hacklink Adalet.az | EHTİYACDAN DOĞAN QƏZA Adalet.az | EHTİYACDAN DOĞAN QƏZA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

EHTİYACDAN DOĞAN QƏZA

Fəridə RƏHİMLİ

29481    |   2017-03-10 17:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Oğlunun, qızının universitetə qəbul olma xəbərini eşidən ana o qədər xoşbəxtdi ki, uçmağa qanad istəyirdi. İçindəki sevinc sanki ürəyini partladacaqdı. Telefonda xəbər verdiyi yaxınlarının sevinci onun içini sakitləşdirə bilməmişdi. Həyətə çıxıb bu xəbəri hər kəsə bağıra-bağıra söyləmək, ürəyini sakitləşdirmək istəyirdi. Xəyallar da qurmuşdu ana. Oğlunun sevdiyi qız üçün elçi gedəndə fəxrlə, oğlum universitet bitirib deyəcəkdi. Yaxşı işə düzələcəkdi, "böyük adam" olacaqdı oğlu. Anası ilk maaşının şirinliyini dadacaqdı onun...

Bir neçə gün əvvəl isə telefonda sevincək səslə "Bayramda evdəyəm, ana!" demişdi oğlu. Bayrama sayılı günlər qalırdı... Sarsıdıcı xəbər qulaqlarında əks-səda verdi analarının: Oğlun qəzada öldü... qızın qəzada öldü...

Qara gəldi bu Novruz. Beş ocağa su calandı. Beş evin oğul, qız yanğısı ürəkləri parçaladı, ciyərləri yandırdı. Ananın fəryadı ərşə dirəndi... yox, mənim oğlum bayramda gələcəkdi, söz vermişdi. O, heç vaxt yalan danışmaz. Mənim oğlum ölə bilməz. Axı, o, hələ körpədi... Beş ev sakininin arzusu gözündə qaldı, sevinci köksündə qübara döndü. Yarıda qırılan ömürlərin günahkarları bir tək sürücü deyildi...

Sabah işə gələndə taksi sürücüsü yanındakı sərnişinə deyir, kəmərini bağla. Sonra da əlavə edir ki, istəyirsən bağlama, 30 manat cərimə ver. Onsuz da yüz hoqqadan çıxırlar cərimə etmək üçün.

Bunları təəssüflə dinlədikcə düşünürəm ki, bizim millət heç vaxt qanuna, qaydalara, standartlara uymayıb, uymayacaq da. Əgər sürücü, (həm də yaşlı) insanların təhlükəsizliyi üçün qoyulmuş qaydalara hoqqa deyirsə, hələ əsl hoqqalar necə olur… 70 illik sovet qayda-qanunlarını mənimsəyə bilmədiksə, bundan sonra da düzələcəyinə gümanım qalmayıb. Həm də bu qaydasızlıq, təəssüf ki, birtərəfli deyil.

Sürücü mədəniyyətsizliyindən çox yazılır, deyilir, amma heç bir nəticəsi yoxdur. Hər gün marşrut sürücülərinin (əksəriyyətinin) kobud, tərbiyyəsiz danışıqları, mədəniyyətsiz hərəkətləri, rahatlıqla qayda pozmaları ilə qarşılaşırıq. İnsan qəbiristanlıqda bir yaxınını dəfn edəndə o dünya haqqında az-çox düşünür, ürəyi yumşalır, məzarlığın qapısından çıxdımı unudur hər şeyi. Sürücülər də qəza törədərək əzilib, tanınmaz hala düşmüş avtomobilləri, qəza nəticəsində ölənləri, yaralananları gördükdə bir az sürəti azaltsalar da, sonra hər şey unudulur. Hər birinə elə gəlir ki, bu hadisə onların başına gələ bilməz. Düşünmürlər ki, bir addım qabağa düşmək üçün bir ömür geri düşmək də var.

Fevralın 9-da Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində baş vermiş dəhşətli qəza 5 nəfərin ölmünə, 20 nəfərinsə yaralanmasına səbəb olub. Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vüqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzuli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib.

Mətbuat hər gün onlarla yol qəzasından, insan itkisindən yazır. Son aylar yol təhlükəsizliyi qaydaları nə qədər sərtləşdirilsə də, bu cür hadisələrin sayında azalma hiss olunmur. Bəs buna səbəb nədir?

Ekspertlər, yol polis əməkdaşları ağız dolusu, yol hərəkət qaydaları, o qaydaların pozulması səbəbindən edilən cərimələr, sərt inzibati tədbirlər barədə danışırlar. Amma maraqlıdır ki, bu qaydaların hər gün pozulmasına baxmayaraq buna qarşı tətbiq edilən tədbirlər çox zəifdi. Qəza baş verəndən sonra danışmaqdansa onun qarşısını almaq lazım idi. Ekspert deyir ki, 16 nəfərlik tutumu olan avtomobilə 28 nəfər mindirilərək daşınıb ki, bu da təhlükəsizlik qaydalarının kobud surətdə pozulmasıdır. O qaydanı pozan sürücülər hər gün eyni qaydada sərnişin daşınması ilə günlük dolanışıqlarını qazanırlar. Bunu yol polisləri də "görür", addıma bir yollarda qoyulmuş kameralara da düşür. Bizdə isə həmişə səbəbi yox, nəticəni araşdırırlar. Bəli, görünən tərəf sürücüdür. O, gündəlik dolanışığı üçün sabahdan axşama qədər işləyən insandır. Səhlənkarlığı, qayda pozuntusu onun günahıdı, amma bir reys qabağa düşsün deyə, sürətin fərqinə varmayan bu insan bəlkə öz ailəsinin, oğlunun, qızının bir ehtiyacını ödəmək üçün tələsirdi. Ehtiyacın sürüklədiyi qapılardan biri də qəzadır, yəqin sonuncusu da ölüm.

O sürücü tələbələrlə razılaşaraq hər gün onları universitetə aparırmış. Bu hər iki tərəf üçün sərfəli idi. Çünki tələbələr üçün marşrut gözləməkdənsə, onları gözləyən nəqliyyata minmək daha uyğun idi. Bir neçə marşrut dəyişməkdənsə biriylə rahat getmək və yol xərcinin də münasib olması onları sevindirirdi. Sürücünün də sərnişin axtarmaq qayğısı olmayacaqdı. Bu "rahatlıq" və "qayğısızlığ"ın onları ölümə apardığından isə heç bir tərəfin xəbəri yoxdu...

Qəzanın törənməsi də yalnız 16 nəfər yerinə 28 nəfərin minməsi deyil, yol hərəkət qaydası pozuntusudur və bu kamera görüntülərində açıq-aydın görünür. Və indi bunu söyləməyin heç bir mənası yoxdu. Sürücü dolu mikroavtobusla hər gün "gözəgörünməz şapkasını" geyinib keçmirdi ki, polis məntəqələrinin qarşısından.

Əgər dünyada olduğu kimi tələbələrə nəqliyyatdan istifadə üçün güzəştlər olsaydı, onlar da 16 adamlıq avtobusa, ucuz olsun deyə, 28 nəfər minməzdilər. Yol xərci ödəmələri kartlarla olsaydı və kimlərinsə cibinə deyil, büdcəyə getsəydi, həmin bədbəxt sürücü evinə çörək aparmaq üçün maşının icarə haqqı uğrunda "avtoşluq" edib özünün və gənclərin həyatını təhlükəyə atmazdı. Bütün dünyada nəqliyyat sektoru, xüsusilə tələbələr üçün ictimai nəqliyyatdan imtiyazlı istifadə məsələləri hakimiyyət qurumlarının qarşısında duran əsas işlərdən olur. Bizdə isə təəssüf ki, hər iki məsələdə insanların faciəsi hesabına ciblərini dolduranlar var. Və bu məsələ həllini sürücünü həbs etməklə tapmamalıdı. Cavabdeh qurumlar - səbəbkarlar işinə vicdanla yanaşsaydı, bu faciə olmaya bilərdi.

Nəysə, bu məsələlərin kökünü qazsan çox dərinə gedər, Allah millətimizi ehtiyacdan doğan intihardan, qəzadan, xata-bəladan, səhlənkarlıqdan, məsuliyyətsizlikdən, hər cür simasızlıqdan qorusun!

Allahdan ölənlərə rəhmət, yaxınlarına səbir diləyirəm!




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK