa "Armudustəkanspor”un əsas heyətində özümüzə yerqazanmağa çalışırıq.

Ermənistanson illər yetişdirdiyi bu məşhur futbolçusuna 1 dram da pul ayırmayıb. Heçayıra da bilməz, çünki yaxşı bilirik ki, mənfur düşmənimiz ermənilər acındangünorta dururlar...


TƏQVİM / ARXİV