ANA SƏHİFƏ / YAZARLAR

Rəqib qapıçının anası kilsədə...

16756    |   2016-11-05 12:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qarabağ" qədim Ellada torpağından növbəti möhtəşəm qələbə və yeni rekordlarla döndü


Avropa Liqasının qrup oyunları çərçivəsində Ağdamın "Qarabağ" klubu növbəti qələbəsini qazandı. "Köhlən atlar" qədim Ellada torpağından da zəfərlə qayıtdılar. Qitə miqyaslı yarışlarda böyük təcrübəyə malik PAOK Azərbaycanda olduğu kimi, Yunanıstanda da "Qarabağ"la görüşdən məğlub ayrıldı.

Hər yer Ağdam, Bakı, hətta Saloniki də...

"Qarabağ" Avropa Liqasının IV turunda çətin səfərə çıxmışdı. Ağdamlıları Salonikidə nə gəzinti, nə da asan oyun gözləyirdi. Qrup yoldaşı PAOK qitə miqyaslı yarışların bu mərhələsinə təsadüfən düşən komandalardan deyildi. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov rəqibi Bakıda da "dişinə vurduğundan" onları yaxşı tanıyırdı və bilirdi ki, PAOK Salonikidə daha aqressiv futbol sərgiləməyi xoşlayır. Matçöncəsi mətbuat konfransında Qurban bəy çətin oyun olacağını demiş, futbolçularından xarakter nümayiş etdirməyi istəmişdi.
Futbolçuları Qurban Qurbanovun konkret nə istədiyini bu oyunda da doğru-düzgün anladı. Belə oyunlarda böyük təcrübəyə malik Rəşad Sadıqovun zədədən sonra yenidən heyətdə yer alması komanda üzvlərinə əlavə motivasiya idi. Yeri gəlmişkən, kapitanın PAOK-la görüşdə meydana çıxacağı oyundan yalnız iki saat əvvəl məlum olmuşdu.
Salonikidə gərgin oyun olacağını gözləyənlər yanılmadı. Matçın ilk 5 dəqiqəsi tamam olmamış baş hakimin hər klubdan bir oyunçuya sarı vərəqə göstərməsinin özü qarşılaşmanı canlı izləməyənlərə nəsə deməlidir...
Baş məşqçinin start heyətində döyüşə atdığı İbrahim Sehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Bədavi Hüseynov, Ansi Aqoli, Muarrem Muarrem, Riçard Almeyda, Dina Ndlovu və Dani Kintana rəqib meydanında vacib qələbə üçün döyüşdülər. Zaman-zaman "Qarabağ"ın üstünlüyü ilə keçən qarşılaşmaya əvəzetmədən daxil olan Əfran İsmayılov, Reynaldo və Miçel komandanın gücünə güc qata bildilər. Üstəlik...
Qolu və qələbəni gətirən Miçel

Qurban Qurbanovun baş məşqçi kimi fəaliyyətini yaxından izləyənlər yaxşı bilir, onun əvəzetmələri əksər hallarda uğurlu alınır. Qurban bəyin sonradan oyuna daxil etdiyi futbolçular çox vaxt qol vuraraq lazımi anda lazımi yerdə olmağı bacardıqlarını göstərirlər. İstər daxili çempionatda, istərsə də Avropa miqyaslı yarışlarda dəfələrlə bunun şahidi olmuşuq.
PAOK-la oyunda meydana sonradan daxil olan "Qarabağ"ın ispan futbolçusu Miçel həm özünün, həm də baş məşqçinin üzünü ağartdı. İkinci hissənin əvvəlində Qurban bəyin döyüşə atdığı ispanın adı stadionda yenicə elan olunmuşdu ki...
69-cu dəqiqədə Miçel adını tabloya yazdırdı və onun Salonikidə vurduğu qol "Qarabağ"ın səfər qələbəsi üçün yetərli oldu. Və bir daha sübut olundu ki, Qurban Qurbanov əvəzetməni vaxt udmaq üçün eləmir.
Görüşün əvvəli kimi sonu da dramatik, gərgin alındı. Xüsusi ilə baş hakim Con Bitonun əlavə etdiyi uzatma dəqiqələrində "Qarabağ" PAOK-un qapısı önündə bir neçə real qol vəziyyəti yaxaladı. Lakin ya zəlzələdən, ya da vəlvələdən bu imkanlar boşa verildi. Son dəqiqələrdəki fürsətlər dəyərləndirilsəydi "Qarabağ" böyük hesabla qalib gələ bilərdi. Görünür rəqib qapısını qoruyan Qlikosun anası kilsədə gecə ibadətinin rituallarını yerinə yetirirmiş...
Heç nəyə yaramayan
Ermənistan bayrağı

Bütün bunlara rəğmən, Ağdam futbolçuları çətin Yunanıstan səfərindən qələbə ilə döndülər. PAOK futbolçularının gücü, aqressivliyi, yunan fanatların çılğınlığı və azarkeşlərdən kiminsə haralardansa tapıb gətirdiyi Ermənistan bayrağı heç bir işə yaramadı. PAOK Bakıda olduğu kimi öz meydanında da "Qarabağ"a yenildi, arada bizə düşmən ölkənin bayrağı bihörmət oldu.
Rəqibin gənc məşqçisi Vladimir İviç oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın qələbəsini belə şərh edib: "Rəqib əks-hücumda oynamağa hazır gəlmişdi və biz "Qarabağ"ın qarşısını ala bilmədik".
Qalib komandanın baş məşqçisi Qurban Qurbanov Salonikidə jurnalistlərə bunları deyib: "Hər uğurlu oyundan sonra məsuliyyətimiz bir az da artır. Bu qələbə işimizi bir az da çətinləşdirdi. Qrupdan çıxmaq şansımız var. Mübarizə son turadək davam edəcək".

İlklər, rekordlar...

PAOK üzərindən qələbədən sonra Ağdam klubunun qrupdan çıxmaq şansı daha da artıb. Yəqin ki, Qurban Qurbanov və futbolçular yaxaladıqları bu şansı dəyərləndirə biləcəklər və komanda qarşıdakı oyunları da qələbə ilə başa vuracaq. "Köhlən atlar" qrup mərhələsini adlamaqla Azərbaycan futbolunda bir ilkə imza atacaq.
Yeri gəlmişkən, Yunanıstandakı zəfərdən sonra "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin oyunlarında dalbadal iki qələbə qazanan ilk klubumuz kimi də tarixə düşüb.
PAOK-la oyun daha bir hadisə ilə əlamətdar oldu. "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun oyunu UEFA-nın da diqqətini çəkib və azərbaycanlı futbolçu Avropa Liqanın qrup mərhələsinin rəmzi komandasının heyətinə daxil edilib.
Üstəlik "Qarabağ" klubu UEFA reytinqində də irəliləyərək 100 komada sırasına düşə bilib. İndi 99-cu yerdə qərarlaşan Qurban Qurbanovun komandası bunu bacaran ilk Azərbaycan klubudu.
Belə uğurların davamının gəlməsini kim istəmir ki...




YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK