ANA SƏHİFƏ / YAZARLAR

SAQQAL... LƏÇƏK...

68677    |   2013-02-23 14:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağ müharibəsi başlayanda bəzi könüllü əsgərlər arasında bir ideya vardı: torpaqlar alınmayınca saqqalı qırxmamaq! Tezliklə müharibəni başa vuracaqlarına əmin olan bu oğullar onları nələr gözlədiyindən xəbərsiz idilər...
Rayonumuzdan oğlu şəhid olan bir kişi də doğulduğu kəndə dönməyincə yasdan çıxmayacağına söz vermişdi. O vaxtdan çox zaman keçdi. Çox söz verənlər sözünü udub üstündən su içdi. Amma o kişi sözünü unutmadı. Qara saç-saqqalı yavaş - yavaş çallaşdı, sonra ağardı...qırxmadı saqqalını. Qonum-qonşu, övladları, tanış - biliş ondan inadına son qoymasını xahiş, məsləhət elədilər, kişi sözündən dönmədi ki, dönmədi...
 Bir gün yataqxanada yaşayan qızıgilə gələrkən gördüm onu. Özü boyda Qarabağ dərdi dururdu gözlərimin önündə... Sinəsinə qədər uzanan ağappaq saqqalının sayı qədər dərd tökülürdü sir - sifətindən. Arıq, çəlimsiz cüssəsinə saqqalı ağırlıq edirdi sanki. Gəlişi Yeni il bayramı ərəfəsinə təsadüf etdiyindən yataqxana uşaqları "Şaxta Baba, Şaxta baba!"- qışqıraraq onun üstünə yüyürdülər. Ətrafdakılardan uşaqların sözünə şaqqanaq çəkib gülənlər də oldu, onu ""Ruslan və Lüdmila" nağılındakı Çernamoraya" bənzədənlər də...
 Gözüm onun xırda, çuxura düşmüş nəm gözlərünə sataşdı. Hələ də unutmadığım o gözlərdə nələr yox idi... Uşaqlar müəyyən mənada haqlı idilər, özləri də anlamadan böyüklərin dərk edə bilməyəcəyi bir şeyi kəşf etmişdilər: Gözlərinə dolmuş qəm yükü, yarımçıq qalmış arzuları, yurd həsrəti, torpaq nisgili, heç olmasa, öz kəndində ölmək istəyi gözlərində donmuşdu bu qocanın...
Bəli, o, Şaxta Baba idi, don vurmuş xəyalların göz önündəki təcəssümü olan Şaxta baba...
 Heybəsindəki hədiyyəsi ilə uşaqları sevindirən Şaxta Baba deyildi o, çuval - çuval dərdi ilə damarında insan qanı olanlara bol - bol kədər paylayan Şaxta baba idi...
 Hər kəsin istəyini duyur Şaxta Babalar, arzusuna uyğun hədiyyəsini gətirir, belə inam var uşaqlarda. Bu babanın duyduğu isə yalnız qaçqınların, məcburi köçkünlərin ürəklərinin sızıltısı, içlərini göynədən yurd həsrəti, sonu olmayan ümidlərinin ölməsi idi. Və dünyada heç bir Şaxta Baba onun qədər çarəsiz deyildi...
Saqqalı vardı, özü də Ginnesin rekordlar kitabına düşəcək qədər uzunluqda, amma sözü keçmirdi...  nə öz elində, nə Ginnesin ölkəsində... Tələbi isə elə də böyük deyildi: doğulduğu, böyüdüyü, sevdiyi və nəhayət ölmək istədiyi yurdunu istəyirdi...     
Qarabağsız qarabağlıların simvoludu o qoca.
Bir nəfər yaxınıma, başına şal örtmüş bir kişi gördüyümü, ancaq ərəblərə oxşamadığını dedim. Təəccübümə rəğmən sakitcə cavab verdi ki, yəqin Bəşir Kəsər imiş! Qarabağ alınmayınca ləçəyi başından çıxarmayacağına söz verib!!! Gözlərim yaşardı, ürəyim hönkür - hönkür ağladı... Kişini buna nə vadar edə bilər, ilahi: vicdanı, utancı, təəssübkeşliyi... Bəs belə yaşamaq necə, asandımı?..
Yekə - yekə danışan, gülüşü ətrafı zəbt edən kişilərii görəndə həmişə fikrimdən keçirdi ki, görəsən bunlar bircə dəfə Qarabağı, Xocalını, oradakı müsibətləri, heç olmasa əsir düşən qız - gəlinlərimizi düşünürlərmi? Və özüm də cavab tapırdım. Düşünsəydilər, belə ucadan danışıb - gülə bilməzdilər. Başlarındakı bahalı papaq öz - özünə yuvarlanıb düşərdi başlarından. Amma yaylıq barədə düşünməmişdim. Bəşir Kəsər haqda eşitməmişdim. Kütləvi yaylığa keçmənin tərəfdarı da deyiləm. Ancaq "papağımızı da, şalvarımızı da əlimizdən  qadınlar alıb", deyən kişilər, papaq yalnız geyim deyil...   
 Qarşıdan Xocalı soyqırımının anım günü gəlir. Sonra Şuşa, Xankəndi, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan...
  O qocanın saqqalı hələ nə qədər uzanacaq... ömrü çatacaqmı saqqaldan xilas olmağa?!.  
Bəs Bəşir Kəsər? Bu dünyanı yaylıqlamı tərk edəcək?
Saqqallar nə vaxt qırxılacaq, yaylıqlar nə vaxt kişilərin başından çıxarılacaq?
Xocalı soyqırımının anım günü yaxınlaşır...
Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK