ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: OLMAYAN AĞDAM VƏ OLAN TOVUZ…

71131    |   2017-04-19 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Olmayan Ağdam «Qarabağ» komandasının arxasında dayandı, komandanı məhv olmaqdan qorudu, yaşatdı və Avropa meydanlarına daşıdı. Təbii ki, xeyirxah insanların köməyi ilə. Olmayan Ağdamın icra başçısı Həsən Sarıyev bu komanda üçün olmazların olmazlarını elədi. «NNN bank»ın prezidenti Nazim Abdullayevin və «Əmrahbank»ın prezidenti Yusif İldırımzadənin böyük ürəkləri bu komanda ilə bir vurdu. Bugünki «Qarabağ» da göz qabağındadı.

Tovuzun «Turan» komandası birinci divizyonda çempion oldu və yüksək liqaya vəsiqə qazandı. Təbii ki, yüksək liqada çıxış etmək üçün çox şərtlər var. Bütün bu şərtlərin başında da maliyyə durur. İndi mətbuatda komanda rəhbərlərinin ruh düşgünlüyünə rast gəlirəm. Doğrudan çox ağırdı, bir o qədər əziyyət çək, sonda zəhmətin puça getsin.

Tovuzda həmişə futbol olub. Özü də yaxşı futbol olub. «Turan» hələ SSRİ dönəmində də Azərbaycanın güclü komandalarından biri idi.

Hətta bir dəfə futbolçular ağır yol qəzasına düşüb həlak oldular, amma «Turan» sınmadı, yenidən toparlandı, yenidən yaşıl meydanlarda öz sözünü dedi.

Olmayan Ağdam «Qarabağ»ı saxlaya bildisə, doğrudanmı olan Tovuz «Turan»ı saxlaya bilməyəcək?!

Tovuz qərb bölgəsinin ən varlı rayonlarından biridi. Bu rayonu da, bu rayonun adamlarını da çox yaxşı tanıyıram. Çoxlu da dostlarım var və özü də hamı sədaqətli dostlardı. Və Tovuz camaatı yaxşı yaşamağı da bacarır. Həm də qonaq-qara sevən camaatdı, çörəkli camaatdı. Təxminən 30-35 il əvvəl bir qohumum Tovuzda orta bir vəzifədə işləyib bir müddət. Hələ də Tovuz camaatı onun xətir-hörmətini saxlayır, hələ də onun övladlarının təknəsində Tovuz camaatının da bir parça çörəyi var.


Həm Sovet dönəmində, həm də elə indi Tovuzda çox imkanlı adamlar olub və olacaq. Həmin imkanlı adamlar bir yerə yığılmalıdı və «Turan»a dəstək olmalıdır. Bu işdə hörmətli millət vəkilimiz Qənirə xanımın çabalarını alqışlayıram.

Dünyadı, ola bilər ki, kimlərsə yaxalarını kənara çəkə bilər. Onda da bir çıxış yolu var.

«Turan» kluba çevrilməlidi. İnanın kluba çevrilsə minlərlə tovuzlu həmin kluba üzv olmaq istəyəcək; ən kasıbından tutmuş, ortabab yaşayanından varlısına qədər. Klub üzvlərinin üzvlük haqqı ilə də «Turan»ı normal saxlamaq mümkündü.

«Varın verən utanmaz» deyə vaxtilə «Qarabağ»ı belə saxlaya bilmişdik. Olmayan Ağdamın komandasını. İndi olan Tovuz doğrudanmı adını Azərbaycan futbol tarixinə yazmış «Turan»ı saxlaya bilməyəcək? Klubunuzu yaradın, qardaşlar. Məmnuniyyətlə klubunuza üzv olaram. «Varın verən utanmaz» deyə köməyimi əsirgəmərəm, təki «Turan» yaşasın!

Əsgər Abdullayev, səni və komandanı ürəkdən təbrik edirəm. Ruhdan düşməyə dəyməz. Müsahibənizdən belə başa düşdüm ki, AFFA-nın bir əli üstünüzdə olub. İnşallah, inanıram ki, AFFA da o əli üstünüzdən çəkməz.

Deyəcəklər son zamanlar futboldan çox yazırsan. Bir Pele Braziliyanı dünyaya tanıtdı, bir Maradona Argentinanı. İndi bir Messi Argentinanı, bir Ronaldo Portuqaliyanı, bir Fateh Terim Türkiyəni dünyaya tanıdır. Fildişi adında ölkə tanıyırdız?! Amma bir Droqba onu dünyaya tanıtdı. Futbol həm də sülh oyunudu, barış oyunudu.

Şair Şahmar Əkbərzadə Pele haqqında necə deyir:

Həsəd aparırdı ağıllı başlar,

Ağlı topuğunda olan oğlana.

Mən də istəyirəm ölkəmiz bütün sahələrdə inkişaf etdiyi kimi, futbolda da inkişaf eləsin. Əgər olimpiya oyunlarında qızıl medallar qazana biliriksə futbolda niyə qazanmayaq?

«Turan»a uğurlar. Özü də komandanın adına bax ey, TURAN!

Bir kimsəyə əyilməz turanlılarız,

Canımızla, kanımızla düşməni yıkarız!

Mərkəzi-xakə atsalar da bizi,

Kürreyi-ərzi partladar, çıkarız!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK