ANA SƏHİFƏ / YAZARLAR

DAĞLAR, MƏNİ UNUTMA…

Faiq QİSMƏTOĞLU

23425    |   2017-04-28 14:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Bir anlıq özümü tənha hiss eləyirəm. Dağlara baxıb onun sinəsindəki gülləri, çiçəkləri, lalələri və yaşıl-yaşıl otları görürəm. Uşaq vaxtı o dağların döşündəki güllərdən, çiçəklərdən, lalərlərdən o qədər dərib evimizə aparmışıq ki! Bizim o dağların ətəyində izlərimiz qalıb, xatirələrimiz çöküb. İndi də uca dağlara baxanda o izlər, o xatirələr yada düşür və bir anlıq o xatirələrin işığına bələnirəm…

Təbriz, Zülfüqar, Əsgər, Rəfael, Tubunun oğlanları Dilavər, Yavər… Elə bil onların səsi yenidən qulağıma gəlir və bu səs məni dağlara doğru səsləyir. Və elə bil kimsə bu otların, çiçəklərin, kol-kos basmış ağacların dibindən çıxıb mənə qoşulacaq. Və biz qaça-qaça yenidən dağın döşünə çıxacaq, güllərdən, çiçəklərdən, lalələrdən o ki, var dərəcəyik…

Qulağımdan səs getmir. Və bu səs bir qədər də bərkdən gəlir. Düşünürəm ki, bəlkə məni qara basır, kimsə arxadan toxunur? Amma məni nə qara basan var, nə də arxadan toxunan. Diqqətlə gözlərimi dağların döşündəki lalələrə, güllərə, çiçəklərə zilləyirəm. Qəti fikrə gəlirəm. Pencəyimi çıxarıb qoltuğuma vuracam və bu dağlara qalxacam. Birdən yenidən içimi soyuq bir üşütmə tutur. Fikirləşirəm ki, bu yüksəkliyi qalxa bilmərəm, yorularam, tövşüyərəm və yarı yolda qalaram. İçimdəki o güllərin, o çiçəklərin və o çəmənlərin böyük sevgisi məni dağlara sarı çəkir. Pencəyimi çıxarıb qoltuğıma alıram və başımı qaldırmadan o çiçəklərə sarı addımlayıram…

Dostum Arif aşağıda qalır. Deyir ki, Faiq müəllim, birdən özünü pis hiss eləyərsən. İstəyirsən mən də gəlim. Ona bir söz demirəm və yoluma davam eləyirəm. Artıq 300-400 metr ondan aralanmışam və güllərin, çiçəklərin arasına çatmağa bir o qədər də məsafə qalmır. Ürəyim ağzımdan çıxır. Yorulduğuma görə yox ha, həmin uşaqlıq izlərimizi tapmaq üçün. Tərləmirəm də. Dəsmalımı çıxarıram, alnımda puçulanmış bir balaca tərimi silirəm…

… Kolların arasından bir turac ayaq səslərini eşidib yerindən perik düşür. Yazıq turac neyləsin? Elə bilir ki, ovçuyam, onu vuracam. Ancaq kolların arasına yaxınlaşmağa bir qədər ehtiyat eləyirəm. Orda turac da ola bilər, başqa quşlarda. Amma mənim ən çox qorxduğum ilan da qıvrılıb yatar. Çünki uşaq vaxtı bu kolların arasında gürzə də olardı. Və hətta bir dəfə o gürzə Tubunun oğlu Dilavəri az qala vurmuşdu. Nə yaxşı ki, ilanın quyruğunu ayağı ilə bastalamadı və ilan da onun üstünə atılmadı. Elə o vaxtdan kol-kosdan, qalın otlar olan yerdən bir qədər ehtiyat eləyirəm…

… Baxdıqca adamın gözləri gözəllikdən doymur. Güllərin, çiçəklərin, lalələrin bir addımlığındayam. Məndən 200-300 metr yuxarıda bir çoban tütək çalır. Ətrafında da çoxlu qoyun-quzu var. Zarafat deyil, bu çoban bu dəqiqə dünyanın ən xoşbəxt adamıdı. Altıda alımı yox, beşdə də verimi. Tütəyi elə çalır ki, bu səs sümüyümə qədər işləyir. Deyəsən, «Heyvagülü» çalırdı. Ona sarı getdiyimi görüb çalmağı dayandırdı və özü mənə yaxınlaşır...

… Yaxınlaşanda nə görsəm yaxşıdı?! Bu elə mənim sinif yoldaşım Firqət idi. Qucaqlaşıb öpüşürük. Düz 45 ildi görüşmürdük. Hələ bir ağladıq da. Dedi ki, bu dəqiqə quzulardan birini kəsib kabab eləyəcəm. Burda iki qardaş kef eləyərik. Aşağıda da dostum Arif və bir də nəvəm durmuşdu. Dedi ki, onları da çağır gəlsin! Bax, burda hər cür şəraitim var, alaçığı elə-belə bilmə. Orda hər şey var – su, manqal və şişlər…

Gördüm ki, dostum məndən əl çəkən deyil. Dedim ki, ay rəhmətliyin oğlu, mən bura - dağlara kabab yeməyə gəlməmişəm. Uşaqlığımızı, onun izlərini axtarıb tapmağa qalxmışam. Elə səni tapmışam, bu mənim bəsimdi. Təzədən Firqət kövrəlir və dillənir:

- Sənin başaa dönüm, gör nə vaxtdı görmürəm səni. Qırx beş ildən çoxdu. Amma deyəsən elə ikimiz də qocalmışıq. Özümüzü qoca kimi görə bilmirik. Heç mən də o qədər zəif deyiləm. Görürsən, yüzdən çox qoyun-quzum var, kefim də kökdü. İstəyirsən birini burda kəsib yeyək, birini də maşına qoyum apar uşaqlara…

Axı kasıb adamlar mərd olur. Heç mənim sinif yoldaşım elə kasıb da deyil. Amma böyük ürəyi var. İki daşın arasında çaydanı odunla qaynadır və çay dəmləyir. Sonra da aşağıda duran dostuma və nəvəmə əl eləyir ki, qalxın bura! Bizim onlarla aramızdakı məsafə elə də yaxın deyil – 700-800 metrdi. Onlar ikisi də qan-tərə bata-bata dağın döşünə qalxırlar. Beş-on dəqiqədən sonra çayımız qaynayır, Firqət kəklikotudan qəşəng bir çay dəmləyir. Bu çayı içəndə gözümüzə nur, ayağımıza təpər gəlir…

… Uşaqlıq illərinə qayıdıram. Bax, onda da dağların döşündən o qədər kəklikotu, mərəsöyüd, yarpız, quzulağı yığıb apamışıq evimizə. Həmin tərələrdən də nənələrimiz çox qəşəng dovğa bişirərdi, otlardan da ətirli çay dəmləyərdi. Dizimi yerə qoyub otların arasından bir neçə kəklikotu tapıram. Sonra mərəsöyüd yığıram. Bir az da quzuzulağı və digər tərələri dərirəm. Ətri hər tərəfi götürüb. Uşaqlıq izlərimizi axtarsam da heç nə tapa bilmirəm. Gözüm bir şeyə sataşır – yeri deşib çölə çıxıb. O dəqiqə dalağım sancır ki, bu, dombalandı. İki-üç dombalan tapıram. Firqət də bir-ikisini mənə verir. Deyir ki, mən də o dombalanı çox axtarmışam. Cəmi ikisini tapmışam. Bu il yaxşı yağış yağmadığına görə, dombalan azdı. Amma ötən il 15 kilo dombalan yığmışdım. Yoxsa bilmirdim sən bu qədər dombalanı xoşlayırsan. Ondan sənə də pay göndərərdim…

Dombalan min bir dərdin dərmanıdı. Xüsusən şəkər xəstələrinə onu dərman kimi yeməyi məsləhət bilirlər. Kiloqramı da indi çox bahadı – 70-80 manata. Bunu da tapmaq o qədər də asan deyil. Hər halda, dağların döşünə qalxmağım hədər getmədi, orda 45 il görmədiyim sinif yoldaşımı tapdım. Uşaq vaxtı yığdığım kəklikotu və digər otları topladım. Və ən yaddaqalanı o oldu ki, deyəsən heç dağlar da məni yaddan çıxarmamışdı. Əgər yaddan çıxarsaydı, bir qaşqabaq tökədi, bir fısqırıq çıxarardı ki, yer-göy lərzə gələrdi: ya dolu yağardı, ya da leysan olardı…

Mənim sevdiyim bu dağlar məni öz ilıq nəfəsi, öz günəşi, öz gülü, öz çiçəyi, öz ətriylə qarşıladı. Və bu dağlar mənə bu il də öz ətrindən, gülündən, çiçəyindən pay verdi. Mən də o güldən, çiçəkdən, otdan bir neçə dostuma pay elədim. Dedim ki, dağlara getmişdim və o dağlardan da bu çiçkləri, otları dərmişəm. Mən gələndən sonra isə o dağlarda bir yağış yağıb ki, tut ucundan göyə çıx! Hələ dolunu demirəm, dolu da yağıb...

… Yenidən kövrəlirəm və məni unutmayan dağlara söykənirəm. Yuxarıda Allah, aşağıda mənim sevdiyim uca dağ1 Və bu uca Allah və uca dağ həmişə onu sevənlərə, o yüksəkliyə qalxanlara arxa, söykək olsun…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK