ANA SƏHİFƏ / YAZARLAR

Maraqlar, qurbanlar və unudulmuş soyqırım (genosid)

Vüqar Abbasov

57144    |   2017-01-24 13:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Niderlandda yaşayan soydaşımız Vüqar Abbasovun yaşadığı ölkənin saytlarının birində Azərbaycan həqiqətlərini özündə əks etdirən növbəti yazısı verilib. Oxuculara maraqlı ola biləcəyini nəzərə alaraq, yazını tərcümə edib sizlərə təqdim edirik.

Bu il artıq 25 il olacaq ki, Azərbaycan diasporu 1992 – ci ildə Xocalıda öldürülən 613 nəfəri yad edir. Azərbaycanda bunu soyqrım adlandırırlar və dünyanın bunu belə tanımasını istəyirlər. Vüqar Abbasov da aşağıdakı məqaləsi ilə eyni istəyi ifadə edir.

Hər gün müharibələr, müharibələrdə ölən insanlar, müharibələr nəticəsində evlərindən didərgin düşmüş qaçıqınlar barədə eşidirik. Ancaq biz təkcə müharibələr haqqında eşitmir, həm də müharibələrin nəticələrini həyatımızda hiss edirik, müharibələr bizim həyatımıza çox təsir edir. Mən də müahribənin böyük izlər buraxdığı bir ölkədən, Azərbaycandan gəlmişəm.

Sirr deyil ki, insanlar, dünya get-gedə inkişaf etməkdədir, ancaq bunu hər sahəyə aid edə bilmərik. Bu cür inkişafın qarşısında daha az müharibə etməkdənsə, dünyamızda daha çox müharibələrə şahidlik etməkdəyik. Günü-gündən müharibələrin sayı artmaqdadır. Nə üçün bu qədər çox müharibələr olur? Kimdir, kimlərdir bu müharibələrdən uduşlu çıxanlar?Silah sənayesi güclü olan dövlətlərin mühabribələrdən qazanclı çıxdığı danılmaz bir həqiqətdir. Hansıki bu müharibələr səbəbindən günahsız insanlar ölür, ev-eşiklərini itirir, öz yurdlarından didərgin düşürlər. Ancaq bu bəzi ölkələri, liderləri narahat etmir. Onlar üçün öz maraqları daha önəmlidir.

Nə üçün mən belə düşünürəm? Səbəb çox sadədir, mən özüm də müharibənin canlı şahidi olmuşam və mən neft ölkələrindən biri olan Azərbaycandan gəlmişəm. Məlumat üçün bildirim ki, Azərbaycan Sovet İttifaqına daxil olan respublikalardan biri olub və 1991 – ci ildə öz müstəqilliyini qazanıb. Ancaq bu müstəqilliyi əldə edənə kimi çox insanlar həyatlarını itiriblər. Rusiya Azərbaycanı əldən vermək istəmədiyinə görə Azərbaycanla Ermənistan arasında gərginlik və nəhayət müharibə yaratdı. Təkcə Xocalıda (26 fevral 1992) bir gecədə 613 nəfər qətl edildi, yüzlərlə insan itkin düşdü, evlərini itirdi. Kim, yaxud kimlər idi bu bu hadisənin günahkarı? Ermənistan və Rusiya hərbiçiləri. Bu müharibə nəticəsində Azərbaycanın 20% ərazisi Ermənistanın işğalı altına düşdü və bu günə qədər də işğal altında qalmaqdadır, baxmayaraq ki, Birləşmiş Millətlət təşkilatının bu barədə dörd qətnaməsi var: S/RES/822 (1993), S/RES/853 (1993), S/RES/874 (1993), S/RES/884 (1993) (mənbə:http://www.un.org/en/sc/documents/resolutions/1993.shtml). Bir çox siyasətçilər bunu bilsələr də susmağa üstünlük verirlər.

Janvar ayı artıq bitmək üzrədir. Fevral ayında isə Azərbaycan diasporu Xocalı hadisələrinin qurbanlarını yad etmək üçün yenə də bir yerə cəmləşəcək (Niderlandda nəzərdə tutulur. V.A.). Azərbaycan xalqı 1992 – ci ildən bu günə kimi hər il bu soyqrım qurbanlarını yad edir. Sözü gedən soyqrımın baş verməsindən 25 ilötməsinə baxmayaraq heç bir Qərb ölkəsi bu barədə danışmır, susurlar.

1915 – ci ildə baş verənləri ermənilər "soyqrım” adlandırırlar və dünyanın bir çox ölkələrinin parlamentləri bunu belə tanıyırlar. Baxmayaraq ki, heç kimin əlində bu barədə fakt yoxdur, hər halda mən belə düşünürəm. Bu iddianın lazımınca araşdırılmasının vacıb olduğu qənaətindəyəm. Xocalı hadisələrini isə kimsə soyqrım kimi tanımır, baxmayaraq ki, əlimizdə bunu sübut edəcək yetərincə faktlar, şəkillər və video görüntülər var. Hətta ermənilərin tanınmış yazıçısı Zori Balayan belə Xocalıda törətdikləri vəhşilikləri etriaf edib. Bundan başqa, erməni jurnalist Davud Xeyriyan da hadisələrin şahidi olub və o, bu barədə yazır: "Bəzən cəsədlərin üstündə yeriməli olurduq. Daşbulağa yaxın bir yerdə bir bataqlıqdan keçmək üçün, oranı cəsədlərlə doldurub bizə yol açdılar. Mən cəsədlərin üzərində yeriməkdən imtina etdim. Sonra polkovnik Ohanyan məni qorxudaraq əmr etdi ki, keçim və dedi ki, bu müharibənin qanunlarından biridir. Mən ayağımı 9-10 yaşlarındakı, hələ də ölməmiş bir qızın sinəsinə qoyaraq getdim... Mənim ayaqlarım, foto aparatım qaının içində idi... ” (Mənbə: "Xaç naminə” kitabı).

Azərbaycan xalqı Qərb dövlətlərindən yetərincə dəstək almadığını düşünür? Onlar haqlıdırlarmı? Yuxarıdakıları oxuyaraq özünüz bu suala cavab tapa bilərsiniz.

24-04-2014 – cü il tarixində erməni diasporu Almelo (Niderlandda şəhər –V.A.) şəhərində abidə ucaltdı. Mənə elə gəlir ki, bəzi "gözə görünməz” siyasətçilər Azərbaycanla Ermənistanın, Türkiyə ilə Ermənistanın arasında konfliktin davam etməsini istəyirlər. Təsəvvür edin, əgər bu gen Erməni, sabah, Türk, Azərbaycan diasporu belə abidələr ucaldacaqsa, bu aqresiya heç vaxt azalmayacaq.

Bu qədər qurbanların səbəbi isə maraqlardır. Böyük ölkələrin maraqları sayəsində dünyada bu qədər müharibə qurbanları var. Əlbətdə ki, biz, sadə insanlar dünyamıza sülh istəyirik. Ancaq nə qədər ki, maraqlar öndə gedir, dünyamızda sülh olmayacaq. Onlar öz maraqlarını qorumağa çalışacaqlar. Dostoyevski demişkən: "Müharibənin yeganə səbəbi sülhdür.”

Keçid: http://www.republiekallochtonie.nl/belangen-slachtoffers-en-een-vergeten-genocide






İmza:

YAZARIN ARXİVİ

2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK