hacklink Adalet.az | XOCALI-DӘNİZLİ Adalet.az | XOCALI-DӘNİZLİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XOCALI-DӘNİZLİ

(Əvvəli ötən sənbə sayımızda)

27799    |   2017-03-10 18:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Aləv topu dərtlər, bizi çok gərdi;

Ağlattı, inlətti, yerlərə sərdi.

Kişi, kardəşiylə paylaşır dərdi;

Görüşəlim, konuşalım, ay Vakıf!

Dərdimizi paylaşalım, ay Vakıf!

Hasan Kallimci"

Sevgi bölüşüldükcə artır, dərd isə bölüşüldükcə azalır. Yuxarıdakı misralar Dənizli şəhərindəki qədim dostum Hasan Kallimcinindir. Dostum Vaqif Aslana yazdığı bir şeirdəndir. Bu il də Xocalı Soyqırımını yad etmək, onu yeni nəsillərin yaddaşına həkk etmək məqsədilə Dənizli şəhərində bir konfrans təşkil edildi. Bundan əvvəlki yazımda da iştirak etmişdim. Dostum Ədalət Tahirzadə ilə həmin konfransda iştirak etdik və bəşəriyyətin alnına işğalçıların əliylə yaxılmış qara ləkəni lənətlədik. Dünya xalqlarına Dənizlidən səsləndik ki, "Biz bunu unutmadıq və məhşərə kimi bütün nəsillərimiz unutmayacaq, Xocalının qisası alınmamış da nahaq yerə qətlə yətirilmiş uşaqların, qocaların, nənələrin ruhu sakitlik tapmayacaq!"

Xocalı konfransına bütün Dənizli şəhəri hazırlanmışdı. Dövləti təmsil edən validən, qaymaqamdan, hökuməti təmsil edən nazirdən, xalqı təmsil edən bələdiyyə başqanına kimi hamı əlindən gələn nə varsa əsirgəməmişdi.

Böyükşəhər bələdiyyə başqanı Osman Zolandan bələdiyyənin mədəniyyət bölməsinin müdiri Xudaverdi Otaklıya, Pamuqqala Universiteti və ibtidai məktəblərdən tutmuş orta məktəblərə, ali məktəblərə kimi hər bir şəxsin o tədbirdə əməyi vardı.

Burda bir haşiyə çıxıb TəD Anadolu Liseyinin rəsm müəllimi Fəriştə xanımın adını çəkmək istəyirəm. Fəriştə xanım yazıçı, şair Hasan Kallimcinin TəD Anadolu Liseyində rəsm müəllimi işləyən qızıdır. Sadəcə Xocalı Soyqırımı tədbiri üçün şagirdləri yığıb başına və onlarla birlikdə həftələrlə çalışıb bir Xocalı Soyqırımı tablosu yaradıb. Atalar, ot kökü üstündə bitər deyib, Fəriştə xanım da təpədən-dırnağa milli duyğularla silahlanmış Həsən Kallimcinin qızı olaraq bu sözü öz milli geni və halal əməyi ilə bir daha doğrultmuşdu. Xocalı faciəsinin insan psixologiyasına etdiyi təsiri şagirdləriylə birlikdə həmin tabloda həddən artıq gözəl əks etdirmişdilər. Fəriştə xanım şagirdlərin ruhuna hopdurduğu duyğularla elə işləmişdilər ki, o tabloda həvəskar şagirdlərin əməyi də vardır demək mümkünsüzdü.

Həmişə beynimi didib-tökən bir sualla cəbəlləşirəm, "Xocalı Soyqırımı niyə yarandı?!"

Bu sualı verən kimi də cavabı gəlib gözlərimin qarşısında dayanır. 1095-ci ildə Səlib Yürüşləri başladı və üç əsrə kimi davam etdi, bu müddət ərzində doqquz yürüş təşkil edildi, yəni hər 25 ilə bir Səlib Yürüşü düşür.

Bu yürüşün memarları başda Vatikan və onu qoltuğunun altında saxlayan Roma İmperiyası, Fransa, Almaniya, İngiltərə idi. Bu işğalçı vampirlər Birinci və İkinci Dünya müharibələrini də yaradıb milyonlarla ocağı söndürmədilər!?

Bu yürüşlərin bircə məqsədi vardı, 1876-cı ildə İngiltərənin baş naziri William Evart Gladstonenin dediyi kimi türkləri Anadoludan və Yaxın Şərqdən qovmaqdı. Amerikalı provaslav missioner 1820-ci ildə Osmanlı daxilindəki ermənilərin arasında işləyib onları Osmanlının əleyhində üsyana təşviq etmək məqsədilə İzmirə gəlib gəmidən ayağını şəhər torpağına basan kimi "Bu günah imperiyasını tamamilə dağıtmaq mənə əhd olsun!" demişdi.

Axı biz Avropalılara, okeanın minlərlə kilometr o tayındakı Amerikalılara neyləmişdik ki, bizi öz torpaqlarımızdan söküb köksüz bir ağaca döndərib tullamaq istəyirdilər?!

Axı ermənilər ingilislərin planı və rusların əliylə Azərbaycan torpaqlarında məskunlaşdırıldıqlarında xalqımız onlarla süfrədəki çörəyini bölüşmüşdü, onlara başını soxacaqları evlər tikməkdə kömək olmuşdu, əl tutmuşdu, erməniyə yaxşılıqdan savayı neyləmişdi ki, onlar Xocalıda nəinki cavanları, körpələri və qocaları da vəhşicəsinə qətlə yetirmişdi?!

Bunda çatışmayan bir şey var. Biz yaxşı olsaq da, insansevər olsaq da, adımız çıxıb doqquza enməz səkkizə. Onu dəyişdirməyin yeganə yolu cəngəl qanunlarının hökmran olduğu bu dünyada güclü olmaqdır... Özgələrini əzmək üçün yox, əzilməmək üçün güclü olmağa məhkumuq. Bunu bir mənalı şəkildə bilməliyik. Dövlətlərimizin rəhbərləri papaqlarını qabaqlarına qoyub fikirləşməlidilər və işə öncəliklə təlim-təhsildən başlamalıdılar. Çağdaş təhsil sistemlərini məktəblərimizdə həyata keçirmədikcə, dünya miqyasında alimlər yetişdirmədikcə, çağdaş texnolojilər ixtira etmədiyimiz müddətcə, iqtisadiyyatımız dünyanın ilk beş iqtisadiyyatı arasına daxil olmadığı müddətcə, ordumuzun silahlarının tamamını özümüz buraxmadıqca bu cür bəlalar yaxamızdan əl çəkməyəcəkdi vəssalam...




İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK